Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları

Qanunvericiliyə əsasən, hamilə qadınlara bir sıra əmək hüquqları və imtiyazlar nəzərdə tutulub. Mütəxəssis Kəmalə Yusifova həmin hüquqlarla bağlı açıqlama verib.
Əmək Məcəlləsinin 52-ci maddəsinə görə, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə sınaq müddəti müəyyən edilmir. Digər müddəalara əsasən, hamilə qadınlar attestasiya edilmir, onların, eləcə də uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.
Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər siyahısına hamilə, habelə üç yaşınadək uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də daxildir.
Bunlarla yanaşı, hamilə qadınların həftəlik iş saatları və iş vaxtı da fərqləndirilib. Əmək Məcəlləsinin 91-ci maddəsinə görə hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün həftəlik iş saatı 36 saatdan artıq olmamalıdır.
Məcəllənin 98-ci maddəsində isə gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilməyən işçilərin siyahısı yer alıb. Müddəaya əsasən, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlar (bu Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.
Əmək Məcəlləsinin 131-ci maddəsinin 4-cü bəndinə əsasən, qadınların hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.
Qanunvercilik hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etməyi qadağan edir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə) işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə görə, qadın –z hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlil uşaq böyüdən qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.
Əmək Məcəlləsinin 245-ci maddəsinin 2-ci bəndində isə göstərilib ki, hamilə, 14 yaşına çatmamış uşağı, yaxud əlil uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.
Bəs əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə hamilə qadınla bağlanmış əmək müqaviləsinə xitam verilə bilərmi?
Əvvəlcə müddətli əmək müqaviləsinin müddətinin bitməsi halına nəzər salaq. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər Əmək Məcəlləsinin 79-cu maddəsi ilə müəyyən edilib:
İşəgötürən tərəfindən:
- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
- yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
- işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
- həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
- öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin
- məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
Buradan aydın olur ki, hamilə qadınlar əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçilər siyahısında yer alır. Lakin Əmək Məcəlləsinin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin vaxtı bitən hamilə qadınların əmək müqaviləsinə xitam verilə bilər.