logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Hərbi xidmətə çağırılan işçilər üçün ödənilən müavinətin məbləği artırılır

  • Bloq
  • 25-dek-2025, 10:08
  • 47
Hərbi xidmətə çağırılan işçilər üçün ödənilən müavinətin məbləği artırılır

Hərbi xidmətə çağırılan işçilər üçün ödənilən müavinətin məbləği artırılır


Əmək Məcəlləsində işçinin əmək müqaviləsinin tərəflərin iradəsindən asılı olmayan səbəblərlə ləğv edilməsi halları müəyyən edilib. Bu hallardan biri də işçinin hərbi xidmətə çağırılması ilə bağlıdır. Əmək müqaviləsinə hərbi xidmətə çağırılma səbəbindən xitam verilməsi vəziyyətində işçiyə müəyyən işdənçıxarma müavinətləri ödənilir. Hazırda qüvvədə olan Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə görə, bu müavinətin məbləği orta aylıq əməkhaqqının iki misli kimi müəyyən edilib. Milli Məclisdə müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyilikliklər layihəsində isə həmin müavinət məbləğinin orta aylıq əməkhaqqının üç mislinə qədər artırılması nəzərdə tutulur.

Yeniliyi ekspert Nüsrət Xəlilov bildirib ki, bu dəyişiklik hərbi xidmətə çağırılan şəxslərin həyat şəraitini yaxşılaşdırmağı və onların sosial müdafiəsini daha da gücləndirməyi hədəfləyir: “Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən, əmək müqaviləsinə hərbi xidmətə çağırılma hallarında xitam verilə bilər. Hərbi xidmətə çağırılma dövlətin və cəmiyyətin müdafiəsi üçün vacib bir məsələdir və buna görə də hərbi xidmətə çağırılan işçilərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə xüsusi işdənçıxarma müavinətləri ödənilir. Bu halda əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. Hazırda qüvvədə olan qanunvericiliyə görə, işəgötürən işçini işdən çıxardığı zaman ona orta aylıq əməkhaqqının 2 misli miqdarında müavinət ödəyir”.

Ekspert hərbi xidmətə çağırılma əsasında işdən çıxarılma hallarında işçiyə veriləcək müavinətin artırılmasını, əmək qanunvericiliyindəki sosial bərabərliyin gücləndirilməsi baxımından mühüm bir addım kimi qiymətləndirib: “Bu dəyişiklik işçilərin hərbi xidmətə çağırılma səbəbi ilə həyatlarında yaranan maddi çətinlikləri daha da asanlaşdıracaq və onlara daha geniş bir maliyyə dəstəyi verəcək. Əmək müqaviləsinə xitam verilməsinin sosial müdafiə aspektləri qanunvericilikdə edilən bu cür dəyişikliklərlə daha da yaxşılaşdırılacaq”.

Əmək Məcəlləsinə təklif olunan bu dəyişiklik həm də işəgötürənlər üçün bir məsuliyyət yaradır. Onlar hərbi xidmətə çağırılan işçilərin əmək müqaviləsinə xitam verilməsi zamanı həmin şəxsləri müvafiq müavinətlə təmin etməklə qanuni öhdəliklərinə əməl etməli və işçilərinin hüquqlarını qorumalıdırlar: “Həmçinin, Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu hissəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Məsələn, bir işçi hərbi xidmətə çağırılıb və xidmət müddəti bitdikdən sonra işə qayıtmaq istəyir. Əgər işçi xidmət müddətini tamamladıqdan sonra 60 təqvim günü ərzində əvvəlki iş yerinə müraciət etməyi unutmuşsa, o zaman bu hüquq itirilir. Lakin 60 gün ərzində işə qayıtmaq istəyən işçi əvvəlki vəzifəsini və ya ona bərabər bir vəzifəni tələb edə bilər”.

Bu müddət ərzində işəgötürənin işçini əvvəlki vəzifəsində və ya bənzər bir vəzifəyə qəbul etmək məcburiyyətində olduğunu deyən N.Xəlilov işçi hərbi xidmətdə olduğu müddət ərzində iş yeri saxlanıldığından, onun mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisəyə geri qayıtmaq hüququnun olduğunu vurğulayıb. Lakin bu hüquq müəssisənin ləğv edilməsi halında istisna olunur. Yəni işəgötürən müəssisəni ləğv edərsə, işçi hərbi xidmətdən qayıtsa da, artıq əvvəlki vəzifəsinə qayıtmaq imkanı qazanmır, çünki müəssisə artıq mövcud deyil.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    ƏDV ödənişlərində texniki uyğunsuzluq: əvəzləşdirmə mümkündürmü?
    06-apr-2026 | Bloq
  • Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib
    06-apr-2026 | Bloq
  • Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    Kreditlə alınmış avtomobilin taksi məqsədilə icarəyə verilməsi zamanı vergi öhdəlikləri
    03-apr-2026 | Bloq
  • Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    Elektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?
    03-apr-2026 | Bloq
  • Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
    02-apr-2026 | Bloq
  • Proaktiv qaydada təyin ediləcək müavinətlər
    Proaktiv qaydada təyin ediləcək müavinətlər
    02-apr-2026 | Bloq
  • Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    Elektron siqaretlə bağlı qanun qüvvəyə minir - 5000 MANAT CƏRİMƏ
    01-apr-2026 | Bloq
  • İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət gəlirlərinə vergi güzəşti tətbiqi
    01-apr-2026 | Bloq
  • Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib
    31-mar-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech