logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

"Mənfəət vergisi" Bəyannaməsinin 1 saylı Əlavəsinin tərtibi zamanı nələrə diqqət yetirilməlidir?

  • Bloq
  • 23-iyn-2025, 10:26
  • 58
"Mənfəət vergisi" Bəyannaməsinin 1 saylı Əlavəsinin tərtibi zamanı nələrə diqqət yetirilməlidir?

"Mənfəət vergisi" Bəyannaməsinin 1 saylı Əlavəsinin tərtibi zamanı nələrə diqqət yetirilməlidir?


Həmkarlarımızda ən çox sual doğuran məsələlərdən biri də Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsinin doldurulmasıdır. Vergi ödəyicisinin bir növ balans məlumatlarını əks etdirən həmin əlavə “Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat” adlanır.
Bəyannamənin 1 saylı Əlavəsinin tərtibi zamanı 3 vacib məqama diqqət yetirmək lazımdır.

Birinci məqam. Vergi ödəyicisinin dövrün əvvəlinə qalıq məlumatları öncəki hesabat dövrünün sonuna olan qalıq məlumatları ilə eynilik təşkil etməlidir. Mümkündür ki, vergi ödəyicisi yeni fəaliyyətə başladığından ilk hesabatını versin. O halda hesabat dövrünün əvvəlinə qalıqlar “0”a bərabər olmalıdır.
Mümkündür ki, vergi ödəyicisi hesabat dövründən öncəki dövrdə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmiş olsun. Bu halda vergi ödəyicisinin hesabat dövrünün əvvəlinə qalıq məlumatları vergi ödəyicisi tərəfindən təqdim edilən son Sadələşdirilmiş vergi bəyannaməsinin 1 saylı Əlavəsinin hesabat dövrünün sonuna olan məlumatları ilə eynilik təşkil etməlidir.

Misal. Vergi ödəyicisinin 2023-cü ilin sonuna pul vəsaitləri 10 000 manat, debitor borcları isə 8000 manat təşkil edib. Vergi ödəyicisi 2024-ci il üzrə Mənfəət vergisi bəyannaməsi hazırladıqda, “Pul vəsaitləri və debitor borclar” sətrininin “Hesabat dövrünün əvvəlinə” sütununa müvafiq olaraq 10 000 manat və 8000 manat qeyd etməlidir.

İkinci məqam. Vergi ödəyicisinin hesabat dövrü ərzində dövriyyələri eyni olmalıdır, yəni tarazlıq gözlənilməlidir.

Misal 1. Vergi ödəyicisi qarşı tərəfə 10 000 manatlıq mal təqdim edir və ödəniş bank hesabına daxil olur. Bu halda bəyannamənin aktiv bölməsində pul vəsaitlərinin artmasına uyğun şəkildə malların azalması müşahidə edilməlidir, məbləğlər eyni olmalıdır. Misaldan göründüyü kimi, proses yalnız bəyannamənin aktiv bölməsində həyata keçirilir.

Misal 2. Vergi ödəyicisi qarşı tərəfə olan 20 000 manatlıq kredit borcunu ödəyib. Bu halda bəyannamənin aktiv bölməsində pul vəsaitlərinin azalmasına uyğun şəkildə passiv bölməsində kredit borclarının da azalması müşahidə olunacaq. Əməliyyat nəticəsində həmin aktiv, həm də passiv bölmələr üzrə dəyişikliklər baş verir.

Misal 3. Hüquqi şəxsin təsisçisi nizamnamə kapitalına 30 000 manat məbləğində nəqliyyat vasitəsi qoyuluşu edib. Bu zaman aktiv və kapital hissələrinin müvafiq olaraq “Nəqliyyat vasitələri” və “Nizamnamə kapitalı” bölmələrində 30 000 manat artım baş verəcək.

Üçüncü məqam. Hesabat dövrünün sonuna qalıqlar da bərabər olmalıdır. Təbii ki, vergi ödəyicisinin hesabat dövrünün əvvəlinə qalıq və dövriyyələr üzrə məbləğləri eyni olursa, o halda hesabat dövrünün sonunda da qalıqlar bərabər olmalıdır. Əks halda bəyannaməni yadda saxladıqda məhdudiyyət tətbiq ediləcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq
  • Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    19-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    19-iyn-2026 | Bloq
  • Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    18-iyn-2026 | Bloq
  • Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    18-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech