Kassa və vitrindəki qiymət fərqi: sahibkar nə zaman cərimələnir?

Bəzən marketlərin piştaxtalarında gördüyümüz qiymətlə kassadakı hesab uyğun gəlmir. Bəzən isə restoranlarda menyuda göstəriləndən daha çox ödəmək məcburiyyətində qalırıq. Bu azmış kimi, elə hallar da olur ki, kilo ilə aldığımız məhsulu evdə çəkəndə daha aşağı göstərici ilə qarşılaşırıq. Bütün bu sadalanan faktlar istehlakçı hüququnun pozulmasıdır və qanunla yolverilməz hesab olunur. Bu sahəyə nəzarəti həyata keçirən qurumlardan biri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Bəs bu kimi neqativ hallara yol verənlər barədə hansı tədbirlər görülür?
Qiymət kağızı necə tərtib olunmalıdır?
Həm gündəlik həyatda, həm də sosial şəbəkələrdə tez-tez müzakirəsinə rast gəldiyimiz məsələ malın kassadakı qiymətinin vitrində göstəriləndən yüksək olmasıdır. Bu, haqlı olaraq alıcının ciddi narazılığına səbəb olur. Buna bənzər nümunələr kafe və restoranlarda da yaşanır. Həmin obyektlərdə qida və içkilər menyuda göstəriləndən yuxarı hesablanır və ya hesaba kiçik məbləğlər əlavə olunur. Bəzi hallarda qram və kilo ilə satılan malın faktiki çəkisi də evdəki tərəzinin göstərdiyi çəki ilə uyğun gəlmir.
Əslində isə qanunvericilik sahibkarlardan satışda olan bütün malların üzərində onun adı, növü, qiyməti və doldurulma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızının olmasını tələb edir. Elə satış da bu kağızda göstərilən informasiyalara uyğun aparılmalıdır. Alıcının ticarət obyektindən heç bir şübhəsi qalmadan ayrılmasından ötrü malın çəkisi və ölçüsünün düzgünlüyünü müəyyən etmək üçün görünən yerdə standartlara uyğun nəzarət ölçü vasitələri də qoyulmalıdır.
İstehlakçını aldadanlar 6 min manatadək cərimələnirlər
İnzibati Xətalar Məcəlləsinə əsasən, malın və ya xidmətin ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılması 2 formada təsvir edilir. Belə ki, istehlakçının az miqdarda – yəni 5 min manatadək aldadılması cərimə ilə həll olunur. Məsələn, az miqdarda aldadılmaya görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək, hüquqi şəxslər isə 4.000 manatdan 6.000 manatadək cərimə ilə üzləşirlər. Aldadılma 5 min manatdan çox olduqda isə cinayət məsuliyyəti yaranır.
İstehlakçını aldadan sahibkarlara 24 protokol yazılıb
İstehlakçının malın ölçüsünə, çəkisinə, eləcə də hesabına dair az miqdarda aldadılması faktları ən çox rast gəlinən şikayətlərdəndir. 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə bu hallarla bağlı 319 vətəndaş müraciət edib. Agentliyin şöbə müdiri Yusif Tapdıqlı bildirib ki, ötən il istehlakçıların hesabda aldadılması faktı ilə bağlı 13 sahibkarlıq subyekti barəsində 24 protokol tərtib edilib. Məsələnin diqqətçəkici tərəfi odur ki, baxılmış müraciətlər üzrə 189 halda istehlakçıların tələbləri təmin edilib. Y.Tapdıqlının sözlərinə əsasən, bu qəbildən şikayətlər 2025-ci ildə də qeydə alınır. İlin ilk 2 ayında vətəndaş müraciətlərinin sayı 40-a bərabər olsa da, araşdırma nəticəsində 4 sahibkarlıq subyekti barəsində 4 inzibati xəta haqqında protokol tərtib edilib.
Qiymət intizamı nədir və nə üçün vacibdir?
Birmənalı şəkildə satışa çıxarılan malların üzərində onun adı, növü və qiyməti, həmçinin qiymət kağızının doldurulma tarixi olmalıdır. Əgər malın adı, çəkisi və növü qablaşdırma materialında göstərilirsə, qiymət yarlığında yalnız mal vahidinin dəyəri göstərilməlidir. Bəzən ticarət obyektlərində malın üzərində qiymət kağızları yerləşdirilmir ki, bu da birbaşa qiymət intizamının pozulması deməkdir. “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, çəki ilə satılan qida məhsulları qablaşdırılarkən xüsusi məqamlara diqqət edilməlidir, məsələn, malın üzərində adı, çəkisi, bir kiloqramının qiyməti, çəkilmiş malın bütünlükdə qiyməti, qablaşdırılmanın tarixi, yararlılıq müddəti, çəkicinin soyadı, adı və ya nömrəsi mütlləq göstərilməlidir. Bundan əlavə, məişət texnikası nümunələri ticarət zalında yerləşdirilərkən üzərində malın adı, markası, modeli, artikulu, qiyməti və texniki xüsusiyyətlərini göstərən qısa məlumat olmalıdır. Kafe və restoranlarda müştəriyə göstərilən menyulara gəldikdə isə, birmənalı şəkildə qidaların tərkibi və qiymətləri açıq şəkildə göstərilməlidir, əlavə ödəniş olacaqsa, görünən bir yerdə yazılmalıdır. Restoranlarda şou proqramlar, uşaqlar üçün əyləncə təşkil edilibsə və buna görə ödəniş tələb olunacaqsa, müştəri bunu əvvəlcədən bilməlidir. Təbii ki, bütün mal və xidmətlərin dəyəri milli valyutamız olan manatla göstərilməlidir.
Endirimdə olan məhsullara dair tələblər
Çox zaman satıcı ilə müştəri arasında anlaşılmazlıq məhz elə endirimli məhsullar üzərində yaşanır. Əgər satıcı məhsulu dəyərindən ucuz qiymətə təklif edirsə, qiymət kağızı da ona görə tərtib edilməlidir. Burada məhsulun adı, növü və çəkisi ilə yanaşı, endirimli qiymət, endirim faizi, endirimin tətbiq olunduğu tarixlər və əvvəlki qiymətin etibarsız olduğu mütləq şəkildə qeyd edilməlidir.
Qiymət intizamını pozanlar necə cəzalandırılır?
Qiymət intizamının pozulması cərimə ilə nəticələnir. İnzibati Xətalar Məcəlləsinə əsasən, satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər üçün qiymət cədvəllərinin və ya menyuların olmamasına, eləcə də onların düzgün tərtib edilməməsinə görə sahibkarlar 800 manatdan 1000 manatadək məbləğdə cərimə ödəməli olurlar. Satılan mal və xidmətlərin dəyərini manatla göstərməyənlər də cərimələnirlər. Belə ki, həmin şəxslər üçün sanksiya məbləği 1.100 manatla 1.650 manat arasında dəyişir.
Qiymət intizamının pozulması ilə bağlı sanksiyalar
Qiymət intizamının pozulması halları ilə bağlı Agentliyə 2024-cü ildə 55, bu ilin yanvar-fevral aylarında isə 7 vətəndaş müraciəti daxil olub. Qurumun şöbə müdiri Y.Tapdıqlı bildirib ki, baxılmış müraciətlər üzə 22 halda istehlakçıların tələbləri təmin edilib. Bundan savayı, satdığı mal və məhsulu xarici valyutada göstərənlərlə bağlı 2, təqdim etdikləri menyunu düzgün tərtib etməyən 3 sahibkarlıq subyekti barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Sahibkarlar daim maarifləndirilir
Həm istehlakçıların hüquqlarının qorunması, həm də qiymət intizamının təmin edilməsi məqsədilə bu sahədə maarifləndirmə tədbirləri də həyata keçirilir. Qanunvericiliyin tələbləri göstərilən bildiriş və menyu nümunəsi hazırlanıb və 6.422 obyektə paylanılıb. Bundan əlavə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində ictimai iaşə fəaliyyəti ilə məşğul olan 20.542 sahibkarlıq subyektinin elektron kabinetinə maarifləndirici bildirişlər yerləşdirilib. Eyni zamanda meyvə-tərəvəz, tikinti materialları və geyim satışı sahələrində qanunvericiliyin tələbləri əks olunan bildiriş və qiymət kağızlarının nümunəsi də hazırlanıb və 4.471 obyektə paylanılıb.