logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Cəmiyyətin baş direktorunun təyin edilməsi necə rəsmiləşdirilir?

  • Bloq
  • 07-iyn-2022, 16:47
  • 399


İştirakçılarının sayı 1-dən çox olan məhdud məsuliyyətli cəmiyyətlərdə kollegial idarəetmə forması tətbiq edildiyindən, direktorun seçilməsi ümumi yığıncağın iclasında həyata keçirilir. Belə cəmiyyətlərdə ümumi yığıncağın iclası protokollaşdırılır, qərar protokolun tərkibində olur.

Burda iki hal mümkündür: Direktorun iştirakçıların içərisindən seçilməsi və ya kənar şəxsin təyin edilməsi.

Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Hər iki formalı MMC-lərdə direktorun seçilməsi (təyin olunması) və onun səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı protokol və qərar nümunələrini təqdim edirik.

“Alov” MMC-nin

iştirakçılarının növbədənkənar ümumi yığıncağının

P R O T O K O L U

№___

Bakı şəhəri “____” ________20___-ci il



Sədr: ______________________

Katib: _____________________

İştirak edirdilər:

“Alov” MMC-nin iştirakçıları:

Soyadı, adı, atasının adı
Soyadı, adı, atasının adı
Soyadı, adı, atasının adı


Dəvət edilib:

Soyadı, adı, atasının adı (əgər direktor vəzifəsinə seçiləcək şəxs kənardan dəvət olunubsa)

Ümumi yığıncağın gundəliyi:

Cəmiyyətin baş direktoru ____________ əmək müqaviləsinə xitam verilməsi;
Cəmiyyətin yeni baş direktorunun seçilməsi və onunla əmək müqaviləsinin bağlanılması.
....



EŞİDİLDİ:
Cəmiyyətin iştirakçılarından ___________ baş direktor vəzifəsinə cəmiyyətin iştirakçısı (və ya kənardan dəvət edilən) __________ seçilməsini və onunla əmək müqaviləsi bağlanılmasını təklif etdi. Əlavə təklif olmadığından təklif səsə qoyuldu.

Səsvermənin nəticələri:

Lehinə - 3 səs;

Əleyhinə - 0 səs;

Bitərəf – 0 səs.



QƏRARA ALINDI:
___________ (şəxsiyyət vəsiqəsinin göstəriciləri) baş direktor təyin edilsin və onunla əmək müqaviləsi imzalansın.
____________ ilə əmək müqaviləsinin 5 illik müddətə və protokola əlavə olunan şərtlər daxilində imzalanması səlahiyyəti Cəmiyyətin iştirakçısı _____________ həvalə olunsun.


Ümumi yığıncağın sədri______ ______________

Ümumi yığıncağın katibi ______ ______________


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    Sabit qəbzin onlayn qaydada alınması mümkündürmü?
    14-noy-2025 | Bloq
  • Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    Artıq və ya səhv tutulmuş dövlət rüsumunun qaytarılması müddəti azaldıldı
    14-noy-2025 | Bloq
  • Vergi  mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    Vergi mütəxəssislərimiz tərəfindən əsassız hesablanmış Mənfəət vergisi azaldıldı
    13-noy-2025 | Bloq
  • Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    Qeyri-rezident xidmətlərinə görə ƏDV kim ödəyir?
    13-noy-2025 | Bloq
  • İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    İddia müddəti bitdikdən sonra debitor borclara ƏDV hesablanırmı?
    13-noy-2025 | Bloq
  • Deputatdan gəlir vergisi ilə bağlı təklif
    Deputatdan gəlir vergisi ilə bağlı təklif
    12-noy-2025 | Bloq
  • Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    Bir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?
    12-noy-2025 | Bloq
  • Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    Kirayə üzrə vergi dərəcəsinin azaldılmasına aydınlıq gətirilib
    07-noy-2025 | Bloq
  • Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
    07-noy-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech