logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Nəşriyyat evinin vergi öhdəlikləri necə müəyyən edilir?

  • Bloq
  • 21-okt-2025, 09:57
  • 36
Nəşriyyat evinin vergi öhdəlikləri necə müəyyən edilir?

Nəşriyyat evinin vergi öhdəlikləri necə müəyyən edilir?


2025-ci ildən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsində bəzi dəyişikliklər edilib. Həmin dəyişiklik nəşriyyat fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin də vergi öhdəliklərinə birbaşa təsir göstərir.

Bu yeniliyi mütəxəssis Vüsal Bayramlı şərh edir.

Nəşriyyat evləri - kitab, jurnal, qəzet və digər çap məhsulları istehsal edən müəssisələr həm ümumi əsaslarla vergi ödəyicisi ola, həm də bəzi hallarda sadələşdirilmiş qaydada fəaliyyət göstərə bilərlər.

Mənfəət vergisi ödəyicisi kimi

Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında rezident olan hüquqi şəxslər mənfəət vergisinin ödəyiciləridir. Nəşriyyat evi illik gəlirlərindən xərcləri çıxdıqdan sonra əldə edilən mənfəətin 20 faizi həcmində vergi ödəməlidir.

Misal 1: “A” Nəşriyyat evi 2025-ci ildə 600.000 manat gəlir və 400.000 manat xərclə fəaliyyət göstərib. Bu halda onun mınfəəti və vergi öhdəliyi belə hesablanacaq:

600.000 – 400.000 = 200.000 manat (mənfəət);
200.000 x 20% = 40.000 manat (hesablanmış vergi məbləği).

Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən, illik dövriyyəsi 200.000 manatı aşan vergi ödəyiciləri ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdır. Bununla yanaşı, həmin Məcəllənin 164.1.1-ci maddəsinə görə, kitabların, qəzet və jurnalların (reklam xarakterli olmayan) satışı ƏDV-dən azaddır.

İcbari sosial ödənişlər

“İcbari dövlət sosial sığortası haqqında”, “İşsizlikdən sığorta haqqında” və “İcbari tibbi sığorta haqqında” qanunların tələblərinə uyğun olaraq, nəşriyyat evləri işçiləri üzrə sığorta haqlarını ödəməyə borcludurlar. Həmin bölgü aşağıdakı kimi müəyyənləşib:

Məcburi dövlət sosial sığorta haqqı – əməkhaqqının 22%-i işəgötürən, 3%-i işçi tərəfindən;
İcbari tibbi sığorta haqqı – əməkhaqqının 2%-i həcmində;
İşsizlikdən sığorta haqqı - əməkhaqqının 0.5%-i həcmində.

“Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir - 200 manatadək olduqda cəmi 25 faiz, sığortaolunanın gəlirlərindən tutulan 3 faiz, sığortaedənin vəsaiti hesabına ödənilən 22 faiz, 200 manatdan çox olduqda cəmi 25 faiz, sığortaolunanın gəlirlərindən tutulan 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaiti hesabına ödənilən 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Misal 2: Nəşriyyatda çalışan redaktorun aylıq əməkhaqqı 1.000 manatdır. Həmin işçiyə görə işəgötürən tərəfindən 164 manat MDSS, 20 manat icbari tibbi sığorta haqqı, 5 manat işsizlikdən sığorta haqqı ödəniləcək:

200 x 22% = 44 manat;
(1.000 - 200) x 15% = 120 manat;
44 + 120 = 164 manat;
1.000 x 2% = 20 manat;
1.000 x 0,5% = 5 manat.

İşçi tərəfindən isə 86 manat MDSS, 20 manat icbari tibbi sığorta haqqı, 5 manat işsizlikdən sığorta haqqı ödəniləcək:

200 x 3% = 6 manat;
(1.000 - 200) x 10% = 80 manat;
6 + 80 = 86 manat;
1.000 x 2% = 20 manat;
1.000 x 0,5% = 5 manat.

Sadələşdirilmiş vergi rejimində olarsa…

Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən, illik dövriyyəsi 200.000 manatdan az olan nəşriyyat evləri sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər.

Misal 3: Tutaq ki, nəşriyyatın illik dövriyyəsi 120.000 manat olub. Bu halda onun vergi öhdəliyi belə hesablanacaq:

120.000 x 2% = 2400 manat.

Bu sadaladıqlarımızdan əlavə, nəşriyyat evlərinin əmlak və torpaq vergisini ödəmək öhdəliyi də mövcuddur. Vergi Məcəlləsinin 198-ci maddəsinə əsasən, balansında bina və texniki avadanlıq olan nəşriyyatlar əmlak vergisi ödəyirlər. Eləcə də əgər nəşriyyat torpaq sahəsindən istifadə edirsə, Vergi Məcəlləsinin 206-cı maddəsinə uyğun olaraq, torpaq vergisi ödəyicisi olur. Bu vergilərin məbləği qanunvericiliyin tələbinə uyğun qaydada yerləşmə yeri, sahəsi və digər amillərdən asılı olaraq hesablanır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Mühasibat Və Maliyyə Xidmətləri
28-iyn-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq
  • İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    01-apr-2026 | Bloq
  • Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    31-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech