logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Gəlirdən çıxılmayan xərclər bəyannamədə hansı hissədə qeyd edilməlidir?

  • Bloq
  • 07-apr-2022, 13:42
  • 137


Müəssisənin gəlirindən çıxılmayan xərclərinin mənfəət vergisi bəyannaməsinin hansı hissəsində qeyd olunması ilə bağlı mühasiblər arasında fərqli yanaşmaların olduğu müşahidə edilir. Məsələyə iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Bəzi mütəxəssislər Məcəllənin 109-cu maddəsinə əsasən gəlirdən çıxılmayan xərcləri əvvəlcə mənfəət vergisi bəyannaməsinin 232-ci sətrində (“Digər xərclər”) qeyd edir, sonra isə həmin məbləği bəyannamənin 235-ci (“Ümumi gəlirdən çıxılmayan xərclər”) sətrində qeyd edir.

Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclər mənfəət vergisi bəyannaməsinin "Hesabat dövrü üçün verginin hesablanması" bölməsinin 249-cu sətrində (Vergi Məcəlləsinə əsasən, gəlirdən çıxılmayan xərclər) və müvafiq olaraq 249.1, 249.2 və 249.3-cü altsətirlərində qeyd edilməlidir.

Bəs həmin məbləğ bəyannamənin 1 saylı Əlavəsinin hansı hissəsində yazılmalıdır? Nəzərə alsaq ki, gəlirdən çıxılmayan xərclər müəssisənin sərəncamında qalan xalis mənfəəti hesabına kompensasiya edilir, o zaman həmin məbləğ bəyannamənin 1 saylı Əlavəsinin 2.1.2-ci sətrində ("Hesabat dövrünün xalis mənfəti") "Silinmişdir” hissəsinə yazılmalıdır.

Bəs Mənfəət vergisi bəyannaməsinin 235-ci sətri – "Ümumi gəlirdən çıxılmayan xərclər" hansı məqsədlər üçün nəzərdə tutulub? Bildiyimiz kimi, Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Mənfəət özü isə müəssisənin bütün gəlirləri (vergidən azad edilən gəlirlərindən başqa) ilə gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərqdir.

Misal: Tutaq ki, müəssisə həm kənd təsərrüfatı məhsullarının topdan ticarəti ilə, həm də kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Müəssisənin il ərzində ümumi dövriyyəsi 100.000 manat olub. Bu dövriyyənin 30.000 manatlıq hissəsi kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilib. Həmçinin, müəssisənin il ərzində ümumi xərcləri 60.000 manat təşkil edib ki, bunun da 10.000 manatı birbaşa kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı xərclərdir. Onu da nəzərə alaq ki, Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlər mənfəət vergisindən azaddır. Mənfəət vergisi bəyannaməsi tərtib edilərkən əvvəlcə gəlirlər hissəsinə 100.000 manat ümumi gəlirlər qeyd edilir. Sonra kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən 30.000 manat vergidən azad edilən dövriyyə bəyannamənin 219.4-cü sətrinə (“Gəlirlər üzrə azadolmalar və güzəştlər”) qeyd edilir. Sonra 60.000 manat ümumi xərclər şərti olaraq 221.4-cü sətrə (“Malın dəyəri”) qeyd edilir. Amma bu xərclərin 10.000 manatlıq hissəsi vergidən azad edilən dövriyyə - kənd təsərrüfatı istehsalı fəaliyyəti ilə bağlı olduğu üçün həmin məbləğ ümumi xərclərdən çıxılaraq bəyannamənin 235-ci sətrinə (“Ümumi gəlirdən çıxılan xərclər”) qeyd edilir. Beləliklə, müəssisənin vergiyə cəlb edilən gəlirləri 70.000 manat, bu gəlirlərin əldə olunması ilə bağlı xərcləri isə 50.000 manatdır:

100.000 -30.000 = 70.000 manat;
60.000 -10.000 = 50.000 manat.

Müəssisənin vergitutma məqsədləri üçün mənfəəti isə 20.000 manat təşkil edəcəkdir:

70.000 – 50.000 = 20.000 manat.


Yuxarıda qeyd olunanları nəzərə alaraq, bir daha vurğulamaq istəyirəm ki, Vergi Məcəlləsinin 109.2-ci və 109.3-cü maddələrinə əsasən, müəssiənin gəlirdən çıxılmayan xərcləri mənfəət vergisi bəyannaməsinin 235-ci sətrinə və onun alt sətirlərinə deyil, bəyannamənin 249-cu sətrinə və onun alt sətirlərinə yazılmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq
  • İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?
    İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?
    27-fev-2026 | Bloq
  • Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR
    Əməkhaqqından tutulan alimentin hesablanması və ödənilməsi qaydası - MİSALLAR
    26-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech