logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Elektron qaimə-faktura olmadan avans ödənişi zamanı yarana bilən risklər

  • Bloq
  • 06-avq-2024, 10:09
  • 70
Elektron qaimə-faktura olmadan avans ödənişi zamanı yarana bilən risklər

Elektron qaimə-faktura olmadan avans ödənişi zamanı yarana bilən risklər


Gündəmdə daim müzakirə olunan vacib mövzulardan biri də avans ödənişi zamanı ƏDV-nin ödənilməsi ilə bağlıdır. Əgər ƏDV ödəyicisinə avans ödənişi edərkən elektron qaimə-faktura göndərilməyibsə, ödənişi edən və alan tərəf üçün hansı risklər və öhdəliklər yarana bilər?
Mövzu ilə bağlı Elçin Əkbərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İndi isə yuxarıda istinad olunan maddələrə ayrı-ayrılıqda baxaq:

Məcəllənin 175.1.3-cü maddəsində göstərilir ki, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Yəni burada elektron qaimə-faktura göndərildiyi halda ƏDV-nin depozit hesabına ödənilməsi nəzərdə tutulur.

Vergi Məcəlləsinin 175.8-ci maddəsində isə qeyd olunur ki, ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. Göründüyü kimi, burada heç də hər bir şəxsin ƏDV-ni depozit hesabına ödəmək məcburiyyətinin olmadığı, ancaq 175.8.-ci maddədə qeyd olunan şəxslərin bu öhdəliyi daşıdığı qeyd olunur.

Beləliklə, ümumiləşdirmə apararaq deyə bilərik ki, ödənişi edən tərəf ƏDV məbləğini elektron qaimə-faktura göndərilənədək edə bilər, yəni əməliyyatın əsas məbləğlə birlikdə aparılmaması hər hansı öhdəlik yaratmır, cəriməyə, maliyyə sanksiyasına səbəb olmur.

Bəs bu qaydada ödəniş aparılarkən ödənişi alan tərəf üçün hansı öhdəlik yaranacaq?
Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən, ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Məcəllənin 166.7-ci maddəsində isə göstərilib ki, bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.
Beləliklə, bu iki maddəni də ümumiləşdirməklə belə nəticəyə gəlirik ki, ödənişi alan tərəf ƏDV məbləğini almasa belə, əsas məbləği bəyan edərək ƏDV öhdəliyi yaratmalı və ödənişi öz vəsaiti hesabına dövlət büdcəsinə etməlidir. Həmçinin, ƏDV məbləğini alsa, ancaq əsas məbləği almasa belə, yenə də həmin məbləğə müvafiq əsas məbləği bəyan edərək ƏDV öhdəliyi yaratmalı və öz vəsaiti hesabına dövlət büdcəsinə ödəniş etməlidir.

Misal: Satıcı “AA” MMC ilə alıcı “CC” MMC arasında bağlanmış 1 avqust 2024-cü il tarixli müqaviləyə əsasən, dəyəri 10.000 manat olan mallar üçün müqavilə bağlandıqdan sonrakı 5 gün ərzində 50% avans ödənişi aparılmalı, bundan sonrakı 60 gün ərzində mallar təhvil verilməlidir. Ancaq alıcı MMC-nin ƏDV depozit hesabında ƏDV vəsaiti yoxdur, bankdakı vəsaiti isə ancaq 50% avansı ödəmək üçün kifayət edir. Beləliklə, avans ödənişi aparılır, elektron qaimə-faktura isə mallar təhvil veriləndə göndəriləcək. Bu halda satıcı “AA” MMC aldığı 5.000 manat avans məbləğini avqust ayı üçün ƏDV hesabatında əks etdirərək, 900 manat ƏDV məbləğini dövlət büdcəsinə ödəməlidir:

5.000 x 18% = 900 manat.

Alıcı “CC” MMC 900 manat avans ƏDV məbləğini ödəmədiyi üçün heç bir cərimə və ya maliyyə sanksiyasına məruz qalmır. Ancaq elektron qaimə-faktura göndərilən günədək ƏDV məbləğini ödəməlidir. Əks halda ona ƏDV məbləğinin 50% məbləğində maliyyə sanksiyası tətbiq oluna bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • İşəgötürən işçi ərizə yazmadığı halda da onu əmək məzuniyyətinə məcburi olaraq göndərə biləcək?
    İşəgötürən işçi ərizə yazmadığı halda da onu əmək məzuniyyətinə məcburi olaraq göndərə biləcək?
    20-may-2025 | Bloq
  • Bazarlarda obyekt sahiblərinə hansı cərimələr tətbiq olunacaq?
    Bazarlarda obyekt sahiblərinə hansı cərimələr tətbiq olunacaq?
    20-may-2025 | Bloq
  • Gəlir və xərclərin uçotu: kassa və hesablama metodları
    Gəlir və xərclərin uçotu: kassa və hesablama metodları
    19-may-2025 | Bloq
  • Yığım sığortasında vergi nə vaxt tutulur?
    Yığım sığortasında vergi nə vaxt tutulur?
    19-may-2025 | Bloq
  • Biznesdə uğurlu qərarlar vermək üçün əsas addımlar
    Biznesdə uğurlu qərarlar vermək üçün əsas addımlar
    16-may-2025 | Bloq
  • İşəgötürən hamilə namizədə nə zaman imtina edə bilər?
    İşəgötürən hamilə namizədə nə zaman imtina edə bilər?
    16-may-2025 | Bloq
  • İşçilər aylıq haqq-hesab sənədlərini necə və haradan ala bilər?
    İşçilər aylıq haqq-hesab sənədlərini necə və haradan ala bilər?
    15-may-2025 | Bloq
  • Kommunal xidmətlər üzrə ƏDV hesablamasında vaxtın düzgün müəyyənləşdirilməsi
    Kommunal xidmətlər üzrə ƏDV hesablamasında vaxtın düzgün müəyyənləşdirilməsi
    15-may-2025 | Bloq
  • Fəaliyyət növlərinə görə vergitutma qaydaları
    Fəaliyyət növlərinə görə vergitutma qaydaları
    14-may-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 2020 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]