logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmək münasibətlərində nəzarət güclənəcək

  • Bloq
  • 21-avq-2025, 10:30
  • 30
Əmək münasibətlərində nəzarət güclənəcək

Əmək münasibətlərində nəzarət güclənəcək


Əmək Məcəlləsində son dəyişikliklərinin əsas məqsədlərindən biri elektron nəzarǝt imkanlarının genişləndirilməsidir. Belə ki, dəyişikliklǝrǝ qədər əmək müqaviləsi bildirişi anlayışından istifadə edildiyi üçün işçinin elektron əmək müqaviləsində qeyd etdiklərinin hüquqi əsası yox idi. Son dəyişiklikdən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin işəgötürən və işçi arasında elektron sənəd formasında bağlanan əmək müqaviləsinin bütün şərtlərinə baxmaq imkanının yaradılmasını nəzarət mexanizminə dəstək kimi göstərmək olar. Həmçinin, işəgötürən və işçi arasında aparılan rəsmi elektron yazışmalarla yanaşı, xitam və məzuniyyətlərin elektronlaşdırılması da dövlət qurumu tərəfindən nəzarət alətlərindən istifadəyə dəstək olacaq. Eyni zamanda, işəgötürən tərəfindən işçinin əməkhaqqı məlumatları ilə bağlı haqq-hesab cədvəlinin ona göndərilməsi işçinin hüququnun təmin edilməsi ilə bərabər, dövlət qurumunun da fərdi əmək mübahisələri zamanı istinad sənədlərinə aid ediləcək. Mövzunu ekspert Anar Bayramov şərh edir.


Misal 1: İşəgötürən mütəxəssis vəzifəsində çalışan işçisinin əsas məzuniyyət günlərini elektron əmək müqaviləsində 30 gün yox, 21 gün kimi qeyd edib. Dəyişikliyədək dövlət qurumunun yoxlamaları zamanı işəgötürən kağız formada bağlanan əmək müqaviləsində 21 gün yox, 30 gün qeyd etdiyi üçün ƏMAS altsistemində qeyd edilən günlərin sayının hər hansı hüquqi qüvvəsi olmurdu. Yeni dəyişiklikdən sonra elektron sənəd formasında bağlanan əmək müqaviləsi həm işəgötürən, həm də işçi tərəfindən imzalandığı üçün kağız formada əmək müqaviləsi bağlanmasına ehtiyac yaranmır. Bu səbəbdən də dövlət qurumu üçün hüquqi qüvvəsi olan sənəd elektron sənəd formasında bağlanan əmək müqaviləsi olacaq.
İndi isə fərdi əmək mübahisələri zamanı rast gəlinən digər hala baxaq.

Misal 2: Dəyişikliyədək aşağıda qeyd olunan hal mümkün idi: işçi iddia edir ki, əmək müqaviləsinə xitamla bağlı 1 ay öncədən ərizəni təqdim etsə də işəgötürən onun əmək müqaviləsinə xitam verməyib. İşəgötürən isə bildirir ki, ərizə forması müvafiq bölməyə təqdim edilməyib. Bu halda, işəgötürən işçinin ərizəsini qeydiyyata salmayıb ləğv edə bilirdi. Amma yeni dəyişiklikdən sonra işçi, Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq, bir ay öncədən ərizəni elektron formada təqdim etdiyi halda, işəgötürən ərizənin təqdim olunmaması iddiası ilə çıxış edə bilməyəcək.

Xatırladaq ki, Əmək Məcəlləsində son dəyişikliklər dövlət başçısının 28 iyun 2024-cü il tarixdə təsdiq etdiyi “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb. Bununla da Məcəllədə xeyli sayda dəyişikliklər edilib. Bunlar, əsasən, işəgötürən və işçi arasında əmək münasibətlərinin elektronlaşdırılmasını nəzərdə tutur.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech