logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?

  • Bloq
  • 19-avq-2025, 10:21
  • 36
Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?

Jurnalistlər üçün vergi öhdəlikləri necə müəyyən olunur?


Jurnalistlər öz fəaliyyətlərini həm fərdi sahibkar qismində, yəni VÖEN-lə, həm də hüquqi şəxs kimi həyata keçirə bilərlər. Hər iki halda onların vergi və sosial öhdəlikləri qanunvericilik normalarına uyğun tənzimlənir. Vergi Məcəlləsinin tələblərinə əsasən, müstəqil jurnalistlərin fəaliyyəti həm sadələşdirilmiş vergi, həm də gəlir (mənfəət) vergisi öhdəliyində ola bilər. Bu fəaliyyət sahəsi üçün nəzarət-kassa aparatı, obyekt kodu, POS-terminal, lisenziya tələb edilmir. Bəs bütün hallarda fərdi sahibkar kimi fəaliyyət göstərən jurnalist nə qədər vergi ödəməlidir? Suala ekspert Nahid İbrahim aydınlıq gətirir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.30-1.8-ci maddəsinə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar (fiziki şəxslər) təqvim ili ərzində əldə etdikləri gəlirin (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olan hissəsi üzrə 75% məbləğində gəlir vergisindən azadolma hüququna malikdirlər. Bu azadolma yalnız jurnalist fəaliyyətindən əldə edilən gəlirlərə şamil olunur. Əgər həmin fəaliyyət üzrə illik gəlir 45.000 manatdan artıq olarsa, gəlirə vergi güzəşt tətbiq edilmir. Bu halda artıq gəlirdən çıxılan xərclər nəzərə alınmaqla 20% dərəcəsi ilə gəlir vergisi hesablanır.

Qeyd edək ki, əgər jurnalist fəaliyyəti nəticəsində əldə olunan illik dövriyyə 200.000 manatı keçərsə, fiziki şəxs əlavə dəyər vergisi (ƏDV) qeydiyyatına düşməli və müvafiq ƏDV öhdəliklərini yerinə yetirməlidir.

Misal 1: Gəlir vergisi mükəlləfiyyətində olarsa (güzəştli):

Tutaq ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 36.000 manatdır. Bu məbləğin 75%-i vergidən azaddır:

36.000 × 75% = 27.000 manat.

Bu zaman vergiyə cəlb olunan məbləğ 9.000 manat təşkil edəcək:

36.000 – 27.000 = 9.000 manat;

9.000 × 20% = 1.800 manat (gəlir vergisi).

Misal 2: Gəlir vergisi mükəlləfiyyətində olarsa:
Fərz edək ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 65.000 manat, xərcləri isə 35.500 manatdır. Bu halda vergiyə cəlb olunan məbləğ 29.500 manat təşkil edəcək və 20% dərəcə ilə vergiyə cəlb ediləcək:

29.500 × 20% = 5.900 manat.

Misal 3: Sadələşmiş vergi öhdəliyində olarsa:
Fərz edək ki, fərdi sahibkar olan jurnalistin illik gəliri 36.000 manatdır. Sadələşdirilmiş vergi rejimində olduğu üçün ona güzəşt tətbiq edilmir. Bu halda o, illik gəlirinin 2%-ni hesablayıb ödəməlidir:

36.000 × 2% = 720 manat.

Jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyən fərdi sahibkar fəaliyyətə başlamazdan əvvəl fəaliyyət forması, iqtisadi fəaliyyət kodu və vergi rejimini düzgün müəyyənləşdirməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vergi güzəştlərindən maksimum yararlanmaq və əlavə fiskal risklərdən yayınmaq üçün vacibdir.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq
  • Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
    29-apr-2026 | Bloq
  • Fiziki şəxslərdən alınan nəqliyyat vasitələri üzrə elektron alış aktının tətbiqi qaydası
    Fiziki şəxslərdən alınan nəqliyyat vasitələri üzrə elektron alış aktının tətbiqi qaydası
    28-apr-2026 | Bloq
  • Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
    Azərbaycana idxal edilən Aİ-92 markalı benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
    28-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech