logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Səyyar vergi yoxlamasında Nazirlər Kabinetinin 55 saylı qərarına istinad edilə bilərmi?

  • Bloq
  • 05-mar-2025, 09:29
  • 58
Səyyar vergi yoxlamasında Nazirlər Kabinetinin 55 saylı qərarına istinad edilə bilərmi?

Səyyar vergi yoxlamasında Nazirlər Kabinetinin 55 saylı qərarına istinad edilə bilərmi?


2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilib. Buna görə də Məcəllənin 83.9-cu maddəsi əsasında hazırlanan Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə 55 saylı qərarı da qüvvədən düşüb.

Bəs əvvəlki illərə aid səyyar vergi yoxlamaları zamanı həmin qərara istinad etmək mümkündürmü? Suala Sirac Piriyev III Vergi və Mühasibatlıq Zirvəsində panel müzakirələr zamanı aydınlıq gətirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin şərti rentabellik normasını əks etdirən 55 saylı qərarı 1 yanvar 2024-cü il tarixindən ləğv edilib: “2024-cü ildən sonrakı dövrə aid yoxlamalar zamanı 2024-cü ildən daha əvvəlki dövrlər yoxlanılırsa, həmin dönəmdə Nazirlər Kabinetinin 55 saylı qərarı qüvvədə olduğuna görə, vergi orqanı bu qərarı tətbiq edə bilər. Sadəcə, burada bir məqama diqqət yetirilməlidir ki, vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə riayət etməklə vergi ödəyicisinin gəlir və ya xərclərini ilk növbədə digər mənbələr hesabına müəyyən etməlidir. Əgər həmin məlumatlar əldə edilməzsə, son zərurət olaraq, şərti rentabellik norması tətbiq edilə bilər. Başqa sözlə, yeni normaların 2024-cü ildən qəbul edilməsinə baxmayaraq, əvvəlki dövrlərə aid səyyar vergi yoxlaması həyata keçirilən zaman Nazirlər Kabinetinin 55 saylı qərarı tətbiq oluna bilər. Amma 2024-cü ildən sonrakı dövrlər yoxlanıldıqda isə Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinə əsasən, xərclərə münasibətdə 50% rentabellik gəlir götürülür. Qanunun keçid müddəalarına əsasən, yalnız 2024-cü il üzrə yenə də 50% şərti rentabellik götürüləcək. 2025-ci il 1 yanvar tarixindən isə yalnız faktiki olaraq gəlir və xərc tələbləri əsasında mənfəət (gəlir) bəyan olunacaq”.

Ötən il Vergi Məcəlləsinə əlavə olunmuş 67.3-1-ci maddəyə əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 01.01.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır:

M = X : 100 x R

Burada:

M – Vergi ödəyicisinin mənfəəti;
X – Vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərcləri;
R – Şərti rentabellik normasıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
    05-noy-2025 | Bloq
  • Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    Qeyri-rezidentlərin göstərdiyi xidmətlərə görə ƏDV-nin hesablanması və ödəniş qaydası
    05-noy-2025 | Bloq
  • Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    Bu şəxslər üçün məcburi sosial sığorta haqqı artırılır
    04-noy-2025 | Bloq
  • Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması
    04-noy-2025 | Bloq
  • Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    Azərbaycana idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır
    03-noy-2025 | Bloq
  • Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    Əsas vəsaitlərin satışının gəlir və zərər kimi tanınmaması halları
    03-noy-2025 | Bloq
  • 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan olacaq
    03-noy-2025 | Bloq
  • Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    Güzəştli pensiya təyin qaydası təsdiqlənib
    31-okt-2025 | Bloq
  • ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    ƏMAS altsistemində aşağı yaş qrupları üzrə hansı məhdudiyyətlər tətbiq edilir?
    31-okt-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech