logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Transfer qiymətlərinin hesablanmasında beynəlxalq qiymətləndirmə prinsiplərinin tətbiqi

  • Bloq
  • 05-apr-2022, 13:53
  • 166

Müasir dövrdə transfer qiyməti beynəlxalq vergitutma sahəsinin aktual mövzularından birinə çevrilib. Mövzunu baş vergi məsləhətçisi Meyxanım Ələkbərova şərh edib.

Transfer qiymətlərinin aktuallaşmasının əsas səbəblərindən biri son illərdə beynəlxalq ticarət dövriyyəsinin böyük hissəsinin transmilli şirkətlərin payına düşməsi və dövlətlərin hər il bu sahədə vergidən yayınma halları hesabına külli miqdarda gəlirdən məhrum olmasıdır. Respublikamızda da bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi nəzarətinin gücləndirilməsi məqsədilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər və əlavələr edilib.

Təcrübədə rezidentin özünün daimi nümayəndəlikləri ilə apardığı əməliyyatlara tez-tez rast gəlinir. Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsi dəyişiklikdən əvvəl bu əməliyyatlar üzrə transfer qiymətlərinin tətbiqini istisna edirdi. Dəyişikliklərdən sonra isə rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında apardığı əməliyyatlara da transfer qiymətinin tətbiqi nəzərdə tutulur.

Bir-biri ilə qarşılıqlı surətdə asılı olmayan şəxslər arasında sövdələşmə yolu ilə vergidən yayınma məqsədi daşıyan qiymətlərdə və əməliyyatlarda bir çox manipulyasiyalara rast gəlmək olur. Bu vəziyyət vergidən yayınma hallarını artırır. Ölkəmizdə bu kimi hallarda vergidən yayınma hallarının qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, transfer qiyməti bir-biri ilə qarşılıqlı surətdə asılı olmayan şəxslər arasında aparılan əməliyyatlara da tətbiq ediləcək, bu şərtlə ki:

- şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmış olsunlar və (və ya);

- Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıq olsun.

Həmin əməliyyatlarda beynəlxalq qiymətləndirmə prinsiplərinin tətbiqi həm bazarda rəqabətin artmasına, həm də vergitutma bazasının genişlənməsinə səbəb olacaq. Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, bir çox xarici ölkələrdə transfer qiyməti bütün beynəlxalq əməliyyatlara tətbiq edilir.

Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, dəyişikliklərdən əvvəl Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad olunduğu halda, 14-1-ci maddəyə istinad verilməmişdi. Bu da Vergi Məcəlləsinin 14-1.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmtəəsiz apardıqları əməliyyatları üzrə məbləğlərin xərcə silinməsinə şərait yaradırdı. Məcəlləyə edilən son dəyişikliklərdən sonra isə faktiki olaraq 14-1-ci maddədə aparılacaq hesablaşmalar əmtəəsiz aparılan əməliyyatlara tətbiq edilmir.

Vergi Məcəlləsində edilən digər bir yenilik transfer qiymətləndirmə ilə bağlı inzibatçılığın təkmilləşdirilməsi məqsədilə yeni sənədləşmələrin tətbiqidir. Belə ki, Məcəllənin 16.1.4-1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vəzifələrinə Master File, Local File-ın vergi orqanının tələbi ilə təqdim edilməsi vəzifəsi əlavə edilmişdir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) BEPS (Base Erosion and Profit Shifting) layihəsinin 13-cü fəaliyyət planı transfer qiymətləri ilə bağlı aparılan sənədləşmələrin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və bu sahədə məlumatların vahid platformada mübadiləsi, transmilli şirkətlərdə transfer qiymətləri yoxlamaları zamanı bu məlumatlardan istifadə edilməsi, transmilli şirkətlərin beynəlxalq vergitutma prinsipləri əsasında vergiyə cəlb olunmasına əminlik yaradılması və s. məsələləri əhatə edir. Master Fayl və Lokal Fayl BEPS fəaliyyət planı çərçivəsində tələb edilən sənədləşmə formalarıdır. Master file şirkətin bağlı olduğu qrupun təşkilati sturukturu, qrupun fəaliyyətinin təhlili və qrup daxilində şirkətlərin bir-biriləri ilə həyata keçirdiyi kommersiya əməliyyatları, qrupun sahib olduğu qeyri-maddi aktivlər haqqında məlumatı, qrup daxilində həyata keçirilən maliyyə əməliyyatları, qrupun maliyyə və vergi vəziyyəti haqqında məlumatları əhatə edir. Lokal fayl yerli şirkətin idarəetmə sturukturunu, vergi ili ərzində həyata keçirilən şirkətdaxili əməliyyatları, şirkətlərarası müqavilələri, transfer qiymətinin müəyyən edilməsi metodologiyasını və tətbiqini, yerli şirkətin maliyyəsi haqqında məlumatları əhatə edir.

Əvvəlcədən vergi ödəyicilərinin transfer qiymətləri üçün hazırlamalı olduğu ilkin sənədləşmə barədə direktivin verilməsi həm müvafiq sahədə vergi yoxlamalarının effektivliyini artıracaq, həm də vergi ödəyicilərində transfer qiymətləri ilə bağlı sənədləşmədə müəyyənlik yaradacaq. Bunun nəticəsində transfer qiymətləri üzrə aparılan yoxlamalarda vergi ödəyicisindən tələb edilən sənədlərin vaxtında təqdim edilməsində yaranan problemlər aradan qalxacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    Satışdankənar gəlirlərin vergiyə cəlb edilməsi qaydaları
    05-sen-2025 | Bloq
  • İdxal edilən mallar barədə məlumat təqdim etmək öhdəliyi və məsuliyyət
    İdxal edilən mallar barədə məlumat təqdim etmək öhdəliyi və məsuliyyət
    05-sen-2025 | Bloq
  • Qeyri-rezidentlərin gəlirlərinin vergiyə cəlb olunması qaydası
    Qeyri-rezidentlərin gəlirlərinin vergiyə cəlb olunması qaydası
    04-sen-2025 | Bloq
  • Bu ilin I rübündə fəaliyyətini dayandıran sahibkara vergi güzəşti veriləcəkmi?
    Bu ilin I rübündə fəaliyyətini dayandıran sahibkara vergi güzəşti veriləcəkmi?
    04-sen-2025 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    03-sen-2025 | Bloq
  • Hansı halda işçinin məlumatlarının digər şəxslərə ötürülməsi qadağandır?
    Hansı halda işçinin məlumatlarının digər şəxslərə ötürülməsi qadağandır?
    03-sen-2025 | Bloq
  • Vergidən çıxılan xərclər: nümayəndəlik, işçi mənzil və yemək xərcləri ilə bağlı yeniliklər
    Vergidən çıxılan xərclər: nümayəndəlik, işçi mənzil və yemək xərcləri ilə bağlı yeniliklər
    02-sen-2025 | Bloq
  • Depozit gəlirlərinə hansı hallarda vergi güzəşti tətbiq olunur?
    Depozit gəlirlərinə hansı hallarda vergi güzəşti tətbiq olunur?
    02-sen-2025 | Bloq
  • Müharibə iştirakçısının müqaviləsi bitdikdə məzuniyyət günləri necə hesablanır?
    Müharibə iştirakçısının müqaviləsi bitdikdə məzuniyyət günləri necə hesablanır?
    01-sen-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]