logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Qeyri-rezident sosial media xidmətləri üzrə vergi və ƏDV qaydaları

  • Bloq
  • 26-noy-2025, 11:02
  • 67
Qeyri-rezident sosial media xidmətləri üzrə vergi və ƏDV qaydaları

Qeyri-rezident sosial media xidmətləri üzrə vergi və ƏDV qaydaları


Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən verginin tutulması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, Azərbaycan mənbəyindən gəlirin əhatə dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə tənzimlənir.

Buna əsasən Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident sosial media platformaları tərəfindən elektron ticarət qaydasında göstərilən reklam xidmətlərinə görə əldə etdikləri gəlirlərdən ödəmə mənbəyində vergi tutulmur.

Bununla yanaşı, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident sosial media platformaları tərəfindən rezident şəxslərə reklam xidmətlərinin göstərilməsi 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən reklam xidmətlərinin göstərilməsi zamanı ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer hesab olunur.

Nəzrərinizə çatdırırıq ki, Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.


Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur.

Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Vergi Məsləhəti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    22-may-2026 | Bloq
  • Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    22-may-2026 | Bloq
  • İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    21-may-2026 | Bloq
  • Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    21-may-2026 | Bloq
  • Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    20-may-2026 | Bloq
  • Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir
    Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq verilməlidir
    20-may-2026 | Bloq
  • Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    Balıq və balıq məhsulları ilə bağlı ƏDV-nin hesablanması qaydasında - YENİLİK
    19-may-2026 | Bloq
  • Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi
    Həqiqi hərbi xidmətə çağırılmış işçinin işdən azad edilməsi
    19-may-2026 | Bloq
  • Müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblər qoyulur
    Müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblər qoyulur
    18-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech