logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Malların pərakəndə satış qaydasında rəsmiləşdirilməsi ilə bağlı qaydalar

  • Bloq
  • 07-mar-2022, 18:48
  • 136

Vergi Məcəlləsinin 58.13-cü maddəsinə edilmiş əlavələrlə bağlı vergi ödəyicilərində maraq doğuran müəyyən məqamlar var.

Vergi Məcəlləsinin 58.13-cü maddəsində qeyd edilir ki, bu Məcəlləyə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bu maddəyə əlavədə vergi ödəyicilərini maraqlandıran əsas məsələ “topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsi”dir.

58.13-cü maddəyə əsasən, üç halda: 1) mallar topdansatış ticarət obyektlərindən; 2) istehsal obyektlərindən; 3) anbarlardan pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim olunduqda maliyyə sanksiyası tətbiq edilir.

Məcəllənin 13.2.62.-ci maddəsində “pərakəndə satış” anlayışının açıqlaması verilmişdir: “pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir”.

58.13.-cü maddədə dəqiq göstərilir ki, maliyyə sanksiyası pərakəndə satış qaydasında rəsmiləşdirməklə aparılan əməliyyatlara tətbiq edilir.

Bəs “pərakəndə satış qaydasında rəsmiləşdirməklə satış” dedikdə nə başa düşülür?

“Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4-cü maddəsinə əsasən, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Deməli, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi malları pərakəndə ticarət obyektlərində, başqa sözlə, mağazalarda alıcıya təqdim etməlidir.

Odur ki, malların alıcıya anbarlardan təqdim edilməsi pərakəndə satış sayılır, amma bu, pərakəndə satış qaydaları ilə rəsmiləşdirmə sayılmır, ona görə ki, mallar pərakəndə satış obyektlərində təqdim edilmir, alıcıların evlərinə çatdırılma qaydasında verilir.

Bundan əlavə, onlayn və yerində çatdırma ilə məşğul olan subyektlərin pərakəndə ticarət obyekti olmur, malları saxlamaq üçün anbarları olur. Həmin subyektlərdən pərakəndə ticarət obyekti tələb edilməsi qanunsuzdur. Ən azı ona görə ki, bu, həmin fəaliyyətin profilinə uyğun deyil. Onlar sifarişləri qəbul edir və malları anbarlardan aparıb sifarişçilərə yerində çatdırırlar. Mallar çatdırılarkən mütləq kassa çeki verilməlidir.

Beləliklə:

topdansatış ticarət obyektlərində mallar əhaliyə kassa çeki ilə satılırsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilir;
istehsal obyektlərində mallar əhaliyə kassa çeki ilə satılırsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilir;
pərakəndə ticarət ilə məşğul olan subyektlərin anbarlarından kassa çeki ilə birbaşa əhaliyə satılırsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilir.
pərakəndə ticarət ilə məşğul olan subyektlərin anbarlarından mallar kassa çeki ilə birbaşa anbarlarda yox, yerində çatdırmaq şərtilə əhaliyə satılarsa, 58.13.-cü maddəyə əsasən, maliyyə sanksiyası tətbiq edilməyəcəkdir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq
  • İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?
    İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?
    27-fev-2026 | Bloq
  • Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR
    Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR
    26-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech