logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Bazar qiymətləri müəyyənləşdirilərkən “30 faiz” məsələsinə yanaşma necə dəyişdirildi?

  • Bloq
  • 04-fev-2022, 14:53
  • 60
Bazar qiymətləri müəyyənləşdirilərkən “30 faiz” məsələsinə yanaşma necə dəyişdirildi?
Bazar qiymətləri ilə bağlı Məcəllənin 14.3.3-cü maddəsində iki yeni dəyişiklik həyata keçirilib. İlk dəyişiklik 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi zamanı müvafiq dövlət qurumu tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilər üzrə tələbin nəzərə alınmasıdır.

Mİsal. Topdansatış fəaliyyətini həyata keçirən vergi ödəyicisi 5 mart 2022-ci il tarixdə 1 kiloqramını 4 manata satdığı günəbaxan tumunu 28 mart 2022-ci il tarixdə 3 manata təqdim edir. Vergi ödəyicisinin satdığı eyni məhsulun satış qiymətləri arasında 30 gün ərzində 25 faiz fərq olarsa, vergi orqanı həmin mallar üzrə təbii itki normaları daxilində 20 faiz zayolmanı müəyyən edərsə, bazar qiyməti aləti tətbiq olunmayacaq. Çünki topdansatış qaydasında həyata keçirilən mallar üzrə 5 faiz (25 faiz – 20 faiz) fərqin yaranması bazar qiymətinin tətbiq edilməsi üçün əsas vermir.

İkinci dəyişiklik isə, müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə rentabelliyin müxtəlif olmasını nəzərə alaraq qiymətlərin səviyyəsinə fərqli yanaşmanın tətbiq edilməsidir. Təşkilatımızın “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabında da qeyd etmişdik ki, əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsi üzrə müəyyən edilən faiz göstəricisinin sabit yox, fəaliyyətlər üzrə tətbiq edilməsi daha məqsədəuyğundur. Son dəyişiklikdən sonra iqtisadi fəaliyyətlərin qiymət səviyyəsi üzrə bölgülər aşağıdakı kimi diferensiallaşdırılıb:

topdansatış ticarət fəaliyyəti sahəsi – 10 faiz;

tikinti və istehsal fəaliyyəti sahəsi – 20 faiz;

Digər fəaliyyətləri sahələri -30 faiz.

Mİsal 1. Topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 2021-ci il oktyabr ayının 5-də 10 manata təqdim etdiyi malı 20 oktyabr tarixində 8 manata satıb. Hesab edək ki, həmin vergi ödəyicisi 2 fevral 2022-ci il tarixdə 10 manata təqdim etdiyi digər malın satışını 12 fevral 2021-ci il tarixdə 8 manata həyata keçirib. Vergi orqanı vergi ödəyicisində səyyar vergi yoxlaması həyata keçirən zaman 2021-ci ildə həyata keçirilən əməliyyat üzrə 20 faiz fərq olsa da, bazar qiyməti tətbiq etməyəcək. Çünki 2021-ci ilin vergi qanunvericiliyinə əsasən, bazar qiymətinin tətbiq edilməsi üçün fərqin 30 faizdən yuxarı olması tələbi mövcud idi. Amma vergi orqanı topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin 1 yanvar 2022-ci ildən sonra həyata keçirdiyi 20 faizlik (100 faiz – (8 manat (12 fevral 2022-ci il təqdim etdiyi malın dəyəri/ 10 manat (2 fevral 2022-ci ildə təqdim etdiyi malın dəyəri) x 100 faiz)) fərqə görə həmin əməliyyat üzrə bazar qiyməti tətbiq etmək hüququna malikdir. Artıq Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə uyğun olaraq, topdansatış ticarət fəaliyyəti sahəsi üzrə bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsi 10 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti tətbiq edilə bilər.

Mİsal 2. Boya istehsalı ilə məşğul olan vergi ödəyicisi 10 fevral 2022-ci il tarixdə 20 manata satdığı malı 18 fevral 2022-ci il tarixdə 25 manata təqdim edib. Göründüyü kimi, qeyd olunan tarixlərdə vergi ödəyicisinin təqdim etdiyi eyni malın qiymətləri arasında 25 faiz (5 manat (təqdim edilən mallar arasında fərq) / 20 manat (10 fevral 2022-ci ildə təqdim edilən malın dəyəri) x 100 faiz) fərq mövcuddur. Bu halda vergi orqanı tərəfindən istehsal fəaliyyəti həyata keçirən vergi ödəyicisinə əməliyyat üzrə bazar qiyməti tətbiq edilə bilər. Çünki əməliyyat üzrə tətbiq edilən 25 faizlik qiymət fərqi Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi üzrə nəzərdə tutulan 20 faizlik həddən yüksəkdir.

Mİsal 3. Xidmət sahəsi üzrə fəaliyyət göstərən vergi ödəyicisinin 10 aprel 2021-ci il tarixdə təqdim etdiyi korrektə xidmətinin dəyəri hər səhifə üzrə 20 manat olub. 21 aprel 2021-ci il tarixdə eyni mövzu üzrə korrektə xidmətinin dəyəri 30 manat təşkil edib. Göründüyü kimi vergi ödəyicisinin 30 gündən çox olmayan müddətdə təqdim etdiyi eyni xidmətin qiyməti üzrə fərq 50 faiz (10 manat (təqdim edilən xidmətlər arasında fərq) / 20 manat (10 aprel 2021-ci il tarixdə təqdim edilən xidmətin dəyəri) x 100 faiz) təşkil edib. Bu zaman vergi orqanının eyni xüsusiyyətli xidmət üzrə 30 faizdən yuxarı qiymət fərqi olduğu üçün bazar qiyməti tətbiq etmək hüququ var.

Mİsal 4. Topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicisinin 10 aprel 2022-ci il tarixdə satdığı malın dəyəri 10 manat olsa da, 22 aprel 2022-ci il tarixdə həmin malın dəyəri 12 manat təşkil edib. Amma birinci satışda malın dəyəri malın göndərildiyi gündə ödənilsə də, ikinci malın dəyəri tərəflər arasında razılaşmaya əsasən, 6 aydan sonra ödəniləcək. Göründüyü kimi, topdansatış fəaliyyəti həyata keçirən vergi ödəyicisi tərəfindən 30 gündən çox olmayan müddətdə malların təqdim olunması zamanı qiymət səviyyəsi 10 faizdən yüksək, 20 faiz olub. Bu halda vergi orqanı bazar qiyməti tətbiq etməyə bilər. Çünki Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə qeyd edilib ki, Vergi Məcəlləsinin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin maddədə qeyd edilir ki, malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən bəzi amillər nəzərə alınmalıdır. Həmin maddədə öhdəliklərin icra olunması müddəti və ödəniş şərtləri də bazar qiymətlərinə təsir edən amil kimi qeyd edilib. Misalımızda ikinci malın dəyərinin 6 aydan sonra ödənilməsinin qeyd edilməsi eyni malların ödəniş şərtlərində fərqliliyin tətbiq edilməsi kimi qəbul oluna bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq
  • Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    Beynəlxalq daşıma sayılmayan daşımalarda vergitutma öhdəlikləri
    04-iyl-2025 | Bloq
  • Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    Torpaq vergiyə daxildirmi? Hesabat uyğunsuzluğuna sanksiya tətbiq oluna bilərmi?
    03-iyl-2025 | Bloq
  • Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    Vergi orqanı girişdə uçot məlumatı yoxdursa, sahibkarı cərimə edə bilərmi?
    03-iyl-2025 | Bloq
  • İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır?
    02-iyl-2025 | Bloq
  • Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər
    02-iyl-2025 | Bloq
  • Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    Malın gömrük (statistik) və invoys dəyərində fərqlər olduqda maya dəyəri necə hesablanır?
    01-iyl-2025 | Bloq
  • Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    Xarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi
    01-iyl-2025 | Bloq
  • ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    ƏDV ilə bağlı vergi tutulan əməliyyatın vaxtı necə müəyyən edilir?
    30-iyn-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]