logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bu gündən xəstəlik vərəqələri yalnız elektron qaydada veriləcək

  • Bloq
  • 01-may-2025, 09:39
  • 56
Bu gündən xəstəlik vərəqələri yalnız elektron qaydada veriləcək

Bu gündən xəstəlik vərəqələri yalnız elektron qaydada veriləcək


1 may 2025-ci il tarixindən etibarən əmək qabiliyyətinin itirilməsinə görə xəstəlik vərəqəsinin elektron sənəd formasında tərtib olunması həyata keçiriləcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına əsasən sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən elektron sənəd formasında tərtib edilməlidir.

Maraqlıdır ki, elektron sənəd formasında hazırlanan xəstəlik vərəqələri üzrə haqq-hesab cədvəlinin tərtibi necə həyata keçiriləcək? Tibb müəssisələri tərəfindən xəstəlik vərəqələri e-imza ilə təsdiq edilərək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək. Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.

Tibb müəssisə tərəfindən işçi üçün xəstəlik vərəqəsi yaradıldıqda ƏMAS altsistemində “xəstəlik vərəqəsinin reyestri” bölməsində bildiriş kimi qeyd ediləcək. Xəstəlik vərəqəsi üzrə müddət başa çatdıqdan həmin məlumatlar bildiriş formasında yox xəstəlik vərəqəsi üzrə məlumatlarda əks olunacaq. Qeyd edək ki, işəgötürən 1 may 2025-ci il tarixdən sonra işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı haqq-hesab cədvəlini tərtib etdikdə əmək qabiliyyətini müvəqqəti itirənlər üçün kağız formada xəstəlik formasını yükləməsinə icazə verilməyəcək. İşəgötürən əmək qabiliyyətini müvəqqəti itirən işçi üzrə FİN-i DSMF-ə təqdim ediləcək haqq-hesab cədvəlinə daxil etdikdə xəstəlik vərəqələri üzrə məlumatlar avtomatik olaraq həmin hesabatda əks olunacaq.

Digər məqam ondan ibarətdir ki, elektron xəstəlik vərəqəsinin tərtib olunması üçün səlahiyyətli həkimlər “Sima” hüquqi imza və VSİS sisteminə giriş hüququ əldə etməlidirlər. 1 may 2025-ci il tarixdən etibarən tibb müəssisələri tərəfindən kağız daşıyıcılarda tərtib olunmuş xəstəlik vərəqələri etibarsız hesab ediləcək və DSMF tərəfindən qəbul olunmayacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech