logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

İşdən çıxan işçinin maaşından maddi ziyana görə nə qədər kəsilə bilər?

  • Bloq
  • 29-sen-2025, 10:15
  • 73
İşdən çıxan işçinin maaşından maddi ziyana görə nə qədər kəsilə bilər?

İşdən çıxan işçinin maaşından maddi ziyana görə nə qədər kəsilə bilər?


Təcrübədə rast gəldiyimiz hallardan biri də işçinin işəgötürənə ziyan vuraraq işdən çıxması halıdır.

Misal: “XX” şirniyyat firmasının sürücü-ekspeditoru (tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır) müştərilərə satdığı malların pulunu nağd şəkildə alaraq 1.000 manat məbləği əsassız olaraq mənimsəyib. İşəgötürənə bu fakt məlum olduqdan sonra onu qanunvericiliyə müvafiq şəkildə işdən çıxarıblar. İşdən çıxarkən işçiyə işlədiyi günlərə görə 450 manat əməkhaqqı, həmçinin istifadə edilməmiş məzuniyyət günlərinə görə 200 manat kompensasiya məbləği hesablanıb.

Bu zaman maddi ziyana görə ondan nə qədər pul tutula bilər? Belə hallarda işəgötürən mənimsəmə faktı ilə bağlı əmək müqaviləsinə xitam verərkən işçiyə heç bir ödəniş etməyə bilərmi?

Təcrübədə işəgötürənlərdən çox eşidirik ki, əmək qanunvericiliyini yaxşı bilmədiklərindən və məsələyə emosional yanaşdıqlarından belə hallarda işçiyə heç bir əməkhaqqı ödəmirlər.
Məsələ ilə bağlı ilk öncə bir neçə sual qoymalıyıq:

1. İşçi vurduğu ziyana görə nə dərəcədə məsuliyyət daşıyır?
2. İşçinin məsuliyyət daşıdığı halda ona çatası vəsaitdən dəymiş zərərin tutulması hansı həcmdə ola bilər?
3. Dəymiş zərərin tutulması qaydası və prosesi necə olmalıdır?

Əmək Məcəlləsində ziyanla bağlı bir neçə məqama xüsusi diqqət çəkmək lazımdır. Bunu iki şəkildə incələmək olar: maddi ziyan və mənəvi ziyan.

Maddi və mənəvi ziyani isə aşağıdakı şəkildə təsnifləşdirə bilərik:

- işçi tərəfindən işəgötürənə vurulan maddi ziyan;
- işəgötürən tərəfindən işçiyə vurulan maddi ziyan;
- işəgötürən tərəfindən mülkiyyətçiyə vurulan ziyan;
- tərəflərin birinin digərinə vurduğu mənəvi ziyan.

Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən - özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Yəni, tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla, qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əməkhaqqı məbləğində maddi məsuliyyət daşıyır. Nümunədəki halda işçi tam maddi məsuliyyət barədə müqavilə bağladığı üçün ondan dəymiş zərər tam tutula bilər (Əmək Məcəlləsinin 200-ci maddəsi).

Lakin tutulmanın qaydası ilə bağlı bilmək lazımdır ki, işçinin könüllü ödəmək istəmədiyi vəziyyətdə hətta işçinin tam maddi məsuliyyət daşıdığı halda belə, onun orta əməkhaqqından artıq olan hissə yalnız məhkəmə qaydası ilə tutula bilər (Əmək Məcəlləsinin 205-ci maddəsi).

Əmək Məcəlləsinin 175-ci maddəsində əməkhaqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası müəyyən olunub. Həmin maddəyə əsasən, işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından tutula bilər. Lakin hansı hədlər daxilində?

Burada ən çox edilən səhv vəsaitin birdəfəlik şəkildə tutulmasıdır. Bilmək lazımdır ki, hətta mövcud situasiyada işçinin orta əməkhaqqı 800 manat olsa belə, 650 manat vəsaitin hamısı birdəfəlik tutula bilməz. Belə ki, bununla bağlı qanunverici normalar bildirir ki, bu cür situasiyada əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının 20%-dən artıq ola bilməz. Yəni, hər bir halda işçidən yalnız 130 manat həcmində vəsait tutula bilər:

650 x 20% = 130 manat.

870 manat hissəsi isə yalnız məhkəmə qərarına uyğun olaraq, icra sənədinə əsasən tutula bilər.

Tərəflərin tam və yaxud orta əməkhaqqı məbləğində məsuliyyət daşımasından asılı olmayaraq, vurulmuş ziyanın ödənilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Belə ki, Əmək Məcəlləsinin 176-cı maddəsində əməkhaqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması öz əksini tapıb. Həmin maddəyə əsasən, əməkhaqqından tutulmaların həddi ilə bağlı üç hal müəyyən olunub: əməkhaqqının 20 faizi; əməkhaqqının 50 faizi; əməkhaqqının 70 faizi.

Bəs hansı hallarda əməkhaqqının neçə faizi həddində tutulma həyata keçirilə bilər?

Əməkhaqqının 20 faizi

Hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli əməkhaqqının iyirmi faizindən artıq ola bilməz. Aşağıdakı istisnalar nəzərə alınmaqla, əməkhaqqının 20%-dən artıq məbləğinin tutulmasına yol verilmir:

Əməkhaqqının 50 faizi: Müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının 50 faizindən artıq ola bilməz. Burada müvafiq qanunvericilik dedikdə, “İcra haqqında” Qanun nəzərdə tutulur. Belə ki, həmin Qanunun 65-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutulmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb bir neçə icra sənədi üzrə borclunun əməkhaqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.

Əməkhaqqının 70 faizi: Aşağıdakı hallarda əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının 70 faizindən artıq ola bilməz:

- alimentlərin tutulması;
- sağlamlığa vurulmuş ziyanın ödənilməsi;
- ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi;
- cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi.

Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği işçinin orta aylıq əməkhaqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Göründüyü kimi, işçinin istər orta əməkhaqqı həddində daşıdığı məsuliyyət zamanı, istərsə də tam maddi məsuliyyət daşıdığı hallarda məhkəmə qərarı olmadan əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli əməkhaqqının 20 faizindən artıq ola bilməz.

Nümunədəki halda, işçinin əmək müqaviləsinə xitam verildiyi üçün dəymiş ziyanın geri qalan hissəsinin aqibətinə gəlincə, qeyd edək ki, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Lakin bu, artıq məhkəmə qaydasında həyata keçirilməlidir. İşəgötürənin bu məqama diqqət yetirməməsi nəticəsində işçi şikayət edə bilər və vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, 700-1500 manat miqdarında cərimələnə bilərlər.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • 2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    2500 AZN-dən yuxarı gəlirlərdə vergi güzəştlərinin tətbiqi qaydası
    24-apr-2026 | Bloq
  • VÖEN-i necə dayandırmaq olar?
    VÖEN-i necə dayandırmaq olar?
    24-apr-2026 | Bloq
  • Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı ucuzlaşıb - VALYUTA MƏZƏNNƏLƏRİ
    23-apr-2026 | Bloq
  • Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    Azərbaycanda yeni rüsum müəyyənləşir – MƏBLƏĞ 550 MANAT
    23-apr-2026 | Bloq
  • Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    Elektron əmtəə-nəqliyyat qaiməsi və yol vərəqəsi kimlər üçün məcburidir?
    22-apr-2026 | Bloq
  • Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    Yaşayış sahələrinin kirayəsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi qaydası
    22-apr-2026 | Bloq
  • Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    Himayəsində 3 nəfər olan şəxslər üçün vergi güzəşti qaydaları
    21-apr-2026 | Bloq
  • Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    Xaricdə göstərilən nəqliyyat xidməti ƏDV-yə cəlb olunurmu?
    21-apr-2026 | Bloq
  • Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    Fəaliyyətin müvəqqəti dayandırılması və vergi öhdəlikləri qaydası
    20-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech