logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Kənd təsərrüfatı müəssisələrində gəlir və xərclərin uçotu

  • Bloq
  • 14-fev-2025, 09:53
  • 73
Kənd təsərrüfatı müəssisələrində gəlir və xərclərin uçotu

Kənd təsərrüfatı müəssisələrində gəlir və xərclərin uçotu


Məlum olduğu kimi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrə ölkədə aqrar sahənin inkişafı və yerli məhsulların istehsalının artımı, eləcə də əhalinin tələbatının idxaldan asılılığının aradan qaldırılması məqsədilə bir necə vergi növləri üzrə, o cümlədən mənfəət vergisi üzrə azadolmalar verilib. Mövzunu vergi eksperti Azər Qənbərov şərh edir.

Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə mənfəət vergisindən azad edilib. Həmçinin, Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 4 il müddətinə mənfəət vergisindən azad edilib.

Yuxarıda qeyd edilənlərdən məlum olur ki, ümumiyyətlə, kənd təsərrüfatı sahəsi və kənd təsərrüfatı məhsullarınn istehsalı ilə məşğul olan şəxslər bu fəaliyyət üzrə qeyd edilən müddət ərzində bütün vergilərdən, hətta əldə etdikləri dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalara və satışdankənar gəlirlərə görə də hesablanmalı olan mənfəət vergisindən azaddır. Nümunə olaraq, azadolmalar üzrə hallara nəzərə salaq:

Misal: “AA” MMC kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur və kiçik sahibkarlıq subyekti kimi il ərzində 100.000 manat dəyərində toxum, 120.000 manat dəyərində gübrə və 300.000 manat dəyərində kənd təsərrüfatı texnikası alaraq işçi qüvvəsi ilə icarəyə götürdüyü torpaqlarda fəaliyyətə başlayıb və mövsümün sonunda 650.000 manat dəyərində məhsul satışından gəlir əldə edib. İşçi qüvvəsi ilə bağlı ümumi xərclər 70.000 manat olub, kənd təsərrüfatı texnikasına maksimal amortizasiya hesablanıb. Mövsüm sonu məhsul satışından sonra müəssisə müəyyən səbəblərdən icarəyə götürdüyü torpaqları geri qaytarıb, il bitdikdən sonra istifadə edilməmiş 15.000 manat dəyərində toxumu 20.000 manata, 25.000 manat dəyərində gübrəni alış qiymətinə, texnikaları isə 230.000 manata digər fermerə satıb. Qeyd olunan halda, “AA” MMC-nin əldə etdiyi gəlirlər mənfəət vergisindən azad ola bilirmi?

Beləliklə: müəssisənin kənd təsərrüfatı məhsullarının satışından gəlirləri 650.000 manat, gəlirdən çıxılan xərcləri isə 340.000 manat təşkil edib:

100.000-15.000 = 85.000 manat (toxum);

120.000 – 25.000 = 95.000 manat (gübrə);

(85.000 + 95.000 + 70.000 + ((300.000 x 20%) x 1.5)) = 340.000 manat.

Bu halda, şirkətin mənfəəti 310.000 manat olub:

650.000 – 340.000 = 310.000 manat.

Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə mənfəət vergisindən azadolma tətbiq edildiyindən, vergiyə cəlb olunan gəlirlər və xərclər sıfırlanaraq, sonda vergiyə cəlb edilən mənfəət də sıfır olacaq. Təbii ki, bu halda “AA” MMC mənfəət vergisindən azad olan gəlirlərini bəyannamədə tam şəkildə bəyan etməlidir. Əks halda, Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən, vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

Bəs kənd təsərrüfatı texnikasının, toxum və gübrənin satışı vergiyə cəlb olunacaqmı?

Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, satışdankənar gəlirlər dedikdə - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə edilən gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq olaraq, iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri başa düşülür.

Bu halda, gübrə, toxum və kənd təsərrüfatı texnikasının satışı bu sahə ilə bağlı olsa da satışdankənar gəlirlərə aid edilməyək mənfəət vergisinə cəlb olunacaq.

Beləliklə, “AA” MMC qeyd edilən malların və texnikanın satışına görə 5.000 manat məbləğində mənfəət vergisi hesablayaraq ödəməli olacaq:

(20.000 + 25.000 + 230.000 – 15.000 – 25.000 – 210.000) = 25.000 manat;

25.000 x 20% = 5.000 manat

Əlbəttə ki, kənd təsərrüfatı texnikasına maksimal amortizasiya hesablanmasaydı, bu halda 5.000 manat zərər yarana bilərdi. Bunun üçün isə “AA” MMC növbəti dövrlərdəki fəaliyyətini nəzərə almaqla vergilərin optimallaşdırılmasını həyata keçirməlidir.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Miqrasiya Və Hüquqi Xidmət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    Fiziki şəxs həm suvenirlərin pərakəndə satışı, həm də qızılın pərakəndə satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
    10-iyn-2026 | Bloq
  • Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    Uzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?
    10-iyn-2026 | Bloq
  • Rəsmi məzənnələr açıqlandı
    Rəsmi məzənnələr açıqlandı
    09-iyn-2026 | Bloq
  • Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?
    09-iyn-2026 | Bloq
  • Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?
    08-iyn-2026 | Bloq
  • Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    Hansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur?
    05-iyn-2026 | Bloq
  • Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır
    05-iyn-2026 | Bloq
  • Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların bugün üçün rəsmi məzənnəsi müəyyən olunub
    04-iyn-2026 | Bloq
  • İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    İki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur?
    04-iyn-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech