logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İcarəçinin balansındakı uçota alınmayan əsas vəsaitlərin təmir xərcləri amortizasiya olunurmu?

  • Bloq
  • 15-fev-2023, 10:45
  • 116
İcarəçinin balansındakı uçota alınmayan əsas vəsaitlərin təmir xərcləri amortizasiya olunurmu?
Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

Amma təcrübədə rast gəlinən hallardan biri icarəyə verən şəxsin təmir xərclərini icarə haqqı ilə əvəzləşdirmək istəməməsidir. Misal üçün, vergi ödəyicisi hər hansı şəxsdən satış və ya restoran üçün ofis sahəsi icarəyə götürdükdə, adətən, həmin sahəni fəaliyyət göstərdiyi əraziyə uyğunlaşdırır. Bu zaman vergi ödəyicisi çəkdiyi təmir xərclərinin gəlirdən çıxılması ilə bağlı vergi qanunvericiliyində məhdudiyyətlər ilə qarşılaşırdı. Oxşar hala icarəyə götürülən avadanlıqların təmiri zamanı da rast gəlinirdi.

Son dəyişikliyə əsasən, vergi ödəyicisi balansındakı uçota alınmayan əsas vəsaitlər üzrə təmir xərclərini amortizasiya ayırmaları şəklində gəlirdən çıxılan xərclərə aid edə bilər. İcarəyə götürülən əsas vəsaitin hansı kateqoriyaya aid olması onun təmir xərclərinin həmin əsas vəsait üzrə amortizasiya normasının müəyyənləşdirilməsinə kömək edir.

Misal 1: Vergi ödəyicisi 2022-ci ildə ofis sahəsi icarəyə götürüb və təmirə 3.000 manat xərc çəkib. Vergi Məcəlləsinin 114.3.1-ci maddəsinə əsasən, binalar üçün amortizasiya norması 7 faizə qədər müəyyən edilib. Vergi ödəyicisi 2022-ci ildə 210 manat təmir xərcini gəlirdən çıxılan xərclərə aid edə bilər.

3.000 x 7 % = 210 manat.

Misal 2: İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisi qurğu (avadanlıq) icarəyə götürüb və 2022-ci ildə onun təmirinə 2.000 manat xərc çəkib. Vergi Məcəlləsinin 114.3.2-ci maddəsinə əsasən, maşınlar və avadanlıqlar üzrə amortizasiya norması 20 faizədək müəyyən olunduğundan vergi ödəyicisi 400 manat təmir xərcini həmin vergi ilində gəlirdən çıxılan xərclərə aid etmək hüququna malikdir.

2.000 x 20 % = 400 manat.

Misal 3. Vergi ödəyicisi icarəyə götürülən nəqliyyat vasitəsinin təmirinə 2022-ci ildə 600 manat xərc çəkib. O, 2022-ci ildə nəqliyyat vasitəsinin aid olduğu kateqoriya üzrə 25 faiz dərəcə ilə kapitallaşdırılmış təmir xərcinə amortizasiya hesablaya bilər. Bu halda vergi ödəyicisinin 2022-ci ildə təmir xərci 150 manat təşkil etdiyindən ilin sonuna kapitallaşdırılmış təmir xərci 450 manat olacaq.

600x25% = 150 manat;
600 - 150 = 450 manat.

Təmir xərci üzrə kapitallaşdırılan məbləğ 500 manatdan aşağı olduğu üçün vergi ödəyicisi cari ildə həmin təmir xərcini gəlirdən tam çıxılan xərclərə aid edə bilər. Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan az olduqda qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Təmir xərclərinin gəlirdən çıxılması ilə əlaqədar bir məqamı da yadda saxlamaq lazımdr. Təmir xərclərinin faktiki məbləği Vergi Məcəlləsinin 115.1-ci maddəsi ilə müəyyən olunan normalarla müəyyənləşdirilən məbləğdən az olduqda gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.

Mövzu ilə bağlı digər maraqlı nüanslardan biri də Vergi Məcəlləsinin 114.3-1-ci və 114.3-2-ci maddələrinin tətbiqi ilə əlaqədardır. Həmin maddələrə əsasən, mikro və kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına müvafiq olaraq 2 və 1.5 əmsalı tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Misal 4. Mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi balansında olmayan binanın (ofis sahəsi) təmirinə 5.000 manat təmir xərci hesablayıb. Vergi Məcəlləsinin 114.3.1-ci maddəsinə əsasən, binalar, tikililər və qurğular üzrə amortizasiya normasının maksimal həddi 7 faiz müəyyən edilib. Vergi ödəyicisi mikro sahibkarlıq subyekti olduğu üçün kapitallaşdırlmış təmir xərcinə 2 əmsal tətbiq etməklə 700 manatı gəlirdən çıxılan xərclərə aid edə bilər.

5.000 x 7% = 350 manat;
350 x 2 = 700 manat.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • ƏDV məqsədləri üçün xidmət yerinin müəyyən edilməsi
    ƏDV məqsədləri üçün xidmət yerinin müəyyən edilməsi
    18-iyl-2025 | Bloq
  • İdman məşqçilərinin və zallarının gəlirləri hansı formada vergiyə cəlb olunur?
    İdman məşqçilərinin və zallarının gəlirləri hansı formada vergiyə cəlb olunur?
    18-iyl-2025 | Bloq
  • Kənd təsərrüfatı məhsullarının satışında ƏDV qaydaları
    Kənd təsərrüfatı məhsullarının satışında ƏDV qaydaları
    17-iyl-2025 | Bloq
  • 75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi?
    75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi?
    17-iyl-2025 | Bloq
  • ƏDV-nin qeyri-rezidentə elektron ticarət ödənişlərində hesablanması qaydaları
    ƏDV-nin qeyri-rezidentə elektron ticarət ödənişlərində hesablanması qaydaları
    16-iyl-2025 | Bloq
  • Hüquqi şəxslər üçün icarə haqqından vergitutma qaydaları və bəyannamə öhdəlikləri
    Hüquqi şəxslər üçün icarə haqqından vergitutma qaydaları və bəyannamə öhdəlikləri
    16-iyl-2025 | Bloq
  • İxrac əməliyyatlarında ƏDV və vergi qaytarılması prosesi
    İxrac əməliyyatlarında ƏDV və vergi qaytarılması prosesi
    15-iyl-2025 | Bloq
  • Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?
    Fərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi?
    15-iyl-2025 | Bloq
  • Təsərrüfat subyektlərinin uçotu və vergi azadolmalarına dair tələblər
    Təsərrüfat subyektlərinin uçotu və vergi azadolmalarına dair tələblər
    14-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]