logo
  • Bakı, Azərbaycan

  • [email protected]

  • +994 70 694 24 22

  • +994 12 460 70 68

  • Əsas səhifə
  • Haqqımızda
  • Xidmətlər
    • Mühasibat Və Maliyyə Xidmətləri
    • Miqrasiya Və Hüquqi Xidmət
    • Gömrük Rəsmiləşdirilməsi Və Broker Xidməti
    • Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
    • Əməyin Mühafizəsi Və Əmək Qanunvericiliyi
    • Vergi Məsləhəti
  • Kitabxana
    • Qanunvericilik
    • Audit
    • Kadr (HR)
    • Mühasibatlıq
  • Yeniliklər
  • Layihələrimiz
  • Əlaqə
Azərbaycan az
enEnglish ruRussian trTürkçe

Əvəzləşdirilən ƏDV hesablanmış ƏDV-dən artıq olduqda büdcə ilə münasibətlərin tənzimlənməsi

  • Bloq
  • 30-iyl-2025, 10:42
  • 60
Əvəzləşdirilən ƏDV hesablanmış ƏDV-dən artıq olduqda büdcə ilə münasibətlərin tənzimlənməsi

Əvəzləşdirilən ƏDV hesablanmış ƏDV-dən artıq olduqda büdcə ilə münasibətlərin tənzimlənməsi


Mövzunu mütəxəssis Jalə Abbasova şərh edir. Öncə əvəzləşdirilən əlavə dəyər vergisi (ƏDV) və hesablanmış ƏDV anlayışlarını açıqlayaq. Əvəzləşdirilən ƏDV vergi ödəyicisinin aldığı mallar, göstərilən xidmətlər və görülən işlər üzrə ödədiyi ƏDV məbləğidir. Bu ƏDV-nin əvəzləşdirilməsinə icazə verən 3 şərt olmalıdır:

1. Elektron qaimə-faktura;
2. Ödəniş nağdsız qaydada bank hesabına;
3. ƏDV məbləği ƏDV depozit hesabına ödənilməlidir.

Hesablanmış ƏDV vergi ödəyicisinin satdığı mallar və göstərdiyi iş və xidmətlər üzrə hesablayıb dövlət büdcəsinə ödəməli olduğu ƏDV məbləğidir.

Əvəzləşmə ödənilmiş ƏDV-nin (gələn ƏDV) satışdan hesablanmış ƏDV-dən (gedən ƏDV) çıxılması ilə əldə edilən nəticədir.

Bəs əvəzləşdirilən ƏDV hesablanmış ƏDV-dən artıq olarsa, büdcə ilə münasibətlər necə tənzimlənir?

Vergi Məcəlləsinin 179-cu maddəsinə əsasən, əgər əvəzləşdirilən ƏDV məbləği vergi ödəyicisinin öhdəliyində olan hesablanmış ƏDV-dən artıqdırsa, bu halda həmin fərq (artıq məbləğ):

• vergi ödəyicisinin gələcək dövrlərdə ödəməli olduğu ƏDV-nin əvəzləşdirilməsinə yönəldilir, yəni artıq olan məbləğ növbəti aylarda ödənilməli olan ƏDV-dən çıxılır,

• bəzi hallarda isə (məsələn, ixrac əməliyyatları üzrə və ya qanunla nəzərdə tutulan hallarda) bu artıq məbləğ vergi orqanları tərəfindən geri qaytarıla bilər.

Misal 1: Əvəzləşdirmə yolu ilə növbəti dövrə keçmə

Əgər artıq ƏDV yaranıbsa, bu məbləğ növbəti dövrlərdə satışdan yaranan ƏDV öhdəliklərini ödəmək üçün istifadə edilir.

Tutaq ki, “AA” müəssisəsi aprel ayında aldığı mallara görə 10.000 manat ƏDV ödəyib (əvəzləşdirilə bilən ƏDV), satdığı mallara görə 8.000 manat ƏDV hesablayıb (hesablanmış ƏDV). May ayında aldığı mallara görə 6.000 manat ƏDV ödəyib (əvəzləşdirilə bilən ƏDV), satdığı mallara görə isə 9.000 manat ƏDV hesablayıb (hesablanmış ƏDV).

Bu halda aprel ayında əvəzləşdirilən ƏDV məbləği hesablanmış ƏDV-dən çox olur:
10.000 > 8.000 → fərq: 2.000 manat

Nəticədə aprel ayındakı artıq 2.000 manat ƏDV may ayına köçürülür və mayda əvəzləşdirilir. Beləliklə, mayda cəmi 1.000 manat ödənilməli olur:
9.000 – (6.000 + 2.000) = 1.000 manat.

Misal 2: ƏDV-nin geri qaytarılması
“BB” müəssisəsi 100.000 manatlıq məhsulu ixrac edib (ixrac əməliyyatlarına ƏDV sıfır dərəcə ilə tətbiq olunur) və bu məhsulların istehsalına görə aldığı xammala 12.000 manat ƏDV ödəyib. Bu halda:

Satış üzrə ƏDV = 0 manat (ixrac olduğu üçün)
Əvəzləşdirilən ƏDV = 12.000 manat.

Bu zaman müəssisənin 12.000 manatlıq ƏDV artığı yaranır. Vergi Məcəlləsinin 179-cu maddəsinə və ixracla bağlı qaydalara uyğun olaraq, müəssisə bu artıq məbləğin geri qaytarılmasını vergi orqanından tələb edə bilər.


  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
Kadr Uçotunun Qurulması Və İnsan Resursları Üzrə Məsləhət
22-may-2021 | Xidmətlər

Saytda axtarış

Blog Yazıları

  • Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    Fərdi qaydada bərbər fəaliyyəti üzrə vergi və sığorta öhdəlikləri
    05-may-2026 | Bloq
  • Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    Rubl və avro manata qarşı bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ
    04-may-2026 | Bloq
  • Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    Sonuncu әmәkhaqqı daha yüksәk olduqda aylar üzrә bölgü necә aparılmalıdır?
    04-may-2026 | Bloq
  • Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
    01-may-2026 | Bloq
  • Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    Analıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi?
    30-apr-2026 | Bloq
  • Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    Özəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur?
    30-apr-2026 | Bloq
  • Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    Qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq
    30-apr-2026 | Bloq
  • Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    Qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməsi qaydası dəyişib
    29-apr-2026 | Bloq
  • Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
    29-apr-2026 | Bloq

Haqqımızda

“AZE Finans” MMC 2020-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətə başladığı gündən müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun qurulması, maliyyə hesabatları, şirkətlərin hüquqi və Miqrasiya xidməti, Kadr Uçotunun Qurulması insan resurslarının idarə olunması və əməyin mühafizəsi üzrə xidmətlər göstərir.

İş saatları:

Bazar ertəsi - Cümə: 09:00-18:00

Qeyri iş günləri:

Həftə sonu və Bayram günləri

Əlaqə:

+994 12 460 70 68
+994 70 694 24 22
[email protected]
Bakı ş., Babək plaza, mərtəbə 13
Sumqayıt ş., İ.Qayıbov k. Bina 1A

© AZE Finance MMC | Bütün hüquqlar qorunur, created by MirTech