logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək qabiliyyətinin itirilməsi zamanı müavinət necə hesablanır?

  • Bloq
  • 24-dek-2021, 13:47
  • 428
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinət və əmək haqqının hesablanması məsələsinə nəzər yetirək.



"AZE CONSULTING" "https://nusratkhalilov.wordpress.com"-a istinadən xəbər verir əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür.

Kimlərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ vardır?

Qanunvericiliyə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ vardır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.

Əmək qabiliyyətinin itirilməsi zamanı müavinətlə bağlı daha fərqli nümunələr və əmək qanunveriliyinə dair digər mövzuların praktiki izahı ilə Əmək qanunvericiliyinin praktiki izahı kitabında tanış ola bilərsiniz.

Sifariş üçün əlaqə: WhatsApp və zəng 055 466 65 50

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir:

xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;
sanatoriya-kurort müalicəsi zamanı;
xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;
sanatoriya-kurort müalicəsi zamanı;
xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;
epidemioloji hallarda karantin zamanı;
vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi zaman;
protez hazırlandığı müddətdə protez-ortopedik müəssisənin stasionarına yerləşdirildikdə;
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar əmək qabiliyyəti müvəqqəti itirildikdə.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aylıq tarif (vəzifə) maaşını, əlavə ödənişləri və mükafatları özündə birləşdirən əmək haqqı hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSeK) tərəfindən əlillik müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

6 ay sosial sığorta stajı olmayan şəxslərə;
əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;
işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;
törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;
məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir:

qazancın 100 faizi miqdarında:

12 il və daha çox sosial sığorta stajı olan işçilərə;
istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə;
Əfqanıstan müharibəsində, 1990-cı ilin yanvar ayında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı xəsarət (yaralanma, travma, kontuziya) şəxslərə, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə;
Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak edən şəxslərə, bu zaman həlak olanların, ölənlərin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına, habelə bu hadisələrdə iştirak edən hərbi qulluqçuların (o cümlədən müddətli xidmət hərbi qulluqçularının) arvadlarına; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olanların valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına; Xidməti vəzifələrinin icrası zamanı həlak olan, ölən ədliyyə, miqrasiya və fövqəladə hallar orqanları işçilərinin valideynlərinə, dul arvadlarına (dul kişilərinə) və uşaqlarına
1986—1990-cı illər Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-nin istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətinə;
qanyaradıcı orqanların (kəskin leykoz), qalxanvari vəzinin (adinoidlər, xərçəng), bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;
14 yaşınadək uşaqların Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş valideynlərdən birinə iş stajından asılı olmayaraq, xəstə uşağa baxmağa görə;
əmək qabiliyyətini postvaksinal fəsadla əlaqədar itirən vətəndaşlara
hemofiliya və talassemiya irsi qan xəstəliyi olan, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə
qan və qan komponentlərinin donorluğu funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə.
hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə
onkoloji xəstələrə
yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda, ona qanunvericiliklə müəyyən edilən qaydada əlillik müəyyən edilənədək onun valideynlərindən birinə və ya qanuni nümayəndəsinə
qazancın 80 faizi miqdarında:

8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə;
21 yaşına çatmamış və 5 ilədək sosial sığorta stajıolan ata-anasız yetim uşaqlara;
qazancın 60 faizi miqdarında:

8 ilədək sosial sığorta stajı olan işçilərə;
Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəli şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta stajından asılı olmayaraq aylıq təminat xərcliyinin 100 faizi miqdarında verilir.

Əmək qabiliyyətinin itirilməsi zaman müavinətin hesablanması

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.

Nümunə. Fərz edək ki, iş­çi 22.12.2020 ci il ta­rix­də əmək qa­bi­liy­yə­ti­ni itir­miş və 21.02.2020 ci il ta­rix­də tibb mən­tə­qə­sin­dən mü­va­fiq sə­nəd (bül­le­ten) təq­dim et­miş­dir. İş­çi­nin əmək sta­jı­nın 12 il, son 12 ay­lıq əmək haq­qı məb­lə­ği­nin ay­lar üz­rə aşa­ğı­da­kı şə­kil­də ol­du­ğu­nu nə­zə­rə al­saq iş­çi­nin əmək qa­bi­liy­yə­ti­nin mü­vəq­qə­ti iti­ril­mə­si­nə gö­rə müa­vi­nə­tin he­sab­lan­ma­sı­na nə­zər ye­ti­rək.



Qeyd et­miş­dik ki, müa­vi­nə­tin ilk 14 gü­nü üçün ödə­niş işə­gö­tü­rə­nin he­sa­bı­na, qa­lan gün­lər üçün isə so­si­al sı­ğor­ta haqq­la­rı he­sa­bı­na DSMF tə­rə­fin­dən olu­nur.

İlk ön­cə qeyd edək ki, iş­çi­nin əmək sta­jı 12 il ol­du­ğu üçün qa­zan­cın 100 fai­zi miq­da­rın­da müa­vi­nət ve­ri­lə­cək.

Da­ha son­ra, əv­vəl­ki 12 ay­lıq dövr­də ne­çə iş gü­nü­nün ol­ma­sı­nı tap­ma­lı­yıq. Fərz edək ki, bu dövr­də olan iş gün­lə­ri­nin sa­yı 240 gün­dür. Son 12 ayın qa­zan­cı­nı 12 ay­da­kı iş gün­lə­ri­nin sa­yı­na bö­lə­rək bir iş gü­nü­nə dü­şən gün­də­lik qa­zan­cı tap­ma­lı­yıq. Yə­ni,

13200 Azn / 240 iş gü­nü = 55 Azn

Da­ha son­ra ilk 14 gün­də ne­çə iş gü­nü ol­ma­sı­nı mü­əy­yən­ləş­dir­mə­li­yik. Fərz edək ki, qeyd edi­lən müd­dət­də 10 iş gü­nü var.

De­mə­li, işə­gö­tü­rən tə­rə­fin­dən ödə­ni­lən müa­vi­nə­tin miq­da­rı aşa­ğı­da­kı şə­kil­də ola­caq:

10 * 55 Azn = 550 Azn

So­si­al sı­ğor­ta ödə­niş­lə­ri he­sa­bı­na olan ödə­niş isə bu şə­kil­də he­sab­la­na­caq: Qa­lan 16 gün­də 12 iş gü­nü ol­du­ğu­nu qə­bul et­sək, o za­man;

12 * 55 Azn= 660 Azn

Nü­mu­nə­miz­də əmək sta­jı 12 il ol­du­ğu üçün he­sab­lan­mış qa­zan­cın 100 fai­zi ödə­nil­di. Əgər əmək sta­jı 6 il ol­say­dı o za­man he­sab­lan­mış qa­zan­cın 60 fai­zi miq­da­rın­da ödə­niş ola­caq idi.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech