logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmtəəsiz əməliyyatlar aparan şəxs necə tapılır?

  • Bloq
  • 16-yan-2025, 10:45
  • 87
Əmtəəsiz əməliyyatlar aparan şəxs necə tapılır?

Əmtəəsiz əməliyyatlar aparan şəxs necə tapılır?


[b]- Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs (Maddə 2.1.3).

Son dəyişikliklərdən sonra Nazirlər Kabinetinin 265 nömrəli Qərarına əsasən əmtəəssiz əməliyyat aparan şəxs də riskli vergi ödəyicisi hesab edilə bilər. Sual yarana bilər ki, qərarda nəzərdə tutulan ilk iki halda xidmət və malları təqdim edən şəxslərlə əmtəəsiz əməliyyat aparan şəxsin fərqi nədir, niyə əmtəəsiz əməliyyatlar aparan şəxs ayrıca təsnifləşdirilib?
Sualın cavabını tapmaq üçün əvvəlcə Vergi Məcəlləsinin 13.2.81-ci maddəsində verilmiş əmtəəsiz əməliyyat anlayışının tərifinə nəzər salaq: “Maddə 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır”.
Maddədən göründüyü kimi, əmtəəsiz əməliyyat faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən aparılan əməliyyatdır. İndi isə həm xidmət, həm də malların təqdim edilməsi üzrə misalı nəzərdən keçirək ki, əmtəəsiz əməliyyat anlayışı oxuculara daha aydın olsun.
Misal. Vergi ödəyicisi müqaviləyə əsasən qarşı tərəfə obyektin 2 000 manatlıq dizayn xidmətini göstərib. Həmçinin, obyektin 20 000 manatlıq təmiri xidmətini yerinə yetirib. Həmin vergi ödəyicisi digər vergi ödəyicisinə 10 000 manatlıq tikinti materialları satıb, həmçinin 2 000 manatlıq metal qırıntılarının təqdim olunmasını həyata keçirib. Vergi nəzarəti təbdirləri zamanı məlum olur ki, obyektin dizaynı həyata keçirilsə də, həmin obyektdə hər hansı təmir işləri aparılmayıb. Digər vergi ödəyicisi isə tikinti materiallarının alınmasını faktiki olaraq həyata keçirməyib, sadəcə, əməliyyat sənədləşdirilib. Amma vergi ödəyicisinə 2 000 manatlıq metal qırıntıları təqdim edilib.
Bu şərtlər daxilində 4 əməliyyatdan 2-si əmtəəsiz əməliyyatdır:
- 20 000 manatlıq obyektin təmiri xidməti;
- 10 000 manatlıq tikinti materialların təqdim olunması.
Digər iki əməliyyat (dizayn xidməti və metal qırıntıların təqdim olunması) faktiki olaraq həyata keçirildiyi üçün əmtəəsiz əməliyyat anlayışına uyğun gəlmir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib
    24-iyn-2026 | Bloq
  • Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    Xaricdən əldə olunan gəlirlər üzrə VÖEN və vergi öhdəlikləri necə müəyyən edilir?
    24-iyn-2026 | Bloq
  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq
  • Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    19-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    19-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech