logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar

  • Bloq
  • 08-iyl-2025, 09:56
  • 83
Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar

Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar


Vergi Məcəlləsinin 160.1-ci maddəsində göstərilib ki, müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan əməliyyat sayılmır. Qanunvericiliyin bu tələbini ekspert İsmayıl Bağırov şərh edir.

Məcəllənin 160.2-ci maddəsinə əsasən, bu Məcəlləsinin 160.1-ci maddəsində göstərilən halda müəssisəni alan və ya qəbul edən şəxs təqdim olunan bu fəsildə göstərilən və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Misal 1: “A” müəssisəsi bir əməliyyat çərçivəsində “B” müəssisəsi tərəfindən 1.000.000 manata alınıb və bu barədə tərəflər təqdim edilmədən sonra 7 gün müddətində vergi orqanına yazılı məlumat veriblər. Qeyd edək ki, bu zaman “B” müəssisəsi “A” müəssisəsinə aid hüquq və öhdəlikləri öz üzərinə götürür. Lakin “A” müəssisəsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad olunmur.

Bu halda, göstərilən əməliyyat ƏDV üzrə vergi tutulan əməliyyat sayılmır.

Vergi Məcəlləsinin 160.3-cü maddəsinə əsasən, bu maddə yalnız o halda tətbiq olunur ki, müəssisəni təqdim edən və alan (qəbul edən) tərəflər təqdim edilmədən sonra 10 gündən gec olmayaraq bu maddənin müddəalarının tətbiq edilməsi üçün vergi orqanına yazılı məlumat vermiş olsun.

Beləliklə, ƏDV-yə cəlb olunmayan əməliyyatlardan biri də müəssisənin təqdim edilməsidir. Əvvəlcə aydınlaşdıraq ki, müəssisənin təqdim edilməsi nə deməkdir. Bu əməliyyat Mülki Məcəllə ilə hüquqi şəxslərin birləşməsi, satılması, bölünməsi kimi halları nəzərdə tutur. Tutaq ki, müəssisə ƏDV ödəyicısidir və onun mülkiyyətində çoxlu mallar, əsas vəsaitlər var. Müəssisənin təsisçiləri qərara alırlar ki, paylarını başqa bir şəxsə satsınlar. Bu zaman mülkiyyətçi dəyişilir, yəni müəssisə bir şəxsdən başqa bir şəxsə təqdim olunur. Belə təqdim edilmə ilə bağlı onun balansında olan mallar satış kimi qəbul edilmir və ƏDV-yə cəlb olunmur. Həmçinin, buraya birləşmə, qoşulma və bölünmə halları da aiddir.

Misal 2: ƏDV ödəyicisi olan “Araz” MMC-nin (adlar şərtidir) balansında 250.000 manatlıq mal var. MMC-nin təsisçiləri paylarını “Dayaq” MMC-yə satıblar. Bu zaman həmin 250.000 manatlıq mal satış kimi qəbul olunmur və ƏDV- yə cəlb edilmir.

Daha bir hal: Tutaq ki, “Araz” MMC ilə “Dayaq” MMC qərara gəliblər ki, cəmiyyətlərini birləşdirsinlər. Onların balanslarında mallar var. Birləşmə nəticəsində MMC-lər yeni bir MMC yaradıblar. Bu halda da mallar ƏDV-yə cəlb olunmayacaq. Qoşulanda da eyni şərtlər tətbiq edilir.

Göründüyü kimi, bu tip əməliyyatlar ƏDV-yə cəlb olunmur. Amma burada bir tələb qoyulub ki, müəssisələr bu formada təqdim edilən zaman əməliyyat baş verdikdən sonra 10 gün müddətində vergi orqanına yazılı məlumat verməlidirlər. Əks halda, balanslarında olan mallar ƏDV-yə cəlb edilə bilər.

Vergi Məcəlləsinin 160.4-cü maddəsində göstərilib ki, hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivlərin, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.

Misal 3: ƏDV ödəyicisi olan MMC balansında olan 100.000 manatlıq binanı Təhsil şöbəsinə əvəzsiz olaraq verib. Bu zaman həmin əmlak satış kimi qəbul olunmur və ƏDV- yə cəlb edilmir.

Misal 4: Şəhid olmuş hərbi qulluqçuların ailələrinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş siyahıya daxil olan sosial məqsədlər üçün yaradılmış fonda müəssisə tərəfindən 90.000 manat dəyərində mənzil əvəzsiz olaraq hədiyyə edilib. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən, malların hədiyyə verilməsinin malların təqdim edilməsi hesab olunduğunu nəzərə alaraq, qeyd olunan halda mənzilin sosial məqsədlər üçün yaradılmış fonda təqdim olunmasının vergiyə necə cəlb edilib-edilmədiyinə baxaq.

Vergi Məcəlləsinin 160.4-cü maddəsinə əsasən, yuxarıda qeyd olunan halda müəssisə tərəfindən sosial məqsədlər üçün yaradılmış fonda 90.000 manat dəyərində mənzilin əvəzsiz təqdim edilməsi əmlak satışı kimi qəbul olunmur və əlavə dəyər vergisinə cəlb edilmir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech