logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS altsistemində işçilərin əlilliyi ilə bağlı məlumatlar SİYAHI formasında əldə edilə bilər

  • Bloq
  • 14-apr-2025, 11:14
  • 29
ƏMAS altsistemində işçilərin əlilliyi ilə bağlı məlumatlar SİYAHI formasında əldə edilə bilər

ƏMAS altsistemində işçilərin əlilliyi ilə bağlı məlumatlar SİYAHI formasında əldə edilə bilər


Xəbər verdiyimiz kimi, ƏMAS altsistemində əlilliyi olan şəxslər haqqında məlumatları hesabat formasında əldə etmək üçün xüsusi bölmə yaradılıb. ƏMAS altsistemində “ƏMAS” bölməsinin “Statistik məlumatlar” altbölməsində “Əlillik qrupları üzrə say” subbölməsində yaş qrupları və təhsil səviyyələri ilə bağlı bölmədə olduğu kimi əlilliyi olan işçilərin sayı ilə bağlı ümümi statistik məlumatlar təqdim edilir. İşəgötürən həmin bölmədə orqanizmin funksiyalarının 31 -60 faiz (öncəki III qrup), 61-80 faiz (öncəki II qrup) və 81-100 faiz (Öncəki I qrup) pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilərin sayı haqqında məlumatla tanış olmaq imkanına malikdir. Amma əlilliyi olan şəxslərin sayın tərkibini formalaşdırılan işçilər haqqında məlumat ƏMAS altsisteminin “Əlillik qrupları üzrə say” altbölməsində əks olunmurdu.

Dövlət qurumu tərəfindən ƏMAS altsistemində edilən son yeniliyi işəgötürənlərin faydasına olan dəyişiklik kimi qiymətləndirilə bilər. ƏMAS altsistemində “ƏMAS” bölməsinin “Əməkdaşların əlillik məlumatları” altbölməsinə daxil olmaq lazımdır.
Həmin bölməyə daxil olduqdan sonra işəgötürən əlilliyi olan işçilərin haqqında bəzi məlumatları (əlililik qrupları və əlillik səbəbi) əldə edə biləcək.

İşəgötürən işçilərin orqanizm funksiyalarının faiz nisbəti üzrə axtarış etməklə orqanizmin funksiyalarının 31-60 faiz, 61-80 faiz və 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üzrə məlumatları da ayrıca qruplaşdıra bilər. Qeyd edək ki, Əmək Məcəlləsində əliliyi olan şəxslərlə bağlı bəzi tələblər mövcuddur. Misal üçün, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsinin 98-ci maddəsinə əsasən isə əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. Əmək Məcəlləsinin 119-cu maddəsində də qeyd edilir ki, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilməlidir.

İşəgötürən ƏMAS altsisteminin “Əməkdaşların əlillik məlumatları” bölməsində qeyd edilən işçilərin Əmək Məcəlləsinin əlilliyi olan şəxslər üçün müəyyən etdiyi minimum tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    Gələn il pensiya kapitalında 6 faizlik artım gözlənilir
    27-okt-2025 | Bloq
  • İşsizlikdən sığorta ödənişi: hesablanma, təyinat, ödəniş qaydaları
    İşsizlikdən sığorta ödənişi: hesablanma, təyinat, ödəniş qaydaları
    27-okt-2025 | Bloq
  • Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
    Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
    24-okt-2025 | Bloq
  • Gələn il Azərbaycana elektrobusların idxalı ƏDV-dən azad olacaq
    Gələn il Azərbaycana elektrobusların idxalı ƏDV-dən azad olacaq
    24-okt-2025 | Bloq
  • SAHİBKARLARA ŞAD XƏBƏR!!! ƏDV limiti 400 min manata qaldırılır?!
    SAHİBKARLARA ŞAD XƏBƏR!!! ƏDV limiti 400 min manata qaldırılır?!
    23-okt-2025 | Bloq
  • Gələn il də minimum maaş 400 manat olacaq
    Gələn il də minimum maaş 400 manat olacaq
    23-okt-2025 | Bloq
  • Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq
    Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq
    23-okt-2025 | Bloq
  • Eyni əməliyyat üzrə hesablaşma qaydalarının pozulmasına dair izahat
    Eyni əməliyyat üzrə hesablaşma qaydalarının pozulmasına dair izahat
    23-okt-2025 | Bloq
  • Lisenziyalarla bağlı YENİ QƏRAR
    Lisenziyalarla bağlı YENİ QƏRAR
    23-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech