logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Müharibə iştirakçısının müqaviləsi bitdikdə məzuniyyət günləri necə hesablanır?

  • Bloq
  • 01-sen-2025, 10:49
  • 25
Müharibə iştirakçısının müqaviləsi bitdikdə məzuniyyət günləri necə hesablanır?


Müharibə iştirakçısının müqaviləsi bitdikdə məzuniyyət günləri necə hesablanır?


Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Vətən Müharibəsi Qəhrəmanlarına, Milli Qəhrəmanlara, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Bəs həmin şəxslərin əmək müqaviləsinə xitam verilərkən istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya hesablanarkən məzuniyyət günləri necə nəzərə alınır?

Mövzu ilə bağlı ekspert Orxan İsgəndərov aydınlıq gətirir.

Əmək məzuniyyəti hər bir işçinin qanuni istirahət hüququdur. Əmək Məcəlləsinə görə, məzuniyyət iki növə bölünür:

Əsas məzuniyyət – bütün işçilərə verilən ödənişli istirahət günləri;

Əlavə məzuniyyət – qanuna görə yalnız Əmək Məcəlləsinin 115, 116 və 117-ci maddələrində nəzərdə tutulan hallar.

Əmək Məcəlləsinin 120-ci maddəsi veteran statuslu işçilərə illik əmək məzuniyyətinin 46 təqvim günündən az olmamasını təmin edir. Maddədə “əsas məzuniyyət” ifadəsi işlədilməsə də bu günlər Əmək Məcəlləsinin 115 və 116 və 117-ci maddələrindəki əlavə məzuniyyətlər siyahısında yer almır. Hətta bu əlavə məzuniyyət haqqında olan maddələrdə 120-ci maddə istisna edilir. Deməli, 46 gün müharibə iştirakçılarına verilən uzadılmış əsas məzuniyyətdir.

Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə pul kompensasiyası verilir. Məcəllədə yalnız 115 və 116-cı maddələrdəki əlavə məzuniyyətlər üçün kompensasiyanın ödənilmədiyi bildirilir. Lakin Əmək Məcəlləsinin 120-ci maddəsi üzrə məzuniyyət günləri bu istisnaya daxil deyil. Bu səbəbdən, xitam zamanı 46 günlük veteran məzuniyyəti üzrə istifadə olunmamış günlər əsas məzuniyyət haqqı kimi mütləq ödənilməlidir.

Misal: Müharibə iştirakçısı olan işçi dövlət tərəfindən medalla təltif olunub. İşə qəbul olunarkən əmək müqaviləsi üzrə əsas məzuniyyət günləri hissəsinə 46 gün yazılıb. İşçi işdən çıxması barədə işəgötürənə yazılı ərizə təqdim edir. Bu zaman işəgötürən işçiyə 46 günə uyğun istifadə etmədiyi məzuniyyət günlərinin konpensasiyasını ödəyəcək.

Əgər işçi 30 günlük əsas məzuniyyət və staja görə 2 gün əlavə məzuniyyət gününə sahib olsaydı, bu zaman ona yalnız 30 günə görə istifadə etmədiyi məzuniyyət günləri üçün kompensasiya ödəniləcəkdi.
Ən vacib məqamlardan biri də budur ki, əmək müqavilələrində veteranların məzuniyyəti 46 gün əsas məzuniyyət kimi göstərilir. Xitam zamanı bu günlərin ödənilməməsi əmək müqaviləsi şərtlərinin pozulması deməkdir. Məhkəmə praktikasında bu hallarda iddialar, adətən, işçinin xeyrinə həll olunur.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
    Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
    24-okt-2025 | Bloq
  • Gələn il Azərbaycana elektrobusların idxalı ƏDV-dən azad olacaq
    Gələn il Azərbaycana elektrobusların idxalı ƏDV-dən azad olacaq
    24-okt-2025 | Bloq
  • SAHİBKARLARA ŞAD XƏBƏR!!! ƏDV limiti 400 min manata qaldırılır?!
    SAHİBKARLARA ŞAD XƏBƏR!!! ƏDV limiti 400 min manata qaldırılır?!
    23-okt-2025 | Bloq
  • Gələn il də minimum maaş 400 manat olacaq
    Gələn il də minimum maaş 400 manat olacaq
    23-okt-2025 | Bloq
  • Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq
    Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq
    23-okt-2025 | Bloq
  • Eyni əməliyyat üzrə hesablaşma qaydalarının pozulmasına dair izahat
    Eyni əməliyyat üzrə hesablaşma qaydalarının pozulmasına dair izahat
    23-okt-2025 | Bloq
  • Lisenziyalarla bağlı YENİ QƏRAR
    Lisenziyalarla bağlı YENİ QƏRAR
    23-okt-2025 | Bloq
  • 7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq?
    7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq?
    22-okt-2025 | Bloq
  • Texnologiyalar parkının rezidentlərinə hansı güzəştlər tətbiq olunur?
    Texnologiyalar parkının rezidentlərinə hansı güzəştlər tətbiq olunur?
    22-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech