logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Güzəştli vergi tutulan ərazilərdən xidmət alarkən vergi necə hesablanır?

  • Bloq
  • 11-fev-2025, 10:07
  • 44
Güzəştli vergi tutulan ərazilərdən xidmət alarkən vergi necə hesablanır?

Güzəştli vergi tutulan ərazilərdən xidmət alarkən vergi necə hesablanır?


Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunması belə müəyyən edilib: Vergi Məcəlləsinin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur. Bəs həmin vergi ilkin məbləğdən, yoxsa Məcəllənin digər tələbləri ilə 10% vergi tutulduqdan sonra qalan məbləğdən tutulmalıdırmı? Mövzu ilə bağlı suala vergi eksperti Anar Bayramov nümunələr əsasında aydınlıq gətirir:

Tutaq ki, Azərbaycan rezident şirkəti Bakı şəhərində tikiləcək inzibati bina üçün beynəlxalq şirkətdən 100.000 ABŞ dolları dəyərində layihə-dizayn xidməti alır. Qeyri-rezidentin Azərbaycan şirkətinə göstərdiyi bu xidmətə görə əldə etdiyi gəlir Vergi Məcəlləsinin 13.2.16.18-ci maddəsinə görə Azərbaycan mənbəyindən əldə edilmiş gəlirdir. Belə olduğu təqdirdə, bu gəlir Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən 10% dərəcəsi ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Yəni, Azərbaycan şirkəti qeyri-rezidentin 100.000 USD gəlirindən 10.000 USD vergi tutaraq büdcəyə ödəyir:
100.000 x 10% = 10000 USD.

Həmçinin, məlum olur ki, qeyri-rezident şirkət Honkonqda qeydiyyatdan keçib və şirkətin bank hesabı da Honkonqdadır. Belə olan təqdirdə, Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, qeyri-rezidentin gəlirindən əlavə olaraq 10% dərəcəsi ilə vergi tutulub büdcəyə ödənilməlidir.

Lakin burada xüsusi olaraq diqqət edilməli məqam var. Güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə ödənişlər aparılarkən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, 10% ödəmə mənbəyində vergi müqavilə üzrə xidmətlərin ümumi dəyəri olan 100.000 USD-dən tutulmalıdır, yoxsa Məcəllənin 125.1.5-ci maddəsinə uyğun olaraq 10% ödəmə mənbəyində vergi tutulduqdan sonra qeyri-rezidentə köçürüləcək qalıq məbləğ 90.000 USD-dən tutulmalıdır?

Cavab olaraq bildirmək istəyirik ki, birmənalı olaraq offşor ərazilərə ödəniş edilərkən ödəmə mənbəyində vergi Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, 10% dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulduqdan sonra qeyri-rezidentə köçürüləcək 90.000 USD-dən tutulmalıdır. Çünki Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125-1-ci maddələrində qeyd edilir ki, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) vergi ödəyicilərinə, güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlər ödəmə mənbəyində vergiyə cəlb edilir.

Fərz edək ki, qeyri-rezident şirkət Türkiyədə qeydiyyatdan keçib. Türkiyə şirkəti tələb edir ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, 10.000 USD ekvivalentində vergi tutulduqdan sonra qalan 90.000 USD məbləğin 85.000 USD məbləğində hissəsi Türkiyədə yerləşən bank hesabına, 5.000 USD məbləğində hissəsi isə Honkonqda yerləşən bankdakı hesabına köçürülsün. Belə olan təqdirdə, Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, 10% dərəcəsi ilə ödəmə mənbəyində vergi ümumi müqavilə üzrə xidmətin dəyəri olan 100.000 USD məbləğindən deyil, faktiki olaraq Honkonqa köçürülən 5.000 USD məbləğdən 500 USD ekvivalenti kimi tutulub büdcəyə ödənilməlidir:
5000 x 10% = 500 USD.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?
    07-apr-2026 | Bloq
  • Bir sıra normativ sənədlər təsdiq edilib
    Bir sıra normativ sənədlər təsdiq edilib
    07-apr-2026 | Bloq
  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech