logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Yemək xərcləri e-qaimə ilə alındıqda ƏDV-nin əvəzləşdirilməsi

  • Bloq
  • 23-may-2025, 09:49
  • 57
Yemək xərcləri e-qaimə ilə alındıqda ƏDV-nin əvəzləşdirilməsi

Yemək xərcləri e-qaimə ilə alındıqda ƏDV-nin əvəzləşdirilməsi


Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, yemək xərclərinin Nazirlər Kabinetinin müəyyən etdiyi normada və qaydada gəlirdən çıxılması nəzərdə tutulub. Bəs həmin ödənişlər üzrə əlavə dəyər vergisinin əvəzləşdirilməsi hansı qaydada olmalıdır?

Suala vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir.

Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli 492 nömrəli Qərarı ilə “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və Qaydası” təsdiq edilib. Qaydaya əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda 5 (beş) manat məbləğində təyin olunub. Həmçinin, yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə gəlirdən çıxılan xərclərə aid edilir.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərin 2024-cü ilin yanvarın 1-dən qüvvəyə mindiyini nəzərə alaraq, vergi ödəyiciləri tərəfindən həmin tarixdən Məcəllənin 119.2-ci maddəsinə əsasən yemək xərcləri norma daxilində gəlirdən çıxıla bilər. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği, əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Həmçinin, Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən, bu Məcəllənin 119.2-ci maddələrində göstərilən xərclər ƏDV-nin əvəzləşdirilməsinə yol verilir.

Misal: Müəssisənin may ayında 100 nəfər işçisi olub. İaşə xidməti kimi fəaliyyət göstərən şirkətdən bir işçi üçün gündəlik 7 manatlıq yemək alışı edir. Beləliklə, may ayı üzrə 22 iş günü olarsa, müəssisə 15.400 manat ƏDV-siz yemək xərci alır.

(100 x 7) x 22 = 15.400 manat.

Növbəti ayda şirkət qarşı tərəfin bank hesabına 15.400 manat, ƏDV depozit hesabına isə 2.772 manat ödəniş edir. İyun ayında şirkətin əvəzləşdirəcəyi ƏDV məbləği aşağıdakı kimi hesablanmalıdır:

(100 x 5) x 22 = 11.000 manat;
11.000 x 18% = 1.980 manat.

Yuxarıda qeyd etdiyimiz kimi, bu halda işçilərin yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması 5 manat müəyyən edilib. Beləliklə, şirkət ödədiyi 2.772 manat ƏDV məbləğinin yalnız 1.980 manatını əvəzləşdirəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech