logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Barter müqavilələrində vergi riskləri: tipik səhvlər

  • Bloq
  • 30-dek-2025, 10:54
  • 7
Barter müqavilələrində vergi riskləri: tipik səhvlər

Barter müqavilələrində vergi riskləri: tipik səhvlər


Barter - yəni mal və xidmətlərin pul ödənişi olmadan qarşılıqlı mübadilə əsasında təqdim edilməsi, biznes mühitində xüsusilə likvidlik problemlərinin yarandığı dövrlərdə geniş tətbiq olunan vasitədir. Lakin bəzi hallarda sahibkarlar bu əməliyyatlara “pul yoxdursa, vergi də yoxdur” prinsipi ilə yanaşırlar. Halbuki vergi qanunvericiliyində digər satışlar kimi, barter əməliyyatları da vergi öhdəliyi yaradır. Bəs bu zaman şirkətin hansı vergi öhdəlikləri yaranır? Barter əməliyyatlarının uçotu necə reallaşdırılır? Suallara Nurlan Mustafayev aydınlıq gətirir.

Barter əməliyyatları əlavə dəyər vergisi (ƏDV), mənfəət vergisi və transfer qiymətləndirilməsi baxımından ən çox risk yaradan sahələrdən biridir. Bu səbəbdən, barter əməliyyatlarının düzgün uçotu və sənədləşməsi vergi risklərinin qarşısını almaq üçün vacibdir. Ona görə də şirkətlərin bu sahədə ən çox yol verdiyi yanlışlıqlar və onların yaratdığı vergi risklərini izah etməyə çalışacağıq.

1. Barter əməliyyatının satış kimi qəbul edilməməsi

Bir çox şirkətlər barter əməliyyatını sadəcə “əmtəə mübadiləsi” kimi görür və satış aktı hesab etmir. Halbuki Vergi Məcəlləsinin 67.13-cü maddəsinə əsasən, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Başqa sözlə, barter də vergi tutulan əməliyyatdır. Bu zaman:

- Gəlir vergisi və ya mənfəət vergisi üçün gəlir hesablanır;
- ƏDV məqsədləri üçün dövriyyə yaranır.

Əgər sahibkarlar bunu nəzərə almazsa, yanlışlıq əlavə vergi, faiz və cərimələrin hesablanmasına gətirib çıxara bilər.

2. Mübadilə olunan malların və xidmətlərin dəyərinin süni şəkildə az göstərilməsi

Barter zamanı şirkətlər çox vaxt öz məhsulunun dəyərini minimum göstərməklə vergi yükünü azaltmağa çalışırlar. Lakin qanunvericilik tələb edir ki, barter əməliyyatları zamanı bazar qiyməti əsas götürülsün. Eləcə də qiyməti süni azaltmaq transfer qiymətləri pozuntusu hesab olunur.

Vergi Məcəlləsinin 67.13-cü maddəsinin tələbinə görə, barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. Belə hallarda vergi orqanı qiyməti özü müəyyən edir və əlavə vergi hesablayır.

3. Barter üzrə ƏDV öhdəliyinin yaranma anının səhv müəyyən edilməsi

Barter əməliyyatları zamanı şirkətlərin ƏDV ilə bağlı yol verdiyi ən ciddi səhvlərdən biri öhdəliyin yaranma vaxtıdır. Vergi Məcəlləsinin 166.1.4-cü maddəsinə əsasən, ödəniş əməliyyatı natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt vergi tutulan əməliyyatların vaxtı sayılır. Bir çox şirkətlər hesablaşmanı müqavilə bağlanan anda deyil, təhvil-təslim baş verdikdən sonra aparırlar.

Aşağıdakılardan hansı daha əvvəl baş verirsə, ƏDV öhdəliyi həmin anda yaranır:

- mal göndərilməsi/xidmət göstərilməsi;
- təhvil-təslim aktının tərtibi;
- elektron qaimə-fakturanın verilməsi.

Vaxtında hesablanmayan ƏDV isə cərimələrə səbəb olur və bu da ciddi maliyyə itkisi deməkdir.

4. Elektron qaimə-faktura təqdim etməmək

Barter əməliyyatı zamanı elektron qaimə-faktura təqdim etmək məcburidir. Bəzi sahibkarlar hesab edirlər ki, pul olmadığı üçün qaimə-faktura da lazım deyil. Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Əslində, hər iki tərəf qarşılıqlı şəkildə təqdim etdiyi mallara görə elektron qaimə-faktura verməli və aldığı mallara görə e-qaimə qəbul etməlidir. Qaimə-fakturanın olmaması əməliyyatın tanınmaması və vergi riskinin artması deməkdir.

5. Barter müqaviləsində şərtlərin natamam göstərilməsi

Tipik çatışmazlıqlar:

- malların keyfiyyəti və miqdarı dəqiq yazılmır;
- tərəflərin öhdəliklərinin yerinə yetirilmə tarixi göstərilmir;
- dəyər göstərilmir və ya bazar qiymətinə uyğun deyil.

Nəticədə vergi orqanı sənədləri etibarsız hesab edə və dövriyyəni bazar qiymətlərinə əsasən özü müəyyən edə bilər.

6. Mühasibat uçotunda gəlir və xərclərin yanlış tanınması

Bəzi şirkətlər barter gəlirini qeyri-maddi əməliyyat kimi uçota alır və nəticədə mənfəət göstəriciləri təhrif olunur.

Düzgün uçot prinsipləri:

- alınan mal və xidmətin dəyəri gəlir kimi göstərilməlidir;
- verilən məhsul və xidmətin dəyəri xərc kimi tanınmalıdır.

Misal 1: Tutaq ki, şirkət 7.000 manat dəyərində barter xidməti alıb. Lakin müqavilədə dəyər göstərilmədiyi üçün vergi orqanı xərci tanımır. Nəticədə vergi yoxlaması zamanı şirkətin mənfəəti 7.000 manat artırılır, əlavə 1.400 manat vergi hesablanır.

7. Qismən barter əməliyyatlarına (pul + mal) düzgün yanaşmamaq

Bəzi müqavilələr tam barter deyil, yəni həm mal, həm də pul ödənilir. Şirkətlər çox vaxt pul olmayan hissəni uçota almırlar. Qanunvericiliyə əsasən, bu əməliyyatın barter hissəsi uçotda ayrıca dövriyyə kimi, pul ödənişi olan hissəsi isə ayrıca satış kimi göstərilməlidir.

Misal 2: “A” şirkəti “B” şirkətinə 10.000 manatlıq xidmət göstərib. Razılaşmaya əsasən, “B” şirkəti 6.000 manatlıq mal verməlidir (barter). Qalan 4.000 manatı isə nağdsız ödənişlə ödəməlidir. Bu, qismən barter əməliyyatı sayılır.

Son olaraq qeyd edək ki, barter əməliyyatları şirkətlər üçün likvidlik baxımından faydalı mexanizmdir, lakin vergi baxımından ciddi risklər yaradır. Əsas risklər qiymət təhrifləri, sənədləşmə boşluqları, ƏDV öhdəliyinin düzgün müəyyən edilməməsi və uçot səhvləridir. Bu səbəbdən, hər bir barter əməliyyatı adi satış əməliyyatı kimi diqqətlə sənədləşdirilməli, bazar qiymətləri əsasında qiymətləndirilməli və vaxtında vergi uçotuna alınmalıdır.

  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
    Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
    30-dek-2025 | Bloq
  • Barter müqavilələrində vergi riskləri: tipik səhvlər
    Barter müqavilələrində vergi riskləri: tipik səhvlər
    30-dek-2025 | Bloq
  • Alış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı?
    Alış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı?
    30-dek-2025 | Bloq
  • Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
    Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
    29-dek-2025 | Bloq
  • Naxçıvan Muxtar Respublikası üzrə icbari tibbi sığorta ödəniş rekvizitləri yenilənib
    Naxçıvan Muxtar Respublikası üzrə icbari tibbi sığorta ödəniş rekvizitləri yenilənib
    29-dek-2025 | Bloq
  • İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi
    İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi
    26-dek-2025 | Bloq
  • Toyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi?
    Toyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi?
    26-dek-2025 | Bloq
  • MMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı?
    MMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı?
    25-dek-2025 | Bloq
  • Hərbi xidmətə çağırılan işçilər üçün ödənilən müavinətin məbləği artırılır
    Hərbi xidmətə çağırılan işçilər üçün ödənilən müavinətin məbləği artırılır
    25-dek-2025 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© 3435 AZE Finance | Bütün hüquqlar qorunur, created by MirTech