logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Məzuniyyət haqqının vergi və sığorta tutulmaları

  • Bloq
  • 14-apr-2025, 10:37
  • 19
Məzuniyyət haqqının vergi və sığorta tutulmaları

Məzuniyyət haqqının vergi və sığorta tutulmaları


Təcrübədə qarşıya çıxan önəmli məsələlərdən biri də məzuniyyət haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın vergi və sosial sığorta haqqına cəlb olunmasıdır. Bununla bağlı yaranan suallara ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

Məzuniyyətə görə pul əvəzinin ödənilməsi iki şəkildə baş verə bilər: cari və keçmiş illərə görə kompensasiya. Hər iki halda ödənilən kompensasiyanın vergi və sosial sığorta haqlarına cəlb edilib-edilməməsi və ya hansı şəkildə cəlb olunması ilə bağlı Dövlət Vergi Xidmətinin izahatına görə, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın vergi və sosial sığorta haqqına cəlb olunması aşağıdakı şəkildə aparılmalıdır:

- Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.

- Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda, gəlir vergisi va sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə uyğun olaraq, 200 manat çıxılır.

Misal 1: Qeyri-neft və özəl sektorda çalışan işçi cari il ərzində məzuniyyət hüququndan istifadə edə bilmir və əvəzində məzuniyyətin kompensasiyası üçün müraciət edir. Aprel ayında işçinin əməkhaqqı məbləği 400 manat, məzuniyyətin kompensasiyası isə 379 manat olub. Aprel ayında işçiyə cəmi 779 manat gəlir hesablanıb. Bu halda işçinin əməkhaqqı məbləği vergi və sosial sığorta haqqına necə cəlb olunmalıdır? Əməkhaqqı məbləği və kompensasiya ayrılıqda hesablanmalı, yoxsa birlikdə vergi və sosial sığorta haqqına cəlb olunmalıdır?

Cari iş ilində istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur. Nümunəyə əsasən, müəssisə qeyri-neft və özəl sektora aid olduğu üçün əməkhaqqı 8.000 manatdan aşağı olduğuna görə, 2019-cu il yanvarın 1-dən 7 il müddətinə fiziki şəxslərin gəlir vergisi tutulmur. Dövlət və neft sektoru olsaydı ayrı-ayrılıqda cəlb olunacaqdı. Nəticədə 400 manat əməkhaqqı şəklində ayrılıqda, 379 manat isə kompensasiya şəkilində ayrılıqda sosial sığorta haqqına cəlb ediləcək.

Əməkhaqqından hesablanan sosial sığorta haqqı:

İşçidən: 200 x 3% = 6 manat;
200 x 10% = 20 manat;
Cəmi: 6 + 20 = 26 manat.

İşəgötürəndən: 200 x 22% = 44 manat;
200 x 15% = 30 manat;
Cəmi: 44 + 30 = 74 manat.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan hesablanan sosial sığorta haqqı:

İşçidən: 200 x 3% = 6 manat;
379 - 200 = 179 manat;
179 x 10% = 17.9 manat;
Cəmi: 6 + 17.9 = 23.9 manat.

İşəgötürəndən: 200 x 22% = 44 manat;
179 x 15% = 26.85 manat;
Cəmi: 44 + 26.85 = 70.85 manat.

Misal 2: İşçi bankda kredit mütəxəssisi vəzifəsində 1 yanvar 2015-ci ildən fəaliyyət göstərir və müəyyən səbəblərdən 2019, 2020 vǝ cari iş ilinin məzuniyyətindən istifadə etməyib. Nəticədə onun cari tarixǝ 70 gün (30+30+10) istifadə edilməmiş məzuniyyəti vardır. İşçiyə əmək müqaviləsinə xitam verildiyi zaman müəyyən olunmuş qaydada 5.000 manat kompensasiya, 1.200 manat cari aya görə əməkhaqqı hesablanıb.

Fərz edək ki, hesablanmış 5.000 manat kompensasiyanın 2.000 manatı 2019-2020-ci iş ilinə görə (30 təqvim günü), 2.000 manatı 2020-2021-ci iş ilinə görə (30 təqvim günü) və 1.000 manatı cari iş ilinə görə (10 təqvim günü), cari ayda işlədəyi günlərə görə isə 1.200 manat əməkhaqqı hesablanıb. Əməkhaqqı və kompensasiyanın vergi vǝ sosial sığorta haqlarına cəlb edilməsinə aydınlıq gətirək.

Öncə qaydanı xatırlayaq:

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə isitfadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunur.

Deməli, 2019-2020-ci iş ili və 2020-2021-ci iş illərinə görə hesablanmış istifadə edilməmiş məzuniyyət haqqları hər il üzrə 2.000 manat olmaqla illər üzrə ayrılıqda, cari ilin kompensasiyası isə aprel ayının əməkhaqqına əlavə edilmədən ayrılıqda 1.000 və 1.200 manat şəklində vergi və sosial sığorta haqqına cəlb olunacaq. İş yerinin dövlət və ya özəl sektor olmasından asılı olaraq, hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat azadolma məbləği çıxılacaq.

Misal 3: İşçi 27 iyun-6 avqust tarixlərində 40 günlük əmək məzuniyyəti hüququndan istifadə edib. Məzuniyyət haqqı məzuniyyətə çıxmamışdan öncə və birdəfəlik ödənildiyi üçün gəlir vergisinə cəlbedilmə hansı şəkildə olmalıdır?

Fərz edək ki, işçinin əməkhaqqı məbləği 800 manat, 40 günlük məzuniyyət üçün məzuniyyət haqqı isə 1.200 manatdır. İşçiyə iyun ayı üzrə 700 manat əməkhaqqı, 130 manat məzuniyyət haqqı, iyul ayı üzrə 910 manat məzuniyyət haqqı, avqust ayı üzrə isə 160 manat mǝzuniyyət haqqı, 700 manat əməkhaqqı hesablanıb.

Bu zaman hesablanmış məzuniyyət haqqından ayrı-ayrılıqda gəlir vergisi tutulmalıdır. Yəni, iyun ayında məzuniyyətə çıxmış işçinin aylıq gəliri iyun, iyul, avqust ayları üçün ayrı-ayrılıqda müəyyən edilərək hər bir ay üçün hesablanmış gəlirdən gəlir vergisi ayrı-ayrılıqda tutulmalıdır. Daha dəqiq desək, işçinin məzuniyyət günləri üçün hesablanmış məzuniyyət haqqı məbləğindən məzuniyyət günlərinin aid olduğu təqvim aylarına uyğun həmin ayların əməkhaqqı məbləği ilə birgə, son haqq-hesab zamanı isə son ilin istifadə edilməmiş məzuniyyəti ilə işlədiyi son ayın əməkhaqqı məbləği, əvvəlki illərin istifadə edilməmiş məzuniyyət günləri üçün hər bir məzuniyyət ili üzrə ayrı-ayrılıqda vergiyə cəlb edilməlidir.

Misalda göstərilən işçi iyun ayında 700 manat əməkhaqqı və 130 manat məzuniyyət haqqı şəklində cəmi 830 manat, iyul ayında 910 manat, avqust ayında da müvafiq olaraq 160 manat məzuniyyət haqqı, 700 manat isə əməkhaqqı olmaqla 860 manat işçinin ümumi gəliri olub. Bu halda, işçinin aylar üzrə vergiyə cəlb edilən gəliri iyun, iyul, avqust ayları üzrə, müvafiq olaraq, 830, 910, 860 manat olacaq. Məzuniyyət haqqı işçinin məzuniyyətə çıxmasından əvvəl köçürülsə də aylar üzrə vergiyə cəlb ediləcək.

Onu da qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinə xitam verilərkən ödənilən birədəflik müavinətlər, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    Fərqli tarixlərdə imzalanan əmək müqaviləsi nə vaxt qüvvəyə minir?
    05-iyn-2025 | Bloq
  • Vergi ödəyicilərinin nəzərinə!
    Vergi ödəyicilərinin nəzərinə!
    05-iyn-2025 | Bloq
  • İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında yeni qərar
    04-iyn-2025 | Bloq
  • Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    Dərmanların topdansatışına dair yeni qayda müəyyənləşib
    04-iyn-2025 | Bloq
  • Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?
    04-iyn-2025 | Bloq
  • Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    Təsərrüfat subyektlərinin vergi uçotu və azadolmaların qanuni əsasları
    03-iyn-2025 | Bloq
  • Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    Güzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır?
    03-iyn-2025 | Bloq
  • Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    Sahibkarlıq fəaliyyətinə başlayan fiziki şəxslər üçün vergi qaydaları
    02-iyn-2025 | Bloq
  • İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    İcarə haqqından tutulan vergi: hüquqi tənzimlənmə
    02-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]