logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşçi ilə bağlı hansı ödənişlər mütləq olaraq nağdsız həyata keçirilməlidir?

  • Bloq
  • 22-iyn-2022, 21:06
  • 153


“Nağdsız hesablaşmalar haqqında” AR Qanunun 3.4.4-cü maddəsində diqqət yetiriləsi digər məqam hansı ödənişlərin yalnız nağdsız şəkildə edilməsi ilə bağlıdır. Maddədə nağdsız qaydada ödənişlər belə tənsifləşdirilir:

- Nağdsız qaydada ödənişləri həyata keçirilən vergi ödəyiciləri tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər)

Əmək Məcəlləsinin 157-ci maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı dedikdə, işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsi başa düşülür. Əmək haqqına əlavə isə əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc hesab edilir. Mükafata gəlincə isə, əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti başa düşülür.

Mİsal. İşçinin noyabr ayı üzrə əmək haqqı gəliri 1200 manat təşkil edib. Həmin məbləğin 800 manatı aylıq əmək haqqı (tarif (vəzifə) maaşı), 100 manatı əlavə iş saatına görə (əmək haqqına əlavə) və 300 manat isə satış göstəricilərinə görə bonusdan (mükafat) ibarətdir. İstehsal sahəsində çalışan vergi ödəyicisi işçiyə əmək haqqı üzrə bütün ödənişləri mütləq olaraq nağdsız qaydada həyata keçirməlidir.

Maddədə “o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər”ifadəsindən istifadə edilir. Həmin ödənişlərə hansı xərclərin aid edilməsinə gəlincə, burda işçinin xərclərinin kompensasiya edilməsi məqsədi ilə verilən ödənişlər nəzərdə tutulur.

Mİsal 1. Bank fəaliyyəti həyata keçirən vergi ödəyicisi işçisinin kirayə xərclərini kompensasiya etmək üçün ona ayda 400 manat vəsait ödəyir. Bu halda işçiyə vəsaitin ödənilməsi nağdsız qaydada həyata keçirilməlidir.

Mİsal 2. Əmək haqqı ödənişlərini məcburi olaraq nağdsız qaydada ödəməli olan vergi ödəyicisi işçiyə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanı, ezamiyyə xərcini və s. ödənişləri nağd şəkildə həyata keçirə bilməz.

Bir məsələni qeyd edək ki, maddədə işçiyə ödənilən vəsaitlərin nağdsız həyata keçirilməsindən söhbət gedir.

Mİsal. İşçisinin rabitə xərclərini mobil operatorla bağlanan müqaviləyə əsasən vergi ödəyicisi ödəyir. Həmin ödəniş aylıq limitlər gözlənilməklə nağd qaydada həyat keçirilərsə, o zaman maliyyə sanksiyası tətbiq edilməyəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    Vergi uçotuna alınmadan bəzək əşyaları və suvenirlərin satışı ilə məşğul olduqda hansı vergi öhdəlikləri yaranır?
    06-mar-2026 | Bloq
  • Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    Vergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?
    06-mar-2026 | Bloq
  • Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    Müasir Biznesdə Stok İdarəetməsi: Maliyyə İtkilərini Necə Azaltmalı?
    04-mar-2026 | Bloq
  • Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    Hansı hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir? – MİSALLAR
    04-mar-2026 | Bloq
  • Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    Azyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?
    04-mar-2026 | Bloq
  • Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    Uçotda olmayan fiziki şəxsdən 3.000 manat icarə haqqından nə qədər vergi tutulur və nə qədər ödənilir?
    03-mar-2026 | Bloq
  • Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    Balıqçılıq sahəsində vergi güzəştləri – MİSAL
    03-mar-2026 | Bloq
  • Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    Hansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz?
    02-mar-2026 | Bloq
  • Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    Mikro sahibkarın 7000 manat gəliri üzrə sosial sığorta haqqı nə qədərdir?
    27-fev-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech