logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr və vergi növləri hansı hallarda artırıla bilər?

  • Bloq
  • 10-yan-2025, 10:18
  • 82
Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr və vergi növləri hansı hallarda artırıla bilər?

Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr və vergi növləri hansı hallarda artırıla bilər?


Səyyar vergi yoxlaması, Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin təsərrüfat fəaliyyətinin, mühasibat uçotunun və digər vergi ilə bağlı əməliyyatlarının yerində yoxlanılması məqsədilə vergi orqanları tərəfindən həyata keçirilən yoxlama prosedurudur. Yoxlamanın əsas məqsədi vergi ödəyicilərinin vergi öhdəliklərinin düzgün yerinə yetirilməsini yoxlamaq, vergi qanunvericiliyinin pozulması halları aşkar edilərsə, onların aradan qaldırılması üçün tədbirlər görməkdir.

Bəs hansı hallarda səyyar vergi yoxlamasının əhatə etdiyi dövr dəyişə bilər? suala Vergi mütəxəssisi Zirəddin Məmmədov aydınlıq gətirir:

Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə isə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.

Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr və ya yoxlanılan vergi növləri müəyyən hallarda artırıla bilər. Bu hallar Vergi Məcəlləsinin 36.3-1-ci maddəsində göstərilib:

1. Vergi ödəyicisinin müraciəti əsasında: Əgər vergi ödəyicisi özü yoxlama dövrünün artırılmasını istəyərsə, bu, mümkündür.

Misal 1: “AA” MMC şirkətində 2023-2024-ci illər üzrə yoxlama keçirilir. Şirkət aydınlaşdırır ki, 2022-ci il üzrə bəzi məlumatlar əvvəlki yoxlamalar zamanı aşkar edilməyib. Vergi orqanına müraciət edərək 2022-ci ilin yoxlama dövrünə daxil olunmasını xahiş edir. Vergi orqanı bu müraciəti qəbul edir və yoxlama dövrü 2022-ci ili də əhatə edir. Yəni, vergi orqanı son 2 ili əhatə edən yoxlama aparırsa və vergi ödəyicisi bu dövrün 3 ilə qədər uzadılmasını tələb edərsə, bu halda yoxlama dövrü 1 il artırıla bilər.

2. Keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda: Əgər səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı müddətdə vergidən yayınma halları barədə vergi orqanında etibarlı məlumatlar varsa, yoxlama dövrü və (və ya) vergi növləri artırıla bilər.

Misal 2: “BB” QSC-də 2022-2023-ci illər üzrə yoxlama keçirilir. Yoxlama zamanı vergi orqanı müəyyən edir ki, müəssisə 2024-cü il ərzində dövriyyəsini süni şəkildə azaltmaq məqsədilə elektron qaimə-fakturaları təqdim etmir. Bu yeni məlumata əsasən, yoxlama dövrü 2024-cü ili də əhatə edəcək şəkildə artırılır. Yəni, əvvəl yoxlama 2022-2023-ci illəri əhatə edirdisə və 2024-ci ildə vergidən yayınma halları barədə məlumat əldə olunarsa, yoxlama dövrü 2024-ci ili də əhatə edəcək şəkildə artırıla bilər.

3. Cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq, məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda: Bu halda da yoxlama dövrü və ya yoxlanılan vergi növləri artırıla bilər.

Misal 3: “CC” MMC-də 2022-2023-ci illər üzrə yoxlama keçirilir. Lakin hüquq-mühafizə orqanları şirkətin 2024-ci ildə qanunsuz gəlir əldə etdiyini müəyyənləşdirir və məhkəmə qərarı ilə 2024-ci ilin də yoxlanılmasını tələb edir. Vergi orqanı bu qərara əsasən yoxlama dövrünü 2024-ci ili də əhatə edəcək şəkildə artırır. Yəni, vergi orqanı hər hansı bir ildə səyyar vergi yoxlaması həyata keçirirsə və yoxlama zamanı hüquq-mühafizə orqanı vergidən yayınma faktı ilə bağlı qərar çıxararsa, vergi orqanı bu qərara əsaslanaraq yoxlama dövrünü artıra bilər.

4. Mənfəət, gəlir, əmlak və torpaq vergilərinin biri və ya bir neçəsi üzrə vergi hesabatının təqdim edilməsi müddəti səyyar vergi yoxlamasının davam etdiyi müddətdə başa çatdıqda: Vergi Məcəlləsinin 36.3-1.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması zamanı mənfəət, gəlir, əmlak və torpaq vergilərinin biri və ya bir neçəsi üzrə vergi bəyannaməsinin təqdim edilməsi müddəti yoxlamanın davam etdiyi müddətdə başa çatarsa, yoxlamanın əhatə etdiyi dövr və ya vergi növləri artırıla bilər.

Misal 4: “AA” QSC-yə 2023-cü ilin sentyabr ayında səyyar vergi yoxlaması açılıb və yoxlama dövrü 2020, 2021 və 2022-ci illər üzrə illik vergi bəyannamələrini və 2023-cü ilin aylıq və rüblük vergi bəyannamələrini əhatə edir. Lakin yoxlama 2024-cü ilin iyun ayında hələ də davam edirsə, bu zaman vergi orqanı 2023-cü ilin illik vergi bəyannamələrini də yoxlama dövrünə daxil edə bilər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech