logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi ödəyicisi əməliyyatı rəsmiləşdirdikdə…

  • Bloq
  • 20-iyn-2022, 12:25
  • 80


Sadələşdirilmiş verginin tətbiqi ilə bağlı sahibkarlar müəyyən suallarla qarşılaşırlar. Bu suallardan birinə Vergi və Dövlət Qulluğu üzrə Tədris Mərkəzinin rəhbəri Təhməz Qaçayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin; 218.5.10-cu maddəsinə əsasən isə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Bu maddələrdə göstərilən əməliyyatlar elektron qaimə-faktura ilə rəsmiləşdirilən əməliyyatlardır.

Misal 1: Topdansatış fəaliyyəti ilə məşğul olan fərdi sahibkar 60.000 manatlıq mal təqdim edib. Həmin şəxs bu təqtimetmədən sadələşdirilmiş vergi ödəmək hüququna malik deyil. O, gəlirlərindən gəlir vergisi ödəməlidir.

Misal 2: Mühasibat xidmətləri göstərən “A” şirkəti vergi ödəyicilərinə konsultasiya xidməti göstərməsindən 10.000 manat gəlir əldə edib. Şirkətin bu gəlirlərindən sadələşdirilmiş vergi ödəmək hüququ yoxdur.

Bəs vergi ödəyicisi həm kassa çeki (qəbz), həm də elektron qaimə-faktura ilə rəsmiləşən əməliyyat həyata keçirərsə, bu halda sadələşdirilmiş vergi ödəmək hüququ yaranırmı?

Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, malların təqdim edilməsini pərakəndə satış qaydasında həyata keçirən vergi ödəyicisi, eyni zamanda, malların satışını topdansatış qaydasında həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda vergi ödəyicisinin sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır

Məcəllənin 218.6.2-ci maddəsində isə göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda onun sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Misal 3: Fərdi sahibkar həm pərakəndə satış qaydasında, həm də topdansatış qaydasında malların təqdim edilməsi ilə məşğuldur. Onun rüb ərzində ümumi ticarət əməliyyatlarının həcmi 100.000 manat, elektron qaimə-faktura (topdansatış) ilə rəsmiləşdirilən əməliyyatlarının həcmi isə 25.000 manat olub. Bu fərdi sahibkarın sadələşdirilmiş vergi metodu tətbiq etmək hüququ varmı?

Bu halda elekron qaimə-faktura ilə rəsmiləşən əməliyyatların həcmi ümumi ticarət əməliyyatının 30 faizini keçmədiyinə görə fərdi sahibkar sadələşdirilmiş vergi metodu tətbiq edə bilər.

Ümumi ticarət əməliyyatlarının 30 faizi = 100.000x30% = 30.000 manat

25.000 < 30.000

Qeyd edək ki, ümumi ticarət əməliyyatı dedikdə pərakəndə satış və topdansatış əməliyyatlarının cəmi başa düşülür.

Bəs vergi ödəyicisi sadələşdirilmiş vergi metodu tətbiq edəcəyi halda nə qədər sadələşdirilmiş vergi ödəməlidir? Nəzərdən keçirdiyimiz halda, əgər onun heç bir debitor borcu yaranmamışdırsa, 2.000 manat (100.000 x 2% ) sadələşdirilmiş vergi ödəməlidir.

Göstərilən izahı xidmətlərə də aid etmək mümkündür.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    10-iyl-2025 | Bloq
  • Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    10-iyl-2025 | Bloq
  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq
  • Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    Dublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?
    07-iyl-2025 | Bloq
  • Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    Əmlak vergisi, vergi sanksiyaları və dəqiqləşdirilmiş hesabatların təqdim olunması qaydaları
    04-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]