logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Ödəniş tapşırıqları ilə bağlı tələblər

  • Bloq
  • 04-fev-2022, 14:50
  • 73
Ödəniş tapşırıqları ilə bağlı tələblər
Vergi Məcəlləsinin 16.11-ci maddəsinə əsasən, vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir:

- bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə - elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi;

- xarici ticarət fəaliyyəti üzrə - yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi;

- borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;

- avans ödənişləri üzrə - təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.

Əgər vergi ödəyicisi elektron qaimə-faktura əldə edibsə, həmin elektron qaimə-faktura üzrə (o cümlədən mütəmadi xarakterli əməliyyatlarda, ay ərzində bir neçə dəfə elektron qaimə-faktura əldə edilmiş ödəyicilərə münasibətdə) ödəniş zamanı - elektron qaimənin seriya və nömrəsini (istəyə uyğun tarixi, əsaslandığı müqavilənin nömrəsi) göstərməlidir. ƏDV depozit hesabından (həmçinin bank hesabından) qarşı tərəfin ƏDV depozit hesabına ödəmə zamanı da bu qayda tətbiq edilir. Qeyd edək ki, faktiki elektron qaimə-faktura üzrə ödəniş edilirsə, müqavilə üzrə məlumatların qeyd edilməsi məcburi deyil.

Avans ödənişi zamanı ödəniş tapşırığında təyinatda avans ödənişi olduğunu qeyd etməklə, tələbnamənin və ya əsaslandığı müqavilənin (varsa, əlavəsinin) tarixi və nömrəsi göstərilməlidir.

Büdcəyə vergi (sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya gömrük ödəmələri) ödənişləri edərkən müvafiq büdcə ödəməsinin növü, dövrü barədə məlumatların qeyd edilməsi tövsiyə olunur.

Bəs vergi ödəyicisi icarədara icarə haqqı ödəyən zaman hansı məlumatları göstərməlidir?

Qanunvericiliyin tələbinə əsasən, icarəyə verən vətəndaş olduqda elektron qaimə-faktura təqdim etmir, icarə haqqından ödəmə mənbəyində vergi tutularaq icarəyə verənə ödəmə aparılır. Bu halda icarə haqqının ödənildiyi dövrün, müqavilənin tarixinin və nömrəsinin qeyd edilməsi tövsiyə edilir.

Qeyd edək ki, fərdi sahibkarlar tərəfindən icarəyə verilmiş əmlaklar üçün bəzən elektron qaimə-faktura əldə etmək mümkün olmur. Bu halda da yuxarıda qeyd olunan vətəndaşlar üzrə ödəmə təyinatını tətbiq etmək mümkündür.

Borc ödənişləri zamanı təyinatda borc ödənişi olduğu qeyd edilməklə, tələbnamənin və ya borc müqaviləsinin (varsa, əlavənin) tarixi və nömrəsi göstərilməlidir. Qeyri-rezidentlərə ödəmə edərkən onlardan xidmətlərin alışına dair - işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi, malların alışı üzrə yük gömrük bəyannaməsinin seriya və nömrəsi göstərilməlidir. Mal hələ göndərilməyibsə, yaxud ölkə ərazisinə daxil olmayıbsa, yəni avans ödəməsidirsə, yuxarıda qeyd edilən avans təyinatı üzrə məlumatlar qeyd olunmalıdır.

Təsisçiyə dividend ödənişi üçün hansısa icbari məlumatlar müəyyən edilməyib. Bu halda, dividend qərarının tarixini və nömrəsini qeyd edib ödəniş etmək mümkündür.

Xatırladaq ki, Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən, bu Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən, hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    30-okt-2025 | Bloq
  • Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?
    30-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech