logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Onlayn əmək müqaviləsində yeni dəyişikliklər əlavə sənəd kimi imzalanacaq?

  • Bloq
  • 27-avq-2024, 10:15
  • 116
Onlayn əmək müqaviləsində yeni dəyişikliklər əlavə sənəd kimi imzalanacaq?

Onlayn əmək müqaviləsində yeni dəyişikliklər əlavə sənəd kimi imzalanacaq?


Son dəyişikliklərədək əmək müqaviləsinə yeni dəyişiklik olunan zaman əmək müqaviləsinə dəyişiklik sənədi hazırlanaraq işçiyə imzalatdırılırdı. Doğrudur, 12 may 2023-cü il tarixdən tətbiq edilən ƏMAS alstistemində əmək müqaviləsinə dəyişiklik yeni əmək müqaviləsinin tərtibi yolu ilə həyata keçirilsə də, işəgötürənlər yalnız bəzi hallarda həmin elektron əmək müqaviləsini işçiyə imzalatdırılmasını təmin edirdilər. Son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilib: “Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir.”

Əlavə edilən cümlədən göründüyü kimi, işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsində dəyişiklik zamanı artıq əmək müqaviləsinə əlavə yox, ilkin əmək müqaviləsi üzərindən yeni əmək müqaviləsi tərtib edilməlidir.

Misal. İşçi 10 yanvar 2024-cü il tarixdə əmək müqaviləsi bağladığı işçinin iş rejimini dəyişir. İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə əsasən, işçi 1 sentyabr 2024-cü il tarixdən beşgünlük iş rejimdən altıgünlük iş rejiminə keçirilir. Bu zaman işçi və işəgötürən arasında əmək müqaviləsinə əlavə yox, 10 yanvar 2024-cü ildə bağlanan əmək müqaviləsi üzərindən yeni elektron əmək müqaviləsi imzalayacaq. Növbəti dəyişiklik olaraq işəgötürən və işçi arasında razılaşmaya əsasən, işçinin əmək haqqı 1 oktyabr 2024-cü il tarixdən artırlacaq. Bu zaman yenidən elektron əmək müqaviləsi hazırlandığı üçün həm 10 yanvar, həm də 1 sentyabr 2024-cü il tarixdən olan şərtlər nəzərə alınmaqla yeni elektron əmək müqaviləsi bağlanacaq.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-iyn-2026 | Bloq
  • Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    12-iyn-2026 | Bloq
  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech