logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Malların alış aktının tərtib edilməsi

  • Bloq
  • 03-avq-2021, 12:50
  • 93
Malların alış aktının tərtib edilməsi

Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alarkən vergi ödəyiciləri alış aktı tərtib etməlidirlər.
Məcəllənin 71-2-ci maddəsində də malların alış aktının tərtib edilməsi qaydası göstərilib.

“Nağdsız hesablaşmalar haqqında” Qanunda və Vergi Məcəlləsində alış aktı ilə alına biləcək malların siyahısı qeyd edilməyib. Qanunun 3.5-ci maddəsində göstərilən malların qeyd edilməsinin üç təyinatı vardır:

1. Həmin malları “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində qeyd edilmiş limit olmadan nağd almaq;

2. Həmin mallardan başqa digər malları 3.3-cü maddədə qeyd edilmiş limit daxilində nağd almaq;

3. Həmin malları təqdim edərkən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq ödəmə mənbəyində 2 faiz vergi ödəmək.
Həmin mallardan başqa malların vergi ödəyicisi olmayan şəxslərdən alış aktı ilə alınmasına qanunvericiliklə məhdudiyyət qoyulmayıb. Onu da qeyd edək ki, vergi ödəyicisi olmayan şəxslərdən “malların alış aktı” sənədi ilə hətta əsas vəsait belə alına bilər. Burada da məhdudiyyət yoxdur. Məsələn, hansısa müəssisəyə nəqliyyat vasitəsi lazım olarsa, müəssisə nəqliyyat vasitəsini vətəndaşdan “malların alış aktı” ilə ala bilər.

Qeyd etmək yerinə düşər ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti məqsədləri üçün olmayan və ya əvvəl sahibkarlıq fəaliyyətində istifadə edilməmiş daşınar əmlakların (qiymətli daş və metallar, qiymətli daş və metalların məmulatları, incəsənət əsərləri və əntiq əşyalar istisna olmaqla) təqdim edilməsi gəlir vergisindən azaddır. Lakin unutmaq olmaz ki, vergi orqanında uçotda olmayan şəxslər istənilən malların, o cümlədən əsas vəsaitlərin satışı ilə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olurlarsa, onların vergi uçotuna alınması və digər zəruri prosedurları yerinə yetirməsi mütləqdir. Əks halda bu, qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • 109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    109.8-ci maddədəki 2% limit necə tətbiq olunur?
    26-may-2026 | Bloq
  • Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl manata qarşı ucuzlaşıb, avro isə bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    25-may-2026 | Bloq
  • İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    İşçi iş yerinə hansı sənədləri könüllü təqdim edə bilər?
    25-may-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    22-may-2026 | Bloq
  • Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    Əlavə dəyər vergisi tutulan dövriyyənin dəqiqləşdirilməsi qaydası
    22-may-2026 | Bloq
  • İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    İdxal olunan mallarla bağlı məlumat formasının təqdim edilməsi tələbi ləğv olunub
    21-may-2026 | Bloq
  • Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?
    21-may-2026 | Bloq
  • Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    Yerli qrant hesabına idxalda ƏDV necə tətbiq olunur?
    20-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech