logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İnzibati cərimələrin şərti olaraq tətbiq edilməsi halları

  • Bloq
  • 07-avq-2025, 10:01
  • 74
İnzibati cərimələrin şərti olaraq tətbiq edilməsi halları

İnzibati cərimələrin şərti olaraq tətbiq edilməsi halları


Əmək qanunvericiliyi və məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 192.2-ci, 192.4-cü, 192.6-cı, 192.10-cu, 192.11-ci və 540.3-cü maddələrində nəzərdə tutulan inzibati cərimələr işəgötürənlərə şərti olaraq tətbiq edilir. Bu il şərti cərimələrin tətbiq edilməsini nəzərdə tutan maddələrin sayı artırılıb. Yeniliyi ekspert Ramin Hacıyev şərh edir.

11 aprel 2025-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Məcəllənin 192.2 və 192.4-cü maddələri də şərti cərimələr tətbiq olunan maddələrin siyahısına əlavə olunub. Bu da həmin maddələr üzrə əmək qanunvericiliyini pozmuş işəgötürənlərə işçilərin pozulmuş hüquqlarını təmin etmək imkanı yaradır.

İnzibati Xətalar Məcəlləsinin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarda xətanın aradan qaldırılması üçün müddət müəyyən edilir. Müddət bir ayadək, yaxud xətanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq, bir aydan iki ayadək müəyyən olunur.

Şərti cərimələrin tətbiqi eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarında istisna edilir.
Məcəllədə yer alan əmək qanunvericiliyi və məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə şərti cərimə tətbiq olunan maddələr aşağıdakılardır:

Maddə 192.2. İşəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə - yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 192.4. İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Maddə 192.10. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Maddə 192.11. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Maddə 540.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edim ki, 11 aprel 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsində edilən dəyişiklikdə 192.4-cü maddənin dispozisiyasında “hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə” sözləri “əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə” sözləri ilə əvəz edilib. Həmçinin, həmin maddənin dispozisiyasında digər bir dəyişiklik - “hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə” sözləri “əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə” sözləri ilə əvəz olunub.

Yuxarıda qeyd olunan maddələr üzrə dəyişikliklər və şərti cərimələr üzrə maddələrin sayının artırılması əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir edəcək.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    Aktivin satışından əldə olunan vəsait hansı halda vergidən azad olunur?
    23-iyn-2026 | Bloq
  • İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?
    23-iyn-2026 | Bloq
  • AZE Finance-də növbəti iclas keçirilib
    AZE Finance-də növbəti iclas keçirilib
    22-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    22-iyn-2026 | Bloq
  • Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    Gələn həftə Azərbaycanda qadınların pensiya yaşı artırılacaq
    22-iyn-2026 | Bloq
  • Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    Daşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?
    19-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    19-iyn-2026 | Bloq
  • Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    Naxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?
    18-iyn-2026 | Bloq
  • Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    Təhsil məzuniyyətinin hesablanma qaydası və son dəyişikliklər
    18-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech