logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Vergi borcunun ödənilməsi qabiliyyətinin olmaması necə müəyyən edilir? – Yeni qaydalar

  • Bloq
  • 03-fev-2025, 09:40
  • 71
Vergi borcunun ödənilməsi qabiliyyətinin olmaması necə müəyyən edilir? – Yeni qaydalar

Vergi borcunun ödənilməsi qabiliyyətinin olmaması necə müəyyən edilir? – Yeni qaydalar


Vergi Məcəlləsinin 85.6.2-ci maddəsinə əsasən, vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda və ya vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyəti olmadıqda vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər. Bəs bu necə tənzimlənir? suala mütəxəssis Ziya Həmidli aydınlıq gətirir.


Məcəlləyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti “Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası”nı 2024-cü il 3 sentyabr tarixli 381 nömrəli Qərarı ilə təsdiq edib. Bu qayda vergi öhdəliklərinin yerinə yetirilmə müddətinin uzadılmasına dair müraciət edən ödəyicilərin ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı konkret prosedurları müəyyən edir.

Qaydanın 2.6-cı bəndində göstərilib ki, vergi ödəyicisinin vergi borcu bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən müəyyənləşdirilən sərbəst vəsaitinin 1,3 mislindən artıq olarsa, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir və vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq Vergi Məcəlləsinin 85.10.1-85.10.3-cü maddələrində göstərilən qaydada uzadılır.

Sərbəst vəsaitlərin məbləği mənfəət (gəlir) və sadələşdirilmiş vergi ödəyicilərinin orta aylıq gəlir və xərclərinə müvafiq olaraq hesablanır.

Orta aylıq gəlir və xərclərin hesablanması

Qaydaların 2.1.1-ci bəndinə əsasən, gəlir (mənfəət) vergisi ödəyicisinin əvvəlki hesabat ili üzrə seçdiyi uçot metoduna uyğun olaraq təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş gəlir (mənfəət) vergisi bəyannaməsi üzrə ümumi gəlirlər və cəmi xərclər (amortizasiya xərcləri istisna olmaqla) kimi əks olunan məbləğlər 12-yə (vergi ödəyicisi əvvəlki hesabat ilində tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir.

Əgər ödəyici tam hesabat dövrü ərzində fəaliyyət göstərməyibsə, bu rəqəmlər fəaliyyət aylarının sayına bölünür.

Misal 1: “XX” MMC əvvəlki hesabat ili üzrə 240.000 manat ümumi gəlir və 180.000 manat cəmi xərclər göstərib.

Orta aylıq gəlir: 240000 : 12 = 20000 manat;
Orta aylıq xərc: 180000 : 12 = 15000 manat.

Qaydaların 2.1.2-ci bəndinə əsasən, sadələşdirilmiş vergi ödəyicisinin əvvəlki hesabat rübü üzrə təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən satışdankənar gəlirlər də daxil olmaqla təqdim edilmiş mallara (işlərə, xidmətə) görə əldə edilmiş hasilatın həcmi və vergi ödəyicisinin təqdim etdiyi xərc sənədləri əsasında müəyyən edilmiş xərcləri 3-ə bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir.

Misal 2: Vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olaraq əvvəlki rüb üzrə 60.000 manat gəlir və 45.000 manat xərc göstərib.

Orta aylıq gəlir: 60000 : 3 = 20000 manat;
Orta aylıq xərc: 45000 : 3 = 15000 manat.

Qaydaların 2.1.3-cü bəndində isə göstərilib ki, hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri faktiki fəaliyyət göstəricilərinə əsasən hesablanmaqla fəaliyyət göstərdiyi ayların sayına bölünərək orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir. Burada ödəyici təqdim etdiyi məlumatları təsdiq edən sənədləri (elektron qaimə-fakturalar, xərc sənədləri və s.) bəyannaməyə əlavə etməlidir.

Misal 3: Yeni yaradılan bir müəssisə ilk 2 ay ərzində 20.000 manat gəlir və 10.000 manat xərc əldə edib.

Orta aylıq gəlir: 20000 : 2 = 10000 manat;
Orta aylıq xərc: 10000 : 2 = 5000 manat.

Sərbəst vəsaitin müəyyənləşdirilməsi

Qərarın 2.4-cü bəndinə əsasən, vergi ödəyicisinin sərbəst vəsaiti aşağıdakı qaydada müəyyən edilir:

1. Orta aylıq gəlirdən orta aylıq xərc çıxılır;

2. Üzərinə ödəyicinin kassasında və ya bank hesablarındakı qalıq vəsaitlər əlavə olunur.

Misal 4: Vergi ödəyicisinin orta aylıq gəliri 15.000 manat, orta aylıq xərcləri 10.000 manat, bank hesabında qalıq vəsaitin məbləği isə 25.000 manatdır. Onun sərbəst vəsaitlərini hesablayaq:

Sərbəst vəsait:

15000 – 10000 + 25000 = 30000 manat.

Vergi borcunun ödəmə qabiliyyətinin qiymətləndirilməsi

Qaydanın 2.6-cı bəndinə əsasən, vergi ödəyicisinin vergi borcu bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən müəyyənləşdirilən sərbəst vəsaitinin 1,3 mislindən artıq olarsa, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir və vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq Vergi Məcəlləsinin 85.10.1-85.10.3-cü maddələrində göstərilən qaydada uzadılır.

Başqa sözlə, əgər vergi borcunun məbləği vergi ödəyicisinin sərbəst vəsaitinin 1.3 mislindən artıqdırsa, bu hal ödəmə qabiliyyətsizliyi kimi qəbul edilir.

Misal 5: Vergi ödəyicisinin sərbəst vəsaitlərini həcmi 50.000 manat, vergi borcu 70.000 manatdır.

50000 × 1.3 = 65000 manat

Vergi vergi ödəyicisinin vergi borcu (70.000 manat) 65.000 manatdan çox olduğu üçün bu müəssisə borcunu birdəfəyə ödəyə bilməz. Bu halda ödəmə müddəti uzadılır.

Xüsusi halların nəzərə alınması

Qaydanın 2.7-ci bəndinə əsasən, dövlət tərəfindən dəstəklənən layihələr, xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı işlər görən ödəyicilərin ƏDV borcu yarandıqda, bu vəziyyət də ödəmə qabiliyyətsizliyi kimi qiymətləndirilir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech