logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmtəə-material ehtiyatlarının uçotu

  • Bloq
  • 15-apr-2022, 12:04
  • 251

Vergi ödəyicisi sonrakı tarixdə alınmış eyni cinsli, eyni xüsusiyyətli, eyni çeşidli malı əvvəlki tarixdə aldığı mallardan əvvəl satarsa, vergi uçotunu necə aparmalıdır? Sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Təcrübədə, əsasən, qida məhsulları ilə bağlı belə hallara çox rast gəlinir. Məsələn, hər hansı qida məhsulunun istifadə müddəti bitir və onun satılması mümkün olmur. Eyni maldan yeniləri gəlir, köhnələr anbarda qalır və yenilər satılır. Bu halda sahibkar nə etməlidir?

Əmtəə-material ehtiyatlarının uçotuna aid bu məsələlər Vergi Məcəlləsinin 139-cu maddəsi ilə tənzimlənir. Məcəllənin 139.4-cü maddəsinə əsasən, vergi ödəyicisi öz ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir.

Buradan görünür ki, Vergi Məcəlləsi malların uçotunu iki formada aparmağa yol verir:

- malların fərdi uşotu ilə;
- orta maya dəyəri əsasında qiymətləndirməklə.


Bəs nəzərdən keçirdiyimiz hal bu uçot və qiymətləndirmə qaydalarına uyğun gəlirmi?

Fərdi uçot dedikdə qiymətləndirmə aşağıdakı kimi olmalıdır:

- mallar növünə, çeşidinə, xüsusiyyətinə görə ayrılmalıdır;

- ayrılmış mallar bir-bir, yəni fərdi olaraq uçota alına bilər;

- ayrılmış mallar partiya (lot) formasında fərdi uçota alına bilər;

- mallar alış tarixlərinə görə bir-bir və ya lot formasında uçota alına bilər.


Göründüyü kimi, Məcəllədəki “malların fərdi uçotu” anlayışı vergi ödəyicisinə malların uçotuna çoxşaxəli yanaşmağa imkan verir. Həmçinin, buna mühasibat uçotu standartlarından olan FİFA uçotu qaydaları da aiddir. Vergi Məcəlləsinin 139.4.-cü maddəsi bunu əhatə edir. Bundan əlavə, Vergi Məcəlləsinin bu tələbi ilk alınanın ilk satışını və bir-bir (fərdi) satışını da dəstəkləyir.

Misal: “AA” MMC süd məhsullarının satışı ilə məşğuldur. MMC 10 fevral 2022-ci ildə 100 litr, 15 fevral 2022-ci ildə 50 litr və 25 fevral 2022-ci ildə 80 litr süd məhsulu alır. Süd məhsullarının saxlanma müddəti 30 gündür. Bu halda MMC uçotu hansı formada aparmalıdır?

Həm mühasibat uçotu standartları, həm də Vergi Məcəlləsi MMC-yə orta maya dəyəri ilə uçot aparmağa imkan verir. Amma məhsulun yararlılıq müddətini nəzərə alanda burada fərdi uçota keçmək lazım gəlir. Ona görə də alınan süd məhsullarının hər partiyasını ayrı-ayrılıqda uçota almaq və hər partiyanın satışının uçotunu ayrı-ayrılıqda aparmaq lazımdır.

Yəni 10 fevral 2022-ci ildə alınmış 100 litr məhsulun 12 mart 2022-ci ilə kimi satılmamış hissəsi qalıqda saxlanmalı və yeni partiya satılmalıdır.

Uçotun bu forması həm şəffaflıq, həm də reallıq baxımından daha düzgündür.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech