logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Müəllimlərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin hesablanması

  • Bloq
  • 04-dek-2024, 10:24
  • 43
Müəllimlərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin hesablanması

Müəllimlərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin hesablanması


Əmək Məcəlləsinin 118-ci maddəsində pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyən olunub. Həmin maddəyə əsasən, bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir. Bəs həmin şəxslərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət necə hesablanıb kompensasiya edilməlidir? suala vergi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən, işçilərin əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarətdir. Məcəllənin 144-cü maddəsinin 2-ci bəndində göstərilib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

İşçinin işlədiyi dövrdə mövcud situasiyadan asılı olaraq bir neçə əlavə məzuniyyəti ola bilər. Maddədə müəyyən olunub ki, əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətlərə görə kompensasiya ödənilməlidir. Əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 115, 116, 117 və 118-1-ci maddələrində təsbit edilib. Bəs müəllimlərə verilən 56 günlük məzuniyyət hüququ onların əsas məzuniyyəti hesab edilirmi?

Əmək Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir. Həmin maddənin ikinci və üçüncü hissələrinə nəzər yetirək:

2. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

3. İşçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.

Deməli, qeyd edilən maddəyə əsasən, əsas məzuniyyət yalnız 21 və 30 təqvim günü müddətinə müəyyən edilə bilər. Əmək Məcəlləsinin əlavə məzuniyyətlər hissəsində müəllimlərə verilən məzuniyyətlərlə bağlı əlavə məzuniyyət müəyyən olunmadığı üçün həmin məzuniyyət müəllimlərin əmək məzuniyyəti hesab edilir.

Qeyd edilənlərə əsasən bildirək ki, müəllimlər üçün müəyyən edilmiş 56 təqvim günü həmin şəxslərin əsas məzuniyyətinin deyil, onların əmək məzuniyyətinin müddətidir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməsi nəzərdə tutulduğundan müəllimlərin əmək müqaviləsinə xitam verilərkən bütün iş illərinin əsas məzuniyyətinə (30 təqvim günü) görə pul əvəzinin verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Çünki müəllimlər üçün müəyyən olunmuş 56 təqvim günü məzuniyyət onların əsas məzuniyyəti yox, əmək məzuniyyəti hesab edilir. Əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətə görə kompensasiyanın verilməsi nəzərdə tutulduğundan 56 təqvim gününə görə deyil, 30 təqvim gününə (əsas məzuniyyətə) görə kompensasiyanın verilməsi qanunvericiliyin tələblərinə uyğundur.

Həmçinin, qeyd edək ki, Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində müəyyən olunmuş şəxslərin 21 və 30 gündən artıq olan məzuniyyəti işçilərin əsas əmək məzuniyyəti hesab edilmədiyi üçün həmin şəxslərin əmək müqaviləsinə xitam verilərkən müəyyən olunmuş əsas məzuniyyətə görə kompensasiyanın verilməsi qanunvericiliyin tələblərinə uyğundur.

Əmək Məcəlləsinin 116 və 117-ci maddələrində müəyyən edilmiş əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir. Çünki onların məzuniyyətində əlavə məzuniyyətlər nəzərə alınıb.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?
    Vergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur?
    04-avq-2025 | Bloq
  • DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq?
    DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq?
    04-avq-2025 | Bloq
  • Bank depozitlərindən əldə olunan faiz gəlirlərinə vergi güzəştləri
    Bank depozitlərindən əldə olunan faiz gəlirlərinə vergi güzəştləri
    01-avq-2025 | Bloq
  • Məcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər
    Məcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər
    01-avq-2025 | Bloq
  • AMB bank kapitalı və onun adekvatlığının hesablanması qaydalarını dəyişib
    AMB bank kapitalı və onun adekvatlığının hesablanması qaydalarını dəyişib
    31-iyl-2025 | Bloq
  • Nağd əməliyyat üzrə aylıq limitlər necə müəyyən olunur?
    Nağd əməliyyat üzrə aylıq limitlər necə müəyyən olunur?
    31-iyl-2025 | Bloq
  • Nağdsız ödənişlərdə növbəti mərhələ: "Az-QR" kimə nə verəcək?
    Nağdsız ödənişlərdə növbəti mərhələ: "Az-QR" kimə nə verəcək?
    30-iyl-2025 | Bloq
  • Əvəzləşdirilən ƏDV hesablanmış ƏDV-dən artıq olduqda büdcə ilə münasibətlərin tənzimlənməsi
    Əvəzləşdirilən ƏDV hesablanmış ƏDV-dən artıq olduqda büdcə ilə münasibətlərin tənzimlənməsi
    30-iyl-2025 | Bloq
  • Əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün gəlir vergisindən güzəştlər
    Əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün gəlir vergisindən güzəştlər
    29-iyl-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by [email protected]