Mənfəət vergisi güzəştləri kimlərə şamil edilir?

Mənfəət vergisi müəssisələrin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətə tətbiq olunan əsas vergilərdən biridir. Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, həmçinin sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir.
Ümumi qaydaya əsasən, rezident müəssisələrin mənfəəti 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunur. Lakin Vergi Məcəlləsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, investisiyaların təşviqi, kiçik sahibkarlığın dəstəklənməsi və innovativ fəaliyyətlərin stimullaşdırılması məqsədilə bir sıra vergi güzəştləri və azadolmalar nəzərdə tutulub. Məsələyə mütəxəssis Jalə Abbasova aydınlıq gətirir.
Bəs bu güzəştlər hansı sahibkarlıq subyektlərinə və hansı şərtlərlə tətbiq edilir?
Mənfəət vergisi necə hesablanır?
Ümumi qaydaya əsasən, müəssisənin mənfəəti əldə olunan gəlirlərdən həmin gəlirin əldə edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirdən çıxılan xərclərin çıxılması yolu ilə müəyyən edilir.
Məsələn, müəssisənin 2026-cı il ərzində gəlirləri 500 000 manat, gəlirdən çıxılan xərcləri isə 400 000 manat olub.
Bu halda müəssisənin mənfəəti:
500 000 – 400 000 = 100 000 manat
Mənfəət vergisi isə:
100 000 × 20% = 20 000 manat
təşkil edəcək.
Lakin müəssisənin Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ varsa, vergiyə cəlb olunan mənfəət və nəticədə ödəniləcək mənfəət vergisinin məbləği azalır.
1. Mikro sahibkarlıq subyektlərinə 75 faiz güzəşt
Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müəyyən edilmiş şərtlərə cavab verən mikro sahibkarlıq subyekti olan hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.
Bu güzəştdən istifadə etmək üçün yalnız mikro sahibkarlıq subyekti statusuna malik olmaq kifayət etmir. Müvafiq şərtlərə, o cümlədən işçilərin orta aylıq sayına və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmamasına dair tələblərə əməl edilməlidir.
Misal:
Tutaq ki, “AA” MMC 2026-cı ildə 80 000 manat mənfəət əldə edib və güzəştdən istifadə üçün müəyyən edilmiş şərtlərə cavab verir.
Mənfəətin 75 faizi:
80 000 × 75% = 60 000 manat
Güzəştdən sonra vergiyə cəlb olunan mənfəət:
80 000 – 60 000 = 20 000 manat
Mənfəət vergisi:
20 000 × 20% = 4 000 manat
olacaq.
Güzəşt tətbiq edilməsəydi, vergi 16 000 manat təşkil edəcəkdi. Beləliklə, güzəşt nəticəsində müəssisənin vergi öhdəliyi 12 000 manat azalır.
2. Kənd təsərrüfatı fəaliyyəti üzrə güzəştlər
Kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər üçün də mənfəət vergisi üzrə azadolmalar nəzərdə tutulub.
Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət müəyyən edilmiş müddət ərzində mənfəət vergisindən azaddır.
Bununla yanaşı, kənd təsərrüfatı fəaliyyəti üzrə satışdankənar gəlirlər, dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar və müəyyən hallarda dividend gəlirləri üzrə də güzəştlər tətbiq edilir.
Burada əsas məqamlardan biri istehsal fəaliyyəti ilə məhsulun alınıb yenidən satılması arasındakı fərqin düzgün müəyyən edilməsidir.
Məsələn, fermer təsərrüfatının özü tərəfindən yetişdirilən pomidorun satışı kənd təsərrüfatı istehsalı çərçivəsində qiymətləndirilə bilər. Lakin başqa istehsalçıdan pomidor alaraq onu yenidən satan müəssisənin fəaliyyəti ticarət fəaliyyəti hesab olunduğundan kənd təsərrüfatı istehsalçılarına nəzərdə tutulan güzəştlər avtomatik olaraq tətbiq edilmir.
Son dəyişikliklərə əsasən, müəyyən şərtlərlə balıqçılıq fəaliyyəti də kənd təsərrüfatı məhsullarının istehsalı və satışı anlayışına daxil edilib.
3. Sənaye və texnologiyalar parklarının rezidentləri
İnvestisiya və innovasiya fəaliyyətinin stimullaşdırılması məqsədilə sənaye və texnologiyalar parklarının rezidentləri üçün də vergi güzəştləri nəzərdə tutulub.
Vergi Məcəlləsinin 106.1.13-cü maddəsinə əsasən, müəyyən edilmiş şərtlərə cavab verən rezidentlərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlirlər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq müəyyən edilmiş müddət ərzində mənfəət vergisindən azaddır.
Bundan əlavə, qanunvericilikdə texnologiyalar parkının rezidentləri tərəfindən həyata keçirilən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi kimi fəaliyyətlər üzrə də xüsusi güzəştlər nəzərdə tutulub.
Misal:
Texnologiyalar parkının rezidenti olan şirkət proqram təminatının hazırlanması ilə məşğuldursa və bu fəaliyyətdən 500 000 manat mənfəət əldə edirsə, qanunvericilikdə müəyyən edilmiş şərtlərə cavab verdiyi halda həmin mənfəət üzrə güzəştdən istifadə edə bilər.
Lakin burada mühüm məqam ondan ibarətdir ki, müəssisənin bütün gəlirlərini avtomatik olaraq güzəştli gəlir hesab etmək olmaz. Güzəşt tətbiq edilən fəaliyyət üzrə gəlir və xərclər digər fəaliyyətlərdən ayrıca uçota alınmalıdır.
4. İnvestisiya təşviqi sənədi üzrə güzəşt
İnvestisiyaların təşviq edilməsi və yeni istehsal sahələrinin yaradılması məqsədilə investisiya təşviqi mexanizmindən istifadə olunur.
Vergi Məcəlləsinin 106.1.17-ci maddəsinə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə mənfəət vergisindən azaddır.
Bu güzəştdən istifadə üçün investisiya təşviqi sənədinin mövcudluğu və onun qüvvədə olduğu müddət nəzərə alınmalıdır.
5. Media subyektləri üzrə güzəştlər
Vergi Məcəlləsinin 106.1.32-ci maddəsinə əsasən, audiovizual media subyektləri istisna olmaqla, media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, həmçinin müəyyən edilmiş qaydada verilən maddi yardımlarla əlaqədar mənfəət vergisi üzrə azadolma tətbiq edilir.
Bu güzəştin müddəti qanunvericilikdə müəyyən edilmiş qaydada əlavə olaraq uzadılıb.
6. İctimai iaşə fəaliyyəti üzrə güzəşt
Vergi Məcəlləsində ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün də xüsusi vergi güzəşti nəzərdə tutulub.
Belə ki, Vergi Məcəlləsinin 174.5-ci maddəsinə uyğun olaraq dövlət büdcəsinə ƏDV hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər müəyyən hallarda mənfəət vergisindən azad edilir.
Əvvəllər bu mexanizm əsasən tibb müəssisələri ilə bağlı tətbiq edildiyi halda, 2026-cı ildə edilmiş dəyişikliklərlə ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər də müvafiq güzəştdən istifadə edə bilirlər.
Güzəştlərin tətbiqində nələrə diqqət edilməlidir?
Mənfəət vergisi üzrə güzəştlərin tətbiqi zamanı müəssisənin yalnız müəyyən kateqoriyaya aid olması kifayət etmir. Güzəştdən istifadə hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan digər şərtlər də diqqətlə yoxlanılmalıdır.
Xüsusilə müəssisənin həm güzəşt tətbiq edilən fəaliyyət, həm də digər fəaliyyət növləri ilə məşğul olduğu hallarda gəlir və xərclərin düzgün bölüşdürülməsi mühüm əhəmiyyət daşıyır.
Məsələn, müəssisə investisiya layihəsi çərçivəsində istehsal fəaliyyəti ilə yanaşı, ayrıca ticarət fəaliyyəti də həyata keçirirsə, bütün mənfəətin güzəştli hesab edilməsi düzgün deyil. Güzəştə düşən və digər fəaliyyətlər üzrə gəlir və xərclər ayrı-ayrılıqda müəyyən edilməlidir.
Mühasiblər hansı məsələləri yoxlamalıdır?
Mənfəət vergisi üzrə güzəştlər tətbiq edilərkən aşağıdakı məsələlərin ardıcıllıqla yoxlanılması məqsədəuyğundur:
1. Müəssisənin hansı sahibkarlıq subyekti kateqoriyasına aid olduğunu müəyyən etmək;
2. Güzəştdən istifadə üçün qanunvericilikdə müəyyən edilmiş şərtləri yoxlamaq;
3. Güzəşt tətbiq edilən fəaliyyətləri digər fəaliyyətlərdən ayırmaq;
4. Güzəştli gəlirlər və həmin gəlirlərlə bağlı xərclər üzrə ayrıca və düzgün uçot aparmaq;
5. İşçilərin orta aylıq sayını düzgün müəyyən etmək;
6. Vergilər və məcburi dövlət sosial sığorta üzrə borcların vəziyyətini yoxlamaq;
7. İnvestisiya təşviqi sənədi və ya rezidentlik statusunun qüvvədə olma müddətini müəyyən etmək;
8. Güzəştdən hansı hesabat dövründə istifadə edilə biləcəyini dəqiq müəyyənləşdirmək.
Nəticə
Mənfəət vergisi üzrə güzəştlər sahibkarlıq subyektləri üçün vergi yükünün azaldılmasına imkan verən mühüm mexanizmlərdən biridir. Lakin güzəştdən düzgün istifadə etmək üçün müəssisənin yalnız güzəşt tətbiq olunan kateqoriyaya aid olması deyil, qanunvericilikdə nəzərdə tutulan bütün şərtlərə əməl etməsi vacibdir.
Xüsusilə fəaliyyət növlərinin düzgün təsnifləşdirilməsi, gəlir və xərclərin ayrılıqda uçota alınması, güzəştlərin müddətinin və tətbiq şərtlərinin düzgün müəyyən edilməsi vergi öhdəliklərinin hesablanmasında mühüm rol oynayır.
Bu səbəbdən 2026-cı il üzrə mənfəət vergisi hesablanarkən müəssisənin istifadə edə biləcəyi güzəştlərin əvvəlcədən müəyyənləşdirilməsi və onların tətbiqi şərtlərinin diqqətlə yoxlanılması məqsədəuyğundur.

en
ru
tr