logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Ezamiyyət dövründə bayram günləri işləyən işçiyə ikiqat hesablama aparılmalıdır?

  • Bloq
  • 15-noy-2024, 09:49
  • 66
Ezamiyyət dövründə bayram günləri işləyən işçiyə ikiqat hesablama aparılmalıdır?

Ezamiyyət dövründə bayram günləri işləyən işçiyə ikiqat hesablama aparılmalıdır?


Qaydalarda edilən son dəyişikliyədək, “I. Ümumi müddəalar” bölməsinin 9-cü bəndinin ikinci hissəsində qeyd edilirdi ki, təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əmək haqqı və ya əlavə istirahət günü (günləri) verilməlidir.

Qaydalardan belə anlaşılırdı ki, yanız işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşdüyü halda Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verilməlidir. Bu da Əmək Məcəlləsinin tələbləri ilə ziddiyyət yaradırdı. Çünki işçi ezamiyyət dövründə istirahət və ya iş günü hesab edilməyən bayram günündə işlədiyi halda ona ikiqat əmək haqqı ödənilməsi qaydalarda nəzərdə tutulub.

“İşçilərin ezamiyyə qaydaları”na edilən dəyişikliyə əsasən, işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) Azərbaycan Respublikasında müəyyən edilmiş istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününə düşərsə, eləcə də ezamiyyətdə olarkən həmin günlərdə işləmiş (tədrisdə, kursda, konfransda və bu tipli digər tədbirlərdə olmuş) işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verilir.

Öncəki dəyişilikdən fərqli olaraq qaydalarda qeyd edilir ki, işçi istər respublika daxili, istərsə də xarici ezamiyyələr zamanı istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işləsə, o zaman həmin işçiyə Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verilməlidir.

Misal 1.İşəgötürən işçini xarici ölkəyə ezamiyyətə göndərib. Xarici ölkədə olan işçi “20 Yanvar Ümumxalq Hüzn Günü” ilə bağlı beynəlxalq konfransda iştirak edib. Konfrans ümumxalq hüzn gününə təsadüf etdiyi halda, işəgötürən işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verilir. Yəni işçiyə həmin günə görə günlük ezamiyyə norması ilə yanaşı, ikiqat əmək haqqı hesablanmalıdır.

Misal 2. İşəgötürən işçini “Zəfər Günü” ilə bağlı Şuşa şəhərində keçirilən tədbirə ezam edib. İşəgötürən “Zəfər Günü” olan 8 noyabrda tədbirdə iştirak edən işçiyə Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verməlidir. İşçi 9 noyabr tarixində ezamiyyətdən geri qayıdarsa, Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərinə uyğun olaraq hesablama həyata keçirilməldiir. Çünki işçinin ezamiyyətdən qayıtdığı gün “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” olan 9 noyabra təsadüf edir.

Mümkündür ki, işəgötürən hər iki halda ezamiyyətdən qayıdan işçiyə əmək haqqı yox, istirahət günü (günləri) versin. Bu zaman işçiyə iş günündə istirahət günü (day off) verilsə də, birqat əmək haqqı hesablaması həyata keçirilməlidir.

Burada bir məqam da var ki, qaydalara edilən dəyişikliklərdə “həmin günlərdə işləmiş” məfhumundan sonra “(tədrisdə, kursda, konfransda və bu tipli digər tədbirlərdə olmuş)” açıqlaması verilir. Fikrimizcə, mötərizədə qeyd edilən məlumatlar daha çox konkretləşdirici hallar kimi tətbiq olunmalıdır. Mümkündür ki, işçi ezamiyyətdə olarkən hər hansı fərqli formada əmək funksiyasını həyata keçirsin, bu halda da ona Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verilməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq
  • Onlara bu qədər müavinət ödəniləcək
    Onlara bu qədər müavinət ödəniləcək
    03-iyn-2026 | Bloq
  • Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqları necə hesablanır?
    03-iyn-2026 | Bloq
  • Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    Qızıl satışı ilə məşğul olmaq istəyən şəxs hansı vergiləri ödəməlidir?
    02-iyn-2026 | Bloq
  • Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    Həyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi?
    02-iyn-2026 | Bloq
  • Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib
    Kart ödənişləri üzrə yeni komissiya limitləri bu gündən qüvvəyə minib
    01-iyn-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    01-iyn-2026 | Bloq
  • 2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    2500 manata qədər əməkhaqqına 200 manat güzəşt necə tətbiq olunur?
    26-may-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech