logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçilər aylıq haqq-hesab sənədlərini necə və haradan ala bilər?

  • Bloq
  • 15-may-2025, 10:21
  • 49
İşçilər aylıq haqq-hesab sənədlərini necə və haradan ala bilər?

İşçilər aylıq haqq-hesab sənədlərini necə və haradan ala bilər?


Əmək Məcəlləsinin 173-cü maddəsinin 3-cü bəndinə əsasən, işçilərin haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əməkhaqqı verilərkən işçiyə təqdim edilir. Bəs həmin məlumatlar işçilərə hansı formada çatdırılmalıdır? İşəgötürən məlumatları göndərmək üçün ƏMAS-da mühasibə icazə verməlidir, yoxsa mühasib özü birbaşa göndərməlidir?

Suallara aydınlıq gətirmək üçün mütəxəssis Kəmalə Yusifova bildirib ki, Əmək Məcəlləsinin 173-cü maddəsinə əsasən, hər ay müəyyən edilmiş əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər: “Hər dəfə əməkhaqqı verilərkən kompüter yaddaşında saxlanılan bu hesablamalar işçiyə təqdim edilir. İşəgötürən əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir”.
İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) Əmək Məcəlləsinin tələbi ilə aşağıdakı məlumatlar göstərilməlidir:

1. Hesablanmış əməkhaqqının ümumi məbləği;

2. Əməkhaqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;

3. Əməkhaqqından tutulan məbləğlər - tutulmanın adı, növü, səbəbi və məbləği;

4. Faktik ödənilən məbləğ;

5. Tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

Mütəxəssis qeyd edib ki, işçilərin haqq-hesab sənədləri onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əməkhaqqı verilərkən işçiyə təqdim edilir. İşçilərə hesablama vərəqəsinin onların tələbi ilə verilməməsi əmək qanunvericiliyinin pozuntusu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində göstərilib ki, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Məsələyə Dövlət Əmək Müfəttişliyi Xidməti də münasibət bildirib. Xidmətdən verilən açıqlamaya görə, hər dəfə əməkhaqqı verilərkən işçinin tələbi ilə o, kompüterin yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir.

Xidmətdən onu da açıqlayıblar ki, əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təmin edilir: “ƏMAS-da “İstifadəçi səlahiyyətləri” bölməsi mövcuddur. Həmin bölmə vasitəsilə işəgötürən tərəfindən istifadəçi səlahiyyətlərinin verilməsi altbölməsi ilə səlahiyyətlərin ötürülməsi mümkündür. ƏMAS-a əlavə edilən yeni funksionallıqlar yalnız möhür səlahiyyətli işəgötürənlərin imzasına verilir. Digər şəxslərin istifadəsi işəgötürənin verdiyi icazə əsasında mümkündür”.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech