logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Cari vergi ödəmələrinin hesablanması ilə bağlı ciddi dəyişiklik hansıdır?

  • Bloq
  • 24-yan-2022, 21:32
  • 101
Cari vergi ödəmələrinin hesablanması ilə bağlı ciddi dəyişiklik hansıdır?
Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Cari vergi ödəmələrinin hesablanması ilə bağlı qanunvericilik 3 üsul təklif edir:

Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil etməklə (Maddə 151.1);

cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirməsi (Maddə 151.2);

təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanması (Maddə 151.5).

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan 151.5-ci maddəsini əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyiciləri tətbiq edirdi. Bunlara misal olaraq, öncəki il sadələşdirilmiş vergi ödəyicisi olan və ya hesabat ilində mənfəət (gəlir) vergisi ödəyicisi olan şəxsləri misal olaraq göstərmək olar.

Vergi Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, əvvəlki vergi ilində vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri də Vergi Məcəlləsinin 151.5-ci maddəsini tətbiq etməyə borcludur. Bununla əlaqədar olaraq, 151.5-ci maddəsinin müvafiq bəndlərinə “və ya vergi tutulan mənfəəti (gəliri)” sözləri əlavə edilib.

İlk olaraq dəyişikliyin səbəblərinə baxaq. Əvvəlki vergi ilini zərərlə başa vuran vergi ödəyicisi növbəti ilin rüb(lərin)də mənfəətlə işləsə də, ondan cari vergi ödəmələrin həyata keçirmək tələb edilmir. Çünki vergi ödəyicisi Vergi Məcəlləsinin 151.1-ci maddəsi üzrə cari vergi ödəməsini seçərsə, ötən il zərərlə işlədiyi üçün rüblük ödənişdə mənfəətin ¼-ni müəyyənləşdirmək mümkün olmur. Vergi ödəyicisi Vergi Məcəlləsinin 151.2-ci maddəsini seçdikdə isə, ötən vergi ili üzrə mənfəət vergisi olmadığından xüsusi çəki müəyyənləşdirmək alınmır. Göründüyü kimi, həm Vergi Məcəlləsinin 151.1-ci, həm də 151.2-ci maddələri üzrə cari vergi ödəmələrini hesablayarkən, rüb üzrə cari vergi ödəməsi formalaşmır. Bu səbəbdən də, vergi orqanı ötən il zərərlə işləyən vergi ödəyicilərinin Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun cari vergi ödəməsinin hesablanması tələbini müəyyən edib.

MİsaL 1. Kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisi 2021-ci ili 20 000 manat məbləğində zərərlə bitirib. Vergi ödəyicisinin 2022-ci ilin I rübündə gəlirləri 30 000 manat, xərcləri isə 10 000 manat olub. Vergi ödəyicisinin Vergi Məcəlləsinin 151.5-ci maddəsi üzrə arayışında vergi ödəyicisinin 20 000 manat mənfəəti (gəliri) göstərildiyi üçün, 4 000 manat məbləğində cari vergi ödəməsini aprel ayının 15-dək dövlət büdcəsinə ödəməlidir.

MİsaL 2. Orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin 2021-ci il üzrə zərəri 50 000 manat olub. 2022-ci ilin yekunlarına görə vergi ödəyicisinin mənfəəti 30 000 manat olduğu üçün vergi ödəyicisi 2022-ci ildə cari vergi ödəməsi kimi 6 000 manat ödənişi həyata keçirməlidir. Mümkündür ki, vergi ödəyicisi 2022-ci ilin mənfəətini 2021-ci ilin zərərinə aid etdiyi üçün mənfəət vergisi bəyan etməsin. Bu halda 2022-ci il ərzində ödənilən 6 000 manat məbləğində cari vergi ödəməsi mənfəət vergisi üzrə artıq ödəmə hesab ediləcək.

Misallarla bağlı bir məqamı qeyd etmək istəyirik ki, Vergi Məcəlləsinin 151.5.2-ci maddəsi imkan verir ki, vergi ödəyicisi rüb ərzində hesabladığı cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmayan hissəsini ödəsin.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech