logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əmrlərin qeydiyyatı prosesi necə həyata keçirilməlidir?

  • Bloq
  • 03-iyn-2022, 23:41
  • 666
Əmrlərin qeydiyyatı prosesi necə həyata keçirilməlidir?
Əmrlərin qeydiyyatının aparılması ilə bağlı bölmənin əvvəlində məlumat vermişik. Qeyd edək ki, təşkilatlarda əmrlər bəzən 3, bəzənsə 4 istiqamətdə qruplaşdırılsa da, bu sənədlərin iki istiqamətdə - təşkilatın əsas fəaliyyəti və işçi heyəti ilə bağlı təsnifləşdirilməsinə daha çox rast gəlinir. Təşkilatın əsas fəaliyyəti ilə bağlı əmrlər dedikdə, istehsalat-təsərrüfat, planlaşdırma, hesabatlıq, maliyyə, kredit, məhsul istehsalı və satışı, (xidmət), xarici iqtisadi əlaqələr, strukturun təkmilləşdirilməsi və müəsssisənin işinin təşkili ilə bağlı idarəetmə məsələlərini özündə əks etdirən əmrlər, işçi heyəti ilə bağlı əmrlər dedikdə isə, işçilərin işə qəbulu, işdən azad olunması, ezamiyyə, məzuniyyət, məzuniyyətdən geri çağırma, mükafatlandırma, tənbeh, kompensasiya və digər əmrlər nəzərdə tutulur.

Qeyd edək ki, qanunvericilikdə əmrlərin qeydiyyatı kitabının aparılması ilə bağlı tələblər var. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işəgötürən əmək müqavilələri ilə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya komputer vasitəsilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır.

Məcəllənin tələbinə görə, işəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.

Əmrlərin uçotu qeyd etdiyimiz kimi ya iki kitabda (işçi heyəti və əsas fəaliyyət üzrə əmrlər), ya da ikidən çox kitabda aparıla bilər. Bütün hallarda, məsələn, məzuniyyətlə bağlı ayrıca qeydiyyat kitabının aparılması, yoxsa belə əmrlərin işçi heyəti ilə bağlı əmrlər kitabında qeyd olunması rəhbərliyin və kadrlarla iş şöbəsinin yanaşmasından və təşkilatda sənəd dövriyyəsinin həcmindən asılıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur?
    15-may-2026 | Bloq
  • Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    Əlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir?
    15-may-2026 | Bloq
  • HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    HPBHS çərçivəsində xarici subpodratçılara əlavə 10% vergi tətbiq edilmir
    14-may-2026 | Bloq
  • Minimum əmək haqqı nə zaman artırılacaq?
    Minimum əmək haqqı nə zaman artırılacaq?
    14-may-2026 | Bloq
  • İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    İxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?
    13-may-2026 | Bloq
  • Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    Vergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?
    13-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-may-2026 | Bloq
  • Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    Mikro sahibkarlar üçün 75%-lik vergi güzəşti hansı hallarda tətbiq olunur?
    12-may-2026 | Bloq
  • Bu gün Azərbaycanda qısa iş günüdür
    Bu gün Azərbaycanda qısa iş günüdür
    08-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech