logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Qeyri-rezidentlərin reklam xidmətlərinə ƏDV tətbiqi

  • Bloq
  • 02-dek-2025, 09:52
  • 34
Qeyri-rezidentlərin reklam xidmətlərinə ƏDV tətbiqi

Qeyri-rezidentlərin reklam xidmətlərinə ƏDV tətbiqi


Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən verginin tutulması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, Azərbaycan mənbəyindən gəlirin əhatə dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə tənzimlənir.

Buna əsasən Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident sosial media platformaları tərəfindən elektron ticarət qaydasında göstərilən reklam xidmətlərinə görə əldə etdikləri gəlirlərdən ödəmə mənbəyində vergi tutulmur.
Bununla yanaşı, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident sosial media platformaları tərəfindən rezident şəxslərə reklam xidmətlərinin göstərilməsi 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən reklam xidmətlərinin göstərilməsi zamanı ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer hesab olunur.

Nəzrərinizə çatdırırıq ki, Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur.

Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Qeyri-iş günlərində görülən işə görə əməkhaqqının hesablanması – YENİ QAYDA
    Qeyri-iş günlərində görülən işə görə əməkhaqqının hesablanması – YENİ QAYDA
    09-fev-2026 | Bloq
  • Fərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir?
    Fərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir?
    09-fev-2026 | Bloq
  • Sosial sığorta əsaslı müavinətlər sahəsində yeni islahatın üstünlükləri nələrdir?
    Sosial sığorta əsaslı müavinətlər sahəsində yeni islahatın üstünlükləri nələrdir?
    06-fev-2026 | Bloq
  • Məzuniyyət günləri bayram günləri ilə üst-üstə düşərsə...
    Məzuniyyət günləri bayram günləri ilə üst-üstə düşərsə...
    06-fev-2026 | Bloq
  • Yeni qaydada məzuniyyət haqqı necə hesablanmalıdır?- RƏSMİ
    Yeni qaydada məzuniyyət haqqı necə hesablanmalıdır?- RƏSMİ
    05-fev-2026 | Bloq
  • Əlilliyi olan övladına görə işçiyə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan övladına görə işçiyə hansı vergi güzəşti verilir?
    05-fev-2026 | Bloq
  • İşçilərin süni şəkildə yararlandığı kompensasiya tələbinə son
    İşçilərin süni şəkildə yararlandığı kompensasiya tələbinə son
    04-fev-2026 | Bloq
  • Repetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi?
    Repetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi?
    04-fev-2026 | Bloq
  • Nazirlər Kabineti vergi və gömrük güzəşt və azadolmalarına dair qərarlarında dəyişiklik edib
    Nazirlər Kabineti vergi və gömrük güzəşt və azadolmalarına dair qərarlarında dəyişiklik edib
    03-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech