logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

ƏMAS-la bağlı mühasibatlıq və HR bölməsi üçün YENİ TƏLƏB! İşəgötürən işçilərlə bağlı hansı məlumatları təqdim etməlidir?

  • Bloq
  • 09-sen-2024, 10:10
  • 402
ƏMAS-la bağlı mühasibatlıq və HR bölməsi üçün YENİ TƏLƏB! İşəgötürən işçilərlə bağlı hansı məlumatları təqdim etməlidir?

ƏMAS-la bağlı mühasibatlıq və HR bölməsi üçün YENİ TƏLƏB! İşəgötürən işçilərlə bağlı hansı məlumatları təqdim etməlidir?


Əmək Məcəlləsinin 173-cü maddəsinə əlavə edilən beşinci hissəyə əsasən, əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təmin edilir. Əmək Məcəlləsinin 173-cü maddəsinin ikinci hissəsinə əsasən, işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:

- hesablanmış əmək haqqının ümumi məbləği;
- əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;
- əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği;
- faktik ödənilən məbləğ;
- tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.


Əmək Məcəlləsinin 173-cü maddəsininin üçüncü hissəsində qeyd edilir ki, haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilməlidir. Yeni dəyişiklikdən belə anlaşılır ki, işəgötürən tərəfindən hazırlanan haqq-hesab cədvəlləri hər dəfə əmək haqqı verilərkən işçinin elektron kabinetinə göndərilməlidir.

Misal. İşçinin 2024-cü il noyabr ayı üzrə tarif (vəzifə) maaşı 800 manat olub. İşçi ay ərzində 300 manat mükafat almaqla yanaşı, iş vaxtından artıq çalışdığı üçün əmək haqqına 100 manat əlavə hesablanıb. İşçinin əmək haqqından icbari ödənişlər hesablandıqdan sonra ona 750 manat ödəniş edilib. İşəgötürən noyabr ayı üzrə əmək haqqını işçiyə dekabr ayında ödədiyi halda, işçinin elektron kabinetinə haqq – hesab cədvəli göndərməlidir. Həmin haqq-hesab cədvəlində hesablanmış əmək haqqının ümumi məbləği, əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri, əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği, faktik ödənilən məbləğ və tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği qeyd olunmalıdır.

Göründüyü kimi qeyd edilən tələb Əmək Məcəlləsinin 173-cü maddəsində nəzərdə tutulsa da, təcrübədə əksər işəgötürənlər tərəfindən tətbiq edilmirdi. Yeni dəyişiklikdən sonra dövlət qurumu ƏMAS altsistemi vasitəsilə işəgötürən tərəfindən işçilərə həmin məlumatların göndərilməsinə nəzarət edəcək. Dövlət qurumu həmin məlumatları fərdi əmək mübahisələrinin həllində də istifadə edəcək.
Bu səbəbdən də, mühasibatlıq həmin məlumatlarının ƏMAS altsistemi tərəfindən işçilərə göndərilməsini təmin etməlidir. İşçi sayı çox olan işəgötürən tərəfindən hər bir işçi üzrə haqq-hesab sənədlərin göndərilməsi kifayət vaxt tələb edəcək.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    12-iyn-2026 | Bloq
  • Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    Balıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir?
    12-iyn-2026 | Bloq
  • Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
    11-iyn-2026 | Bloq
  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech