logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi mükəlləfiyyətinin dəyişdirilməsi zamanı qarşıya çıxan məsələlər

  • Bloq
  • 02-avq-2022, 14:45
  • 166


Vergi ödəyicilərinə sadə görünən, lakin suallar yaradan məsələlərdən biri sadələşdirilmiş vergi ödəyicisinin digər vergilərin ödəyicisi mükəlləfiyyətinə keçməsidir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyiciləri (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim etməlidir.

Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.

İlkin olaraq müddəalar sadə və aydın görünsə də, bəzi məqamları açıqlamağa cəhd edəcəyik:

- birincisi, vergi ödəyicisinin cari vergi ilində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olması tələb olunur;

- ikincisi, 218.4-cü maddənin əhatə etdiyi şəxslər istisna edilir;

- üçüncü tələb budur ki, sadələşdirilmiş vergidən digər vergi mükəlləfiyyətinə keçmək məsələsi cari ilin aprel ayına kimi yekunlaşmalıdır: bunun üçün vergi orqanına ya birinci rüb üçün sadələşdirilmiş vergi bəyannaməsi ya da yazılı məktub göndərilməlidir;

- nəhayət, məktub göndəriləcəyi təqdirdə, məktubda 218.1-ci maddədəki hüquqlardan istifadə edilməyəcəyi bildirilməlidir.

Bəs “218.1-ci maddədəki hüquqlardan istifadə edilməyəcək” dedikdə nə başa düşülür?

Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir

- bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;

- vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.


Deməli, 12 aylıq dövriyyəsi 200.000 manatdan az olan vergi ödəyicisinin həm sadələşdirilmiş verginin ödəyicisi, eyni zamanda digər verginin ödəyicisi, yəni hüquqi şəxslər üçün mənfəət, fiziki şəxslər üçünsə gəlir vergisinin ödəyicisi olmaq hüququ da vardır.

Beləliklə, Vergi Məcəlləsinin 218.2-ci maddəsinin əsas tələblərindən biri budur ki, həmin gəlir və ya mənfəət vergisi ödəyicisi məktub yazmalı və ya birinci rübə aid sadələşdirilmiş vergi bəyannaməsini göndərməlidir ki, cari ilin əvvəlindən onun sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyəti yaransın.

Vergi Məcəlləsinin 218.1.2-ci maddəsi isə sırf ictimai iaşə fəaliyyətinə aiddir. Belə ki, digər vergi ödəyicilərinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan çox olduqda avtomatik olaraq ƏDV ödəyicisi mükəlləfiyyəti yaranır. İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin isə ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan çox olanda həm ƏDV, həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yaranır.

Bu tələb nəzərdə tutularaq, 218.2-ci maddədə deyilir ki, ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyicisi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan çox olanda ya birinci rübə aid sadələşdirilmiş vergi bəyannaməni təqdim etməlidir ki, fəaliyyətini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirsin, ya da məktub yazmalı və məktubda bildirməlidirlər ki, ƏDV ödəyicisi olmaq istəmir, fəaliyyətini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirmək istəyir.

Misal: 2021-ci ildə mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərən “AA” MMC-nin dövriyyəsi 200.000 manatdan az olub. Şirkət 1 yanvar 2022-ci ildən sadələşdirilmiş vergi ödəyicisi olmaq istəyir. Bunun üçün “AA” MMC 20 aprel 2022-ci il tarixinə kimi sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməli, eyni zamanda məktubla müraciət etməli, məktubda göstərilməlidir ki, vergi orqanı MMC-nin mənfəət vergisi mükəlləfiyyətini ləğv etsin və onu sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alsın.

Əks halda, uçot məlumatlarında mənfəət vergisi mükəlləfiyyəti aktiv qaldığına görə vergi orqanı gələcəkdə “AA” MMC-dən həm mənfəət, həm də sadələşdirilmiş vergi bəyannaməsini tələb edəcək.
Bəs 2023-cü ildə “AA” MMC yenidən mənfəət vergisi ödəyicisi mükəlləfiyyətinə keçə bilərmi? Əlbəttə, keçə bilər. Bunun üçün 1 yanvar 2023-cü ildən 20 aprel 2023-ci ilə kimi heç bir sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmir və vergi orqanına yazılı müraciət edir ki, sadələşdirilmiş vergi mükəlləfiyyətini ləğv edib və onu mənfəət vergisi mükəlləfiyyətinə keçirsin.

Onu da bildirək ki, sadələşdirilmiş vergi ödəyicisindən mənfəət və ya gəlir vergisi ödəyicisinə keçiləndə, Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, rüblük cari vergi arayışları təqdim edilməlidir, əks halda, vergi orqanı analoji hesablamalar apara bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Dividend anlayışı və vergidən azadolma halları
    Dividend anlayışı və vergidən azadolma halları
    11-iyl-2025 | Bloq
  • Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    Əmək münasibətlərində hamilə qadınların üstün hüquqları
    11-iyl-2025 | Bloq
  • İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    İxtisar hallarında əmək müqaviləsinin ləğvi və vergi məsələləri üzrə məlumatlandırma
    10-iyl-2025 | Bloq
  • Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?
    10-iyl-2025 | Bloq
  • İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    İdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı?
    09-iyl-2025 | Bloq
  • Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    Dividend gəlirlərinin vergidən azadolma şərtləri
    09-iyl-2025 | Bloq
  • ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    ƏDV-nin nağd və nağdsız qaytarılmasına dair tələblər
    08-iyl-2025 | Bloq
  • Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    Vergiyə cəlb edilməyən əməliyyatlar: şərtlər, qaydalar
    08-iyl-2025 | Bloq
  • Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    Aktivin dəyəri necə müəyyənləşdirilir və qiymət fərqi zamanı vergi necə hesablanır?
    07-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]