logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Sahibkarlıq mühitində dayanıqlı biznes həllərinə keçid

  • Bloq
  • 29-may-2025, 11:15
  • 30
Sahibkarlıq mühitində dayanıqlı biznes həllərinə keçid

Sahibkarlıq mühitində dayanıqlı biznes həllərinə keçid


Yaşıl iqtisadiyyata keçidin təmin edilməsi üçün əlverişli ekosistemin yaradılması mühüm şərtdir. Bu ekosistem dövlət, biznes və cəmiyyətin fəaliyyətini əhatə edir. Bu istiqamətdə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi xüsusilə əhəmiyyətlidir.

Sosial məsuliyyət və etik prinsiplər

Sosial məsuliyyətli investisiya konsepsiyası 1970-80-ci illərdə yaranmağa başladı. İnvestorlar sərmayə barədə düşünərkən yalnız maliyyə göstəricilərini deyil, həm də şirkətlərin sosial və etik davranışlarını nəzərə almağa başladılar. BMT-nin 1987-ci ildə nəşr etdiyi “Brundtland Hesabatı” dayanıqlı inkişaf anlayışını populyarlaşdırdı. 1990-cı illərdə isə bu tendensiya bir qədər də geniş yayıldı. Bu dövrdə ətraf mühitin qorunması, sosial ədalət və iqtisadi inkişafın birgə təminatı üçün çağırışlar gücləndi.

2004-cü ildə BMT-nin Maliyyə Sektorunun Dayanıqlılığı üzrə Prinsiplər Qrupunun təşəbbüsü ilə hazırlanmış “Qayğı göstərənlər qalib gəlir” (“Who Cares Wins”) hesabatında ESG termini ilk dəfə sistemli şəkildə işlənib təqdim olundu. Bu sənəd göstərirdi ki, şirkətlərin və investorlarn ESG meyarlarını tətbiq etməsi həm biznes, həm də cəmiyyət üçün faydalıdır. BMT-nin 2006-cı ildə “Məsuliyyətli investisiyalar üçün prinsiplər” (“Principles for Responsible Investment” (PRI)) təşəbbüsünü yaratması ESG-nin qlobal miqyasda tanınmasına və investisiya qərarlarında tətbiqinə təkan verdi. Beləliklə, dünyada ESG standartları və hesabatlılığı ilə bağlı çoxsaylı təşəbbüslər, qaydalar və normativlər formalaşdı. İllər keçdikcə ESG-nin qlobal miqyasda daha geniş formada tətbiq edilməsinə başlanıldı.

ESG standartları şirkətlər, investorlar və cəmiyyət üçün faydalıdır

ESG meyarlarına riayət edən şirkətlər ekoloji, sosial və idarəetmə ilə bağlı riskləri daha yaxşı idarə edir. Bu, ətraf mühitlə bağlı hüquqi mübahisələrin və reputasiya zərərlərinin qarşısını almağa kömək edir. Müsbət reputasiya müştərilərlə tərəfdaşlığın güclənməsini təmin edir.

ESG standartları əməyin səmərəli təşkilini də əhatə etdiyi üçün işçilərin hüquqlarına və rifahına diqqət göstərən şirkətlərdə əməkdaşların motivasiyası və məhsuldarlığı yüksəlir. ESG faktorlarına önəm verən şirkətlər daha sabit və davamlı gəlir təqdim edə bilirlər. Belə şirkətlər karbon izi, su istifadəsi və tullantıların azaldılması kimi məsələlərə diqqət göstərirlər. Həmçinin, iş yerlərində ədalətli əmək şəraiti, gender bərabərliyi və insan hüquqlarının qorunması təşviq olunur. ESG prinsipləri şəffaflığın artmasına, iqtisadiyyatın “ağarma”sına və sosial məsuliyyət anlayışının güclənməsinə təsir edir.

Azərbaycanda ESG-nin təşviqi: stimullaşdırıcı tədbirlər

Beynəlxalq sosial məsuliyyət prinsiplərinə sadiqlik nümayiş etdirərək dayanıqlı inkişaf proseslərinin fəal iştirakçılarından olan ölkəmizdə də ESG standartlarının tətbiqi diqqətdə saxlanılır. Bunun üçün dayanıqlı biznes təcrübələrinin tətbiqi stimullaşdırılır. Xüsusilə ESG prinsiplərinin komponentləri üzrə verilmiş vergi güzəştləri bu baxımdan önəmlidir. Yaşıl iqtisadiyyatın dəstəklənməsi məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələrinə vergi təşviqlərinin verilməsi, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalının ƏDV-dən azad edilməsi təmin edilib. Bu baxımdan elektrik və hibrid avtomobillər üçün vergi güzəştləri, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularına tətbiq olunan güzəştlər, investisiya təşviqi sənədi üzrə təşviqlər, köhnə maşınların ölkəyə idxalı zamanı aksiz vergisinin yüksəldici əmsalla tətbiqi və s. həyata keçirilir. Bundan başqa, vergi qanunvericiliyində sosial məsələlər üzrə də çoxsaylı güzəştlər mövcuddur. Həssas qruplardan olan işçilər üçün bir sıra güzəşt və əlavə təminatlar nəzərdə tutulub. Əlilliyi olan şəxslərin öz bacarıqları və yaradıcılıqları ilə məşğul olmalarını təşviq etmək, onların iqtisadi fəaliyyətini stimullaşdırmaq məqsədilə Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər edilib. Bununla da əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib. Sosial vergi güzəştləri inklüziv cəmiyyəti inkişaf etdirmək üçün ESG məqsədlərinə uyğunlaşaraq, maliyyə imkanlarına çıxışı artırır. Beləliklə, ESG standartları daha sağlam mühit, inklüziv cəmiyyət və təkmilləşdirilmiş idarəetmə mexanizmlərini təşviq etməklə sağlam gələcəyə, dayanıqlı maliyyə axınlarına və sosial rifaha faydalarla səciyyələnir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
    06-may-2026 | Bloq
  • Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün vergi güzəşti ediləcək
    06-may-2026 | Bloq
  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech